Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-350/2021 04.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X6 iştirakı ilə Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizəsi üzrə mülki işə 04 oktyabr 2021-ci il tarixdə Siyəzən şəhərində, məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı, 05 fevral 1966-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X13 qızı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X11 onunla və ailəsi ilə birlikdə Siyəzən rayonunun Yenikənd kəndindəki ona aid fərdi yaşayış evində yaşayır. X11 anadangəlmə qüsurlu doğulmuş, həmçinin sonuncu 6 yaşına qədər sərbəst gəzə bilməməklə, yanaşı körpə uşaqlar kimi iməkləmişdir. Bundan başqa, qardaşı demək olar ki, heç kəslə danışmır, yəni nitq vasitəsilə ünsiyyət qurmur, bəzən öz-özünə anlaşılmaz avazla musiqi zümzümə edir, habelə əl-üz sabunu ilə onu çağırıb ayırmasan saatlarla əl-üzünü yuyur, özü müstəqil çimə bilmir, uşaqlar onu yuyundurur, nəzarətsiz olarkən özbaşına həyətdən çıxıb hara gəldi gedir. Eyni zamanda, X11 bu vaxta qədər hər hansı formada təhsil almamış, ailə qurmamış və əmək fəaliyyəti ilə məşğul olmamışdır. X8 yetkinlik yaşına çatan kimi, yəni 18 yaşında 29 fevral 1984-cü il tarixində ona “Daun xəstəliyinin səbəb olduğu kəskin nəzərə çarpan kəmağıllıq “ diaqnozu üzrə müddətsiz İİ qrup əlillik verilmişdir. Beləliklə, hazırda Ədalət Balakişiyev psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Bu səbəbdən də, Ədalət Balakişiyev hazırda şəxsən imza qoymaqla, hər hansı hüquq və tələblər əldə etmək, başqa sözlə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətində deyildir. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Siyəzən Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X10 məhkəmə iclasında bildirdi ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 05 fevral 1966-cı il təvəllüdlü X4 barəsində verdiyi rəyə əsasən sonuncunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir və bundan sonra Ədalət Balakişiyevin üzərində qəyyum təyin edilə bilər. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 25 may 2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, anası X2 olan Ərizəçi xx xxxxxx 1957-ci il tarixdə Siyəzən rayonunun Əlixanlı kəndində doğulmuşdur. İşdə olan 24 fevral 1966-cı il tarixdə verilmiş АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, anası X2 olan X4 05 fevral 1966-cı il tarixdə keçmiş Dəvəçi rayonunun Əlixanlı kəndində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin X14n 3 saylı regional ərazi filialı tərəfindən verilmiş arayışdan görünür ki, 05 fevral 1966-cı il təvəllüdlü X4 İİ qrup əlil kimi müddətsiz sosial müavinət alır. Beləliklə iş materiallarında olan sənədlərdən müəyyən olundu ki, Ərizəçi X1 qardaşıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 tərəfindən verilmiş 09 avqust 2021-ci il tarixli, 1750 saylı rəydən görünür ki, X3 “DAUN SİNDROMU NƏTİCƏSİNDƏ AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ)” (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar (erkən yaşlarından psixofiziki inkişafda xeyli geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının arayışından X4 “‘Daun xəstəliyinin səbəb olduğu kəskin nəzərə çarpan kəmağıllıq” diaqnozu ilə İİ qrup əlil olması) həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualların əksəriyyətini anlamaması, anlaşılmaz sözlər deməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. X3 Daun sindromu nəticəsində yaranan ağır dərəcəli əqli gerilik aşkar olunur. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Həmçinin, X1 psixi vəziyyəti onun məhkəmə iclasında iştirakına yol vermir. İşdə olan 31 may 2021-ci il tarixli qəbzdən görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MM-nin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Göstərilənlərə əsasən, məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, 05 fevral 1966-cı il təvəllüdlü X4 hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. Siyəzən rayonu, Yenikənd kəndində yaşayan, 05 fevral 1966-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-350/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-350/2021
04.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver