Məhkəmə qərarları › İş №2(059)-219/2021

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-219/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-219/2021 18.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və pul” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxxx 2021-ci il tarixdə iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 təmsil etdiyi şəxsin adından ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, iddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin icraata götürülmədən geri qaytarılmasını xahiş etdiyinə görə iddia ərizəsinin icraata qəbul edilərək baxılması mümkün deyildir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, qərara a l d ı m: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və pul” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar