Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-603/2021 15.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu Kreditor "xxxx" MMC-nin Borclu qarşı nisyə alqı-satqısı müqaviləsi üzrə öhdəliklərin icrasına dair məhkəmə əmrinin verilməsi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Kreditor "xxxx" MMC Borclu qarşı nisyə alqı-satqısı müqaviləsi üzrə öhdəliklərin icrasına dair məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə əmrinin verilməsi barədə ərizə nəzərdən keçirilərkən hazırkı ərizə üzrə dövlət rüsumunun ödənilmədiyi aşkar edilmişdir. Çünki, kreditor tərəfindən müvafiq dövlət rüsumu ödənilsə də, bu dövlət rüsumunun 29 sentyabr 2021-ci il tarixə aid olduğu müəyyən edilməklə, yanaşı həmin dövlət rüsumunun ödənilməsi barədə qəbz elektron sistemə daxil edilərkən istifadə edildiyi qeyd edilmişdir. Bu isə qeyd olunan ərizə üzrə hazırkı dövr üçün dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilmədiyinə dəlalət edir. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, dövlət rüsumu müəyyən edilmiş məbləğdə ödənilmədiyinə görə ərizənin icraata qəbul edilərək baxılması mümkün deyildir. Hesab edirəm ki, kreditor "xxxx" MMC-nin Borclu qarşı nisyə alqı-satqısı müqaviləsi üzrə öhdəliklərin icrasına dair ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 41, 152, 263-264, 277-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Kreditor "xxxx" MMC-nin Borclu qarşı nisyə alqı-satqısı müqaviləsi üzrə öhdəliklərin icrasına dair məhkəmə əmrinin verilməsinə dair ərizəsi və əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-603/2021
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-603/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver