Məhkəmə qərarları › İş №2(059)-423/2020

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-423/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-423/2020 05.10.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ iddiaçı “xxxxxxxx” ASC-nin Cavabdeh qarşı "elektrik enerjisindən istifadə nəticəsində yaranmış borcun ödənilməsi" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı “xxxxxxxx” ASC Cavabdeh qarşı "elektrik enerjisindən istifadə nəticəsində yaranmış borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı ASC-nin xeyrinə istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1116 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxx” ASC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, Cavabdeh iddia ərizəsinin məhkəməyə verilməsindən əvvəl ölüb: ölüm xx xxxxxxxx 2017-ci il tarixində baş verib, iddia ərizəsi isə 03 il 28 gün bundan sonra – xx xxxxxxx 2020-ci il tarixində məhkəməyə verilib. Ölmüş şəxs iddia ərizəsində cavabdeh kimi göstərilib. İnsan öldükdən sonra fiziki şəxs hesab olunmur. Qanunvericiliyə görə cavabdeh fiziki şəxs olmalıdır (MPM, maddə 50.3). Ölmüş şəxs cavabdeh hesab olunmadığından ona qarşı verilmiş iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil. Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, Cavabdeh iddia ərizəsinin verilməsindən əvvəl öldüyünə görə prosessual hüquq varisliyinə yol verilmir. Belə ki, ölən şəxs sağlığında prosessual hüquqi statusa (cavabdeh və s.) malik olduğu halda prosessual hüquq varisliyi (prosessual hüquq və vəzifələrin başqa şəxsə keçməsi) mümkündür. Əgər şəxs iddia verilənə qədər ölürsə o, prosessual hüquqi statusa malik olmur, ölmüş şəxsin malik olmadığı status başqasına keçə bilməz. Mülki-Prosessual Məcəllənin 58-ci maddəsinin mənası da bunu təsdiq edir. Azərbaycan Respublikası MPM-nin 284-4-cü maddəsinin İ hissəsinin İ bəndinə əsasən bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Beləliklə, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunan Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Yenə bu Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmçinin, iddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla aidiyyəti şəxs və ya şəxslərə qarşı məhkəməyə iddia icraatı qaydasında iddia ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-3, 284-4-cü maddələrini rəhbər tutaraq, qərara aldım: iddiaçı “xxxxxxxx” ASC-nin Cavabdeh qarşı "elektrik enerjisindən istifadə nəticəsində yaranmış borcun ödənilməsi" tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar