Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-130/2024 22.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X14 Fikrət qızının sədrliyi , Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı “evə köçürülmə və maddi ziyanın ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinə köçürülməsi və kirayədə xərclədiyi 3000 (üç min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Bu nikah dövründə xx.xx.2006-cı il təvəllüdlü bir oğlu X11 dünyaya gəlmişdir. Xəbəri olmadan keçmiş həyat yoldaşı Cavabdeh nikahlarının pozulması ilə bağlı Lerik Rayon Məhkəməsinə müraciət etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(048)-108/2021 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Onlar nikaha daxil olandan sonra cavabdehin yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evə gəlin köçmüş və 2022-ci ilə kimi həmin evdə birgə yaşamışlar. Ev balaca olduğu üçün nikah vaxtlarında onun cehiz payı əvəzində gətirdiyi qızıl-zinnət əşyalarını və 8 şirvan paçka pulu (o vaxtla səksən min) pulu da xərcləyərək evi söküb, təzədən 3 otaqlı təmirli ev inşa etmişlər. Hal-hazırda ona verilən əlavə cehiz əşyaları da həmin evdədir. Gətirdiyi pulu cavabdeh əvvəlki məhkəmə iclaslarında etiraf etmişdir. Sözügedən evin yerləşdiyi 0,033ha torpaq sahəsinə dair keçmiş həyat yoldaşı Cavabdeh birgə nikah dövrlərində xx.xx.2017-ci il tarixdə öz adına mülkiyyətə dair çıxarış almışdır. Daha sonra Cavabdeh Sərhab oğlu notariat işi ilə əlaqəyə girərək 2019-cu ildə 0,033ha torpaq sahəsini xəbəri və iştirakı olmadan ögey oğlu X6 adına rəsmiləşdirilmişdir. Baxmayaraq, həmin vaxt onlar birgə nikahda olmuşlar (xatırladır ki, X12 cavabdehin birinci nikahdan olan övladıdır). Daha sonra X3 Rayon Məhkəməsinə müraciət edərək onu evdən çıxartmaqla bağlı məhkəmə qətnaməsi almışdır. xx.xx.2022-ci il tarixdə icra məmurları tərəfindən o, yaşadığı evdən zorla çıxarılmış, demək olar ki, küçəyə atılmışdır. Artıq 1 il 4 aydır ki, o, kirayələrdə yaşayır. Heç bir yerdə işləmir, dolana bilmir, artıq kirayə pulunu da ödəyə bilmir. Hər ay 180-200 manat kirayə pulu ödəyir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4679/2021 saylı qətnamənin surətindən görünür ki, o, yaşadığı evindən çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il :arixli 2(105)-160/2023 saylı qətnamənin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4679/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qanunsuz olduğu üçün ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli iş məhkəməsinin 2(012)-4679/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsi qanunsuz olduğu üçün ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli iş № 2(060)-2965/2022 qətnaməsinin surətindən görünür ki, artıq cavabdehə məxsus 0,033 ha torpaq sahəsində və “Opel” markalı minik avtomobilində ½ hissədə payları müəyyən edilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Mülki qanunvericiliyə əsasən əgər torpaq sahəsi paylı mülkiyyətdirsə, onun üzərindəki inşa edilmiş ev paylı sayılır. Birgə nikah vaxtı sökülüb, yenidən çəkdiyimiz xərc hesabına tikilibsə, həmin evə köçüb yaşamaq hüququ vardır. Evdən qanunsuz olaraq çıxarıldığı üçün ona maddi ziyan dəyməklə bərabər hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunanlara əsasən onun həmin evə köçüb, orada yaşamaq və oradan istifadə etmək hüququ vardır. Məhkəmədə iddiaçının nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək, tərəflər 2006-cı ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları dünyaya gəlmişdir. 2021-ci ildə cavabdehin iddiası əsasında aralarında bağlanmış nikah pozulmuşdur. İddiaçı 2006-2022-ci illərdə mübahisəli evdə yaşamışdır. Cavabdeh iddiaçının evdən çıxarılması barədə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və iddiası təmin olunmuşdur. Sonradan iddiaçı həmin qətnamədən şikayət vermişlər və qətnamə ləğv olunmuşdur. Torpaq sahəsinin alqı-satqısı ilə bağlı saxtakarlıq aşkar etdiklərinə görə məhkəməyə müraciət etmişlər. Nəticədə torpaq sahəsi ilə bağlı çıxarış ləğv olunmuşdur. Hazırda iddiaçı uzun müddət yaşadığı və əşyalarının olduğu evə köçüb yaşaya bilmir. İddiaçı hazırda kirayədə yaşayır, bununla bağlı kirayə üçün ödənilmiş məbləğində cavabdehdən tutulmasını tələb edirlər. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən zaman Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı məhkəmənin qərarı ilə evdən çıxarılmışdır. O, iddiaçının evə köçürülməsinə razı deyildir. Onun iddiaçı ilə bir evdə yaşamağı mümkün deyildir. Sözügedən torpaq sahəsini onlar ailə həyatı qurmamışdan əvvəl o, özü almışdır. Sadəcə sənədləşmə işləri gecikdiyinə görə sənədləri ailəli olduqları dövrdə qeydə alınmışdır. Qedy olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,033 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2965/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X12 ilə Cavabdeh arasında Sumqayıt “Asan Xidmət” Mərkəzində notariat kontorunda təsdiq edilmiş 4Ə-2054 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi etibarsız hesab edilməsi, cavabdeh X6 adına Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən sahəsi 0,033 ha olan torpaq sahəsində dair verilmiş xx.xx.2019-cu il tarixli **********19 reyestr nömrəli Çıxarışın ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-235\2023 saylı, xx.xx.2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********19 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0,033 ha torpaq sahəsində iddiaçı X2 payı ½ hissə, Cavabdeh payı ½ hissə müəyyən edilməsi, “Vauxhal Astra” markalı, ** DG ***dövlət qeydiyyat nişanlı minik avtomobilə iddiaçı X2 payı ½ hissə, Cavabdeh payı ½ hissə müəyyən edilməsi qət edilmişdir. İşə əlavə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 160/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X2 apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-4679/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4679\2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək, cavabdeh X5 iddiaçı X7 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0330 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2126/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(060)-2965/2022 nömrəli qətnaməsi Cavabdeh aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2065/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-235/2023 nömrəli qətnaməsi mübahisələdirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı F.A.Əliyeva Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X8 xx.xx.2023-cü il tarixində saat 11:00-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X13 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf F.A.Əliyeva tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 01-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Əmlak hüquqları sahiblik, istifadə və sərəncam hüquqları ilə yanaşı digər-ipoteka, servitut və digər hüquqlardan ibarətdir. İş matеriallarına, işin məhkəmə iclasında araşdırılan hallarına və iddiaçının izahatına əsasən hazırda sözügedən torpaq sahəsinə dair 1/2 hissədə iddiaçının payı müəyyən edilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququ ilə yanaşı, istifadə hüququ da yaranmışdır. Lakin о, həmin torpaq sahəsindən çıхarılmış və bununla da о mübahisəli torpaq sahəsindən istifadə еtmək hüquqlarından məhrum оlmuş, еyni zamanda cavabdеh iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata kеçirməsinə manеçilik törədərək оnun bu hüququndan tam istifadə еtmək imkanını məhdudlaşdırmışdır. Göstərilənləri nəzərə alaraq və qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə, hеsab еdir ki, iddiaçının sahiblik, istifadə və mülkiyyəti üzərində sərəncam vermək huquqları pоzulduğundan həmin hüquqlar bərpa оlunmalı, iddia evə köçürülmə hissəsində təmin edilməlidir. Azərbaycan Rеspublikasının tərəfdar çıхdığı «İnsan hüquqlarının və əsas azadlıqlarınmüdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən dinc istifadə еtmək hüququna malikdir. İnsan hüquqları üzrə Avrоpa Məhkəməsi “Mars Bеlçikaya qarşı” işdə əmlakdan manеəsiz istifadə hüququ ilə bağlı şərh vеrərək göstərmişdir ki, «əmlakdan manеəsiz istifadə hüququ mahiyyət еtibari ilə mülkiyyət hüququna təminat vеrir». Avrоpa Məhkəməsi Spоrrоnq və Lоnnrоt İsvеçə qarşı işdə qеyd еdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu tохunulmaz qalsada, mülkiyyət hüququnun həyata kеçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qеyri-sabit» хaraktеr almış оlur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bеləliklə, məhkəmə iclasında tədqiq еdilən sübutları qiymətləndirərək və qanunvеriciliyin yuхarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hеsab еdir ki, iddiaçı F.A.Əliyeva cavabdеh Cavabdeh ilə bərabər hüquqlu şəхsdir və оna görə də Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,033 ha torpaq sahəsində yerləşən evə köçürülməlidir. İddia tələbinin kirayə haqqı kimi ödədiyi 3000 (üç min) manat pulun cavabdehdən tutulması hissəsində təmin etmir. Belə ki, iddiaçı həmin tələb üzrə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Rеspublikasının Mülki Prоsеssual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnaməiş üzrə müəyyən еdilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq оlunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin еdilsin. İddiaçı X1 rayonu, Saray qəsəbəsində yerləşən 0,033 ha torpaq sahəsində yerləşən evə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş rüsumlar iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-130/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-130/2024
22.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver