Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-396/2020 14.10.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı Muradova (Ağabalayeva) Həlimə Daşdəmir qızının və onun nümayəndəsi X2, Cavabdeh və onun nümayəndəsi X4 iştirakı ilə iddiaçı Muradova (Ağabalayeva) Həlimə Daşdəmir qızının Cavabdeh qarşı "sabit pul məbləğində aliment" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Muradova (Ağabalayeva) Həlimə Daşdəmir qızı Cavabdeh qarşı "sabit pul məbləğində aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müraciət vaxtından başlamaqla, cavabdehdən xx xxxx 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Muradova (Ağabalayeva) Həlimə Daşdəmir qızı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, cavabdehlə xx xxxxxxxx 2019cu il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan xx xxxx 2020-ci il tarixdə Nəfəs adlı övladları doğulmuşdur. Evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən aralarında tez-tez narazılıqlar, daha sonra isə münaqişələr yaranmışdır. xx xxxxxx 2019-cu il tarixdə cavabdeh onu Siyəzən rayonu, Sədan kəndində yaşayan valideynlərinin yanına gətirərək bir neçə gün qalmaq adı ilə orada qoymuş, elə həmin vaxtdan da o, atası evində doğulmuş övladı Nəfəslə birgə valideynlərinin yanında yaşamağa başlamışdır. Onunla cavabdeh arasındakı nikah pozulmasa da, sonuncu övladı ilə maraqlanmır, ailəsinin maddi təminatı ilə məşğul olmur, onların maddi və mənəvi tələbatlarını qarşılamır. Belə ki, cavabdeh Fövqəladə Hallar Nazirliyində işləməklə, aylıq 500-600 manat əmək haqqı almasına baxmayaraq, onlara maddi köməklik göstərmir. Həmçinin, özü tək qadın olaraq heç bir yerdə işləmir. Bu səbəbdən də məcbur olub, övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə aliment tutulması üçün məhkəməyə müraciət etmişdir. Eyni zamanda, onunla cavabdeh arasında aliment tutulması barədə saziş yoxdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 hüquqlarını təmsil etdiyi bacısı İddiaçı (Ağabalayevanın) izahatına uyğun, eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, iddiaçı ilə xx xxxxxxxx 2019-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan xx xxxx 2020-ci il tarixdə Nəfəs adlı övladları doğulmuşdur. Evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan iddiaçı ilə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən aralarında tez-tez narazılıqlar, daha sonra isə münaqişələr yaranmış, bu səbəbdən də xx xxxxxx 2019-cu il tarixdən etibarən sonuncu ilə faktiki olaraq ayrılmışlar. O, hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində yanğınsöndürən atıcı vəzifəsində işləyir və əlavələrlə birlikdə aylıq 350 manat əmək haqqı alır. Bu səbəbdən də, qızı Nəfəsin yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan iddiaçının xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulmasına və iddianın qeyd edilən həcmdə qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına razıdır, habelə etiraz etmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 hüquqlarını təmsil etdiyi oğlu Cavabdeh izahatına uyğun, eyni məzmunlu izahat verərək iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin, eləcə də onların nümayəndələrinin izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Siyəzən RİHB-nin Sədan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 320554 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx xxxxxxxx 2019cu il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 02 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Ağabalayeva” soyadı verilmişdir. İşdə olan Siyəzən RİHB-nin Sədan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 374012 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası Muradova (Ağabalayeva) Həlimə Daşdəmir qızı olan X8 xx xxxx 2020-ci il tarixdə Quba şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə Sistemində olan şəxsi məlumatlardan edilmiş çıxarışdan, eləcə də Cavabdeh məxsus 131 nömrəli buraxılış vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində yanğınsöndürən atıcı vəzifəsində işləməklə, aylıq 299 manat əmək haqqı alır. İşdə olan Cavabdeh tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, iddia tələbini qismən qəbul edərək, qızı Nəfəsin yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan iddiaçının xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulmasına razıdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx xxxxxxxx 2019-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan xx xxxx 2020-ci il tarixdə Nəfəs adlı övladları doğulmuşdur. Tərəflər arasında nikah pozulmasa da, ailə daxilində münasibətlərin kəskinləşməsi səbəbindən onlar xx xxxxxx 2019-cu il tarixdən faktiki olaraq bir yerdə yaşamırlar. İddiaçı hazırda tək qadın olaraq yetkinlik yaşına çatmayan uşağını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Cavabdeh isə övladının maddi təminatı ilə kifayət qədər maraqlanmır. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X3 "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında xx xxxxxx 2019-cu il tarixli Qanuna əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx xxxx 2020-ci il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumunun 170 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq qazancı, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın saxlanması və digər xərclərinin ödənilməsi üçün sərf edildiyi, həmçinin iddiaçının qadın olmaqla müəyyən işlərdə işləmə imkanının məhdudluğu nəzərə alınsa, bu zaman sosial ədalət nöqteyi-nəzərdən valideynlər arasında qarşılıqlı balans, kompromislik, habelə tərəflərin hüquq və maraqlarının uzlaşdırılması prinsiplərinin tətbiq edilməsi ilə ağlabatan məbləğin müəyyən edilməsi məqsədəmüvafiqdir. Belə ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onun valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşağın maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın saxlanılması vacibliyini, həmçinin uşağın valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, xx xxxx 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq, Cavabdeh Muradova (Ağabalayeva) Həlimə Daşdəmir qızının xeyrinə hər ay 140 manat sabit pul məbləğində tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı Muradova (Ağabalayeva) Həlimə Daşdəmir qızının azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxx 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq, Cavabdeh Muradova (Ağabalayeva) Həlimə Daşdəmir qızının xeyrinə hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə təmin edilən hissədə dərhal icraya yönəldilsin. İddiaçı Muradova (Ağabalayeva) Həlimə Daşdəmir qızının azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-396/2020
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-396/2020
14.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver