Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-671/2021 03.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sayğacların və cərəyan transformatorlarının yoxlanması barədə 24 avqust 2021-ci il tarixli, 226888 nömrəli protokolun əsassız hesab edilərək ləğv olunması və protokol üzrə hesablanmış borcun silinməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sayğacların və cərəyan transformatorlarının yoxlanması barədə 24 avqust 2021-ci il tarixli, 226888 nömrəli protokolun əsassız hesab edilərək ləğv olunması və protokol üzrə hesablanmış borcun silinməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 284.3-cü maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-3-cü maddəsinin İİ hissəsinə əsasən ərizədə, ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddiaçının tələbi və onun əsaslandığı hallar, tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar, əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Beləliklə, mülki iş üzrə iddianın qiyməti beş min manatdan az olsa da, hazırkı iddia üzrə işə sadələşdirilmiş qaydada baxılması istisna edilir. Çünki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədlərdə işə sadələşdirilmiş icraat qaydasında baxılmasının mümkünlüyü təsdiq edəcək hər hansı bir mötəbər sübutun və ya sənədin (iş üzrə əlavə araşdırmaya, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasına, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınmasına zərurətin olmamasına dair) əlavə edilmədiyi müəyyən edilmiş nəticədə, tələb etmə hüququ barədə mübahisəli vəziyyət yaranmışdır. Bundan əlavə, iddia ərizəsi nəzərdən keçirilərkən “ərizəyə əlavələr” hissəsində dövlət rüsumu haqqında qəbzin ərizəyə qoşulduğu göstərilsə də, iş materialları nəzərdən keçirilərkən hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilmədiyi, həmçinin ərizədə tərəflərin eyniləşdirmə məlumatlarının (iddiaçının şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin və cavabdehin VÖEN-inin) göstərilmədiyi aşkar edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlara görə iddia ərizəsinin sadələşdirilmiş icraat qaydasında icraata qəbul olunaraq baxılması mümkün deyildir. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sayğacların və cərəyan transformatorlarının yoxlanması barədə 24 avqust 2021-ci il tarixli, 226888 nömrəli protokolun əsassız hesab edilərək ləğv olunması və protokol üzrə hesablanmış borcun silinməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi və əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-671/2021
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-671/2021
03.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver