Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-424/2025 12.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Siyəzən rayon dövlət notariat ofisinə, üçüncü şəxslər ipoteka saxlayan "xxxx" ASC-yə, “Bank Respublika" ASC-nin Quba filialına, X2, X1 və "xxxx" MMC-yə qarşı "Siyəzən rayon dövlət notariat ofisinin dövlət notariusunun 20 sentyabr 2024-cü il tarixli, 8İ-1825 reyestr nömrəli ‘'İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında notariusun icra qeydinin icra edilməməli hesab olunması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Siyəzən rayon dövlət notariat ofisinə, üçüncü şəxslər ipoteka saxlayan "xxxx" ASC-yə, “Bank Respublika" ASC-nin Quba filialına, X2, X1 və "xxxx" MMC-yə qarşı "Siyəzən rayon dövlət notariat ofisinin dövlət notariusunun 20 sentyabr 2024-cü il tarixli, 8İ-1825 reyestr nömrəli ‘'İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında notariusun icra qeydinin icra edilməməli hesab olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə hazırlıq iclası əvvəl 29 may 2025-ci il tarixə, saat 11:30-a, sonuncu dəfə isə 12 iyun 2025-ci il tarixə, saat 14:30-a təyin edilmişdir. Lakin, tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclaslarına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə (nümayəndələrinin iştirakını təmin etməmə) səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların (nümayəndələrinin) iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli, 3 nömrəli qərarının 2-ci bəndinin İ cümləsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, tərəflər (nümayəndələri) göstərilən tarixlərdə məhkəməyə gəlmədiklərindən və işə onların iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Siyəzən rayon dövlət notariat ofisinə, üçüncü şəxslər ipoteka saxlayan "xxxx" ASC-yə, “Bank Respublika" ASC-nin Quba filialına, X2, X1 və "xxxx" MMC-yə qarşı "Siyəzən rayon dövlət notariat ofisinin dövlət notariusunun 20 sentyabr 2024-cü il tarixli, 8İ-1825 reyestr nömrəli ‘'İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında notariusun icra qeydinin icra edilməməli hesab olunması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzrlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №2(059)-424/2025
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-424/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver