Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-322/2021 02.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh NQÇİ-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh NQÇİ-yə qarşı "işdən azad edilməsi barədə əmr ləğv edilməklə, işə bərpa olunması və məcburi boşdayanmaya görə pul" tələbinə dair iddia ərizəsi üzrə cavabdeh tərəfin cavabdehin əsl cavabdehlə əvəz edilərək işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair ərizəsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh NQÇİ-yə qarşı "işdən azad edilməsi barədə əmr ləğv edilməklə, işə bərpa olunması və məcburi boşdayanmaya görə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, Cavabdeh NQÇİ-nin rəisi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh NQÇİ-nin əsl cavabdeh "Azneft" İstehsalat Birliyi ilə əvəz edilməsini və mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə cavabdehin hüquqi ünvanı, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 73 ünvanı nəzərə alınmaqla, aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh NQÇİ "Azneft" İstehsalat Birliyinin tərkibində struktur təşkilat kimi fəaliyyət göstərir və hüquqi şəxs statusuna malik deyildir. Ona görə də Cavabdeh NQÇİ-nin bu mübahisələr üzrə müstəqil tərəf kimi çıxış etməyə səlahiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 01 may 2007-ci il tarixdə təsdiq edilmiş əsasnamənin 1.1-ci bəndinə əsasən Cavabdeh NQÇİ hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 yanvar 1994-cü il tarixli, 13 saylı əmrinə əsasən Quruda Neft və X1 tərkibində yaradılmış və bundan sonra, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 08 aprel 2003-cü il tarixli, 28 saylı əmrinə əsasən Birliyin tərkibinə verilmişdir. Odur ki, cavabdehin əsl cavabdehlə əvəz edilməsi və əsl cavabdehin qeydiyyata alındığı ünvan nəzərə alınmaqla, mülki işin ərazi aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh NQÇİ-nin nümayəndəsi X3 ərizənin məzmununa uyğun, eyni məzmunlu izahat verməklə, onun təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək cavabdehin əsl cavabdeh "Azneft" İstehsalat Birliyi ilə əvəz edilməsinə, eləcə də, işin materialları ilə birlikdə aidiyyəti üzrə cavabdehin olduğu yerin məhkəməsinə, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirib, ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirdikdən sonra belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh NQÇİ "Azneft" İstehsalat Birliyinin tərkibində struktur təşkilat kimi fəaliyyət göstərir və hüquqi şəxs statusuna malik deyildir. Çünki, Cavabdeh NQÇİ tərəfindən ərizəyə əlavə edilmiş 01 may 2007-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti tərəfindən təsdiq edilmiş əsasnamənin surətindən də göründüyü kimi NQÇİ hüquqi şəxs olmamaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 yanvar 1994-cü il tarixli, 13 saylı əmrinə əsasən Quruda Neft və X1 tərkibində yaradılmış, 08 aprel 2003-cü il tarixli, 28 saylı əmr əsasında isə "Azneft" İstehsalat Birliyinin tərkibinə verilmişdir. Bundan əlavə, iddiaçı cavabdehin əsl cavabdeh "Azneft" İstehsalat Birliyi ilə əvəz edilməsinə etiraz etmədiyinə görə Cavabdeh NQÇİ əsl cavabdehlə əvəz edilməlidir. Əsl cavabdeh "Azneft" İstehsalat Birliyi isə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 73 ünvanında yerləşir. Göründüyü kimi, hazırkı işə Siyəzən Rayon Məhkəməsində baxılması üçün əsaslar yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 167.2-ci maddəsinə görə məhkəmədə baxılmağa hazırlamaq üzrə hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Bu Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Qeyd olunan Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Sözügedən Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, əsl cavabdeh "Azneft" İstehsalat Birliyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 73 ünvanında yerləşdiyinə görə İddiaçı "işdən azad edilməsi barədə əmr ləğv edilməklə, işə bərpa olunması və məcburi boşdayanmaya görə pul" tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44, 45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh NQÇİ-yə qarşı "işdən azad edilməsi barədə əmr ləğv edilməklə, işə bərpa olunması və məcburi boşdayanmaya görə pul" tələbinə dair iddia ərizəsi üzrə cavabdeh əsl cavabdeh "Azneft" İstehsalat Birliyi ilə əvəz olunduğundan mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün ərzində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-322/2021
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-322/2021
02.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver