Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-327/2021 07.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi oğlunun vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi Şərafətdin oğlu vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 20 noyabr 1961-ci il tarixdə Siyəzən şəhərində doğulmasına baxmayaraq, onun Maraqlı şəxsndə saxlanılan doğum tarixi 20 noyabr 1960-cı il tarixi kimi qeyd edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(059)-327/2021 saylı qətnaməsi ilə ərizə təmin olunmuş və 20 noyabr 1961-ci il tarixdə Siyəzən şəhərində doğulmuş Ərizəçi Şərafətdin oğlunun Maraqlı şəxsndə saxlanılan, doğum tarixi 20 noyabr 1960-cı il tarixi kimi qeyd edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında doğum akt qeydinin düzgün olmaması müəyyən edilmişdir. Bundan sonra, Maraqlı şəxs rəisi Nəzakət Fətəliyeva ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Ərizəçi adına tərtib edilmiş 20 noyabr 1960-cı il tarixli doğum haqqında akt qeydinin düzgün olmaması barədə qətnamə qəbul edilsə də, qətnamənin icra edilməsi mümkün deyildir. Yəni, 1960-cı ildə Ərizəçi doğulmamışdır. 1960-cı il tarixli doğum akt qeydinə 1961-ci il düzəlişi etmək mümkün deyildir. Yəqin ki, Ərizəçi adına yeni doğum haqqında akt qeydi açılmalı və qətnamədə onun soyadı, adı, ata adı, doğum tarixi, doğum yeri, ata və anasının soyadı, adı və ata adı və milliyyətləri göstərilməlidir. Bu barədə 03 avqust 2021-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinə çıxarılmış qətnaməyə izah verilməsi barədə məktub göndərilsə də, 13 avqust 2021-ci il tarixdə qətnamənin izah edilməsinin təmin edilməməsi barədə qərardad qəbul edilmişdir. Odur ki, ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X2 ərizəni müdafiə edərək onun məzmununa uyğun, eyni məzmunlu izahat verməklə, təmin edilməsi barədə əlavə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizəçi oğluna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu Məcəllənin 229-cu maddəsinin İ hissəsinin İİ bəndinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Göründüyü kimi Siyəzən Rayon Məhkəməsi 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə 20 noyabr 1961-ci il tarixdə Siyəzən şəhərində doğulmuş Ərizəçi Şərafətdin oğlunun Maraqlı şəxsndə saxlanılan, doğum tarixi 20 noyabr 1960-cı il tarixi kimi qeyd edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında doğum akt qeydinin düzgün olmamasını müəyyən etməklə, ərizəçinin verdiyi tələb üzrə qətnamə çıxararaq, tələbdən kənara çıxmamışdır. Bununla belə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsi qanunda göstərilən müstəsna hallarda hakimə iddia tələbindən kənara çıxa bilmə imkanı yaratmış, bu müstəsna hal isə Maraqlı şəxs etməli olduğu hərəkətlərin göstərilməsi zərurəti olmuşdur. Odur ki, məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi adına yeni doğum haqqında akt qeydi açılmalı, uşaq qrafasında onun soyadı Məmmədov, adı Alim, atasının adı Şərafəddin, doğum tarixi 20 noyabr 1961-ci il, doğum yeri Siyəzən şəhəri, atası qrafasında atasının soyadı Məmmədov, adı Şərafəddin, atasının adı Yusif, milliyyəti azərbaycanlı, anası qrafasında anasının soyadı Məmmədova, adı Səmərruq, atasının adı Qudrət, milliyyəti azərbaycanlı kimi qeyd edilməli, həmçinin Ərizəçi doğum haqqında yeni şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 229, 315, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Maraqlı şəxs rəisi Nəzakət Fətəliyevanın ərizəsi təmin edilsin. Ərizəçi adına yeni doğum haqqında akt qeydi açılsın, uşaq qrafasında onun soyadı Məmmədov, adı Alim, atasının adı Şərafəddin, doğum tarixi 20 noyabr 1961-ci il, doğum yeri Siyəzən şəhəri, atası qrafasında atasının soyadı Məmmədov, adı Şərafəddin, atasının adı Yusif, milliyyəti azərbaycanlı, anası qrafasında anasının soyadı Məmmədova, adı Səmərruq, atasının adı Qudrət, milliyyəti azərbaycanlı kimi qeyd edilsin, həmçinin Ərizəçi doğum haqqında yeni şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə olunsun. Əlavə qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-327/2021
Siyəzən Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(059)-327/2021
07.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver