Məhkəmə qərarları › İş №2(059)-156/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-156/2021

21.04.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-156/2021 21.04.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 xəbərsiz itkin düşməsi barədə hüquqi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, izahatında göstərdi ki, xx xxxx 2016-cı il tarixdə xalası oğlu X3 ilə nikahlarını rəsmiləşdirməklə, evlənmiş, bu nikahlarından xx xxxxx 2017-ci il tarixdə Əsma adlı qızları doğulmuşdur. xx xxxxx 2018-ci il tarixdə Mirzəcan Bayramov saat təxminən 17:00 radələrində birgə yaşadıqları Siyəzən şəhərinin İ.Qayıbov küçəsindəki 14 nömrəli evdən xəbərsiz çıxmış və bir daha geri qayıtmamışdır. Axtarışlar nəticəsində Samur-Bakı su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsinin kənarında ərinə məxsus gödəkcə tapılmışdır. X10 su kanalına düşməsi ehtimal edilsə də, müxtəlif dövlət orqanları, eləcə də, qohumlar tərəfindən aparılmış axtarışlar nəticəsiz qalmış, sonuncunun meyiti hal-hazıradək tapılmamışdır. Mirzəcan Bayramov xx xxx 2018-ci il tarixdən Siyəzən rayon Polis Şöbəsində itkin düşmüş kimi axtarışdadır. Bundan əlavə, Mirzəcan Bayramovun xəbərsiz itkin düşməsi sonuncu ilə aralarındakı nikahın pozulmasına maneə yaradır. Hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə məqsədi ailə-nikah və gələcək əmlak hüquqlarını sərbəst həyata keçirməkdən ibarətdir. Ona görə də, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Siyəzən rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, şöbə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbini bildirməmişdir. Məhkəmə, işə Siyəzən rayon Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı, 080977 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X2 xx xxxx 2016-cı il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 38 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Bayramova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxx 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 941880 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X3, anası X2 olan X4 xx xxxxx 2017-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, 183-5024-1220 və xx xxxx 2021-ci il tarixli, 183-3408-1221 nömrəli məktublarından, xx xxxx 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv olunması və cinayət işinin başlanması” barədə, xx xxxx 2019-cu il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında, eləcə də xx xxxxxx 2019-cu il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarların surətlərindən, həmçinin Siyəzən rayon prokurorluğunun xx xxxx 2021ci il tarixli, 05/50 nömrəli məktubundan görünür ki, X1 barəsində Siyəzən RPŞ-də xx xxx 2018-ci il tarixdə itkin düşmüş kimi 850166 nömrəli axtarış işi açılmış, xx xxxx 2019-cu il tarixdə qeyd olunan axtarış işi Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən xitam olunaraq cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar ləğv edilmiş və Azərbaycan Respublikası CM-nin 125 maddəsi ilə cinayət işi başlanmış, habelə Mirzəcan Bayramovun olduğu yer, onun özünü öldürməsi və ya öldürülməsi müəyyən edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. İşdə olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 xx xxxx 2021-ci il tarixli, xx/xx-00119 nömrəli məktubundan görünür ki, xx xxxxx 2018-ci il tarixində, saat 21:00-da 112 Çevik Reaksiya İdarəsindən, X6 X7, Samur-Abşeron su kanalının Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən hissəsində su kanalında 1 nəfər şəxsin batması barədə daxil olmuş məlumata əsasən xx xxxxx 2018-ci-il tarixdə, saat 08:55-də Fövqəladə Hallar Nazirliyinin X12 Nəzarət və X9 Xidmətinin Ş.D.A.Q-ın 5 nəfər dalğıc-xilasediciləri xüsusi dalğıc avadanlıqları ilə hadisə yerinə çıxmışdır. Siyəzən rayon Polis Şöbəsindən aldıqları məlumata əsasən Siyəzən şəhər sakini, 1991-ci il təvəllüdlü X3 xx xxxxx 2018-ci il tarixdə evdən çıxmış və geri qayıtmamışdır. Qohumları tərəfindən Siyəzən rayonu, Zarat kəndi ərazisində, Samur-Abşeron su kanalının ətrafında Mirzəcan Bayramovun paltarları aşkar edilmiş, sonuncunun özünü kanala atması ehtimal olunmuşdur. xx xxxxx 2018-ci il tarixindən, xx xxxxx 2018-ci il tarixədək axtarış aparılmış, axtarış nəticəsiz olduğundan müvəqqəti dayandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin xx xxxx 2021-ci il tarixli, 0xx/xx-2372-1221 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-in müvafiq uçotları üzrə yoxlanılarkən xx xxxx 1991-ci il təvəllüdlü X1 Siyəzən rayon Polis Şöbəsi tərəfindən xx xxx 2018-ci il tarixdə xəbərsiz itkin düşmüş şəxs qismində axtarışa elan olunmuşdur. Faktla bağlı xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və barəsində açılmış 850166 nömrəli axtarış işi xx xxxx 2019-cu il tarixdə xitam edilmişdir. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxxxx 2021-ci il tarixli, 93/10 nömrəli məktubundan görünür ki, X1 evinə nümayəndəlik tərəfindən baxış keçrilmiş, onun ailə üzvləri ilə söhbət aparılmışdır. Bu zaman ailə üzvləri X1 xx xxxxx 2018-ci il tarixdə Siyəzən şəhərinin İ.Qayıbov küçəsindəki 14 saylı evdən çıxdığını və geri qayıtmadığını bildirmişlər. Halhazırda Mirzəcan Bayramovun harada olmağı barədə heç bir məlumatları yoxdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətindən daxil olmuş xx xxxx 2021-ci il tarixli, 33/997 nömrəli məktubundan görünür ki, X1 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan xx xxxxxx 2021-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 20 (iyirmi) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Yuxarıda sadalanan sənədlərdən aşkar şəkildə görünür ki, X1 harada olması barədə uzun müddətdir ki, heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40-cı maddəsinin İ və İİ hissələrinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Bu Məcəllənin 313-cü maddəsinə müvafiq olaraq, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Sözügedən Məcəllənin 314-cü maddəsinin İ hissəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X3 xx xxxxx 2018-ci il tarixdə yaşadığı Siyəzən şəhərinin İ.Qayıbov küçəsindəki 14 saylı evdən çıxmış və bir daha geri qayıtmamışdır. Həmin tarixdən Mirzəcan Bayramovun olduğu yer məlum olmamış və o, yaşayış yerində görünməmiş, hazırda da ailə üzvlərinin onun harada olması barədə məlumatları yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırıb, belə hesab edir ki, ərizə təmin olunmalı, xx xxxx 1991-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Siyəzən şəhərinin İ.Qayıbov küçəsindəki 14 saylı evdə qeydiyyatda olan X3 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 315, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizəçi ərizəsi təmin edilsin. xx xxxx 1991-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Siyəzən şəhərinin İ.Qayıbov küçəsindəki 14 saylı evdə qeydiyyatda olan X3 xəbərsiz itkin düşmüş hesab edilsin. Ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar