Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2139/2021 05.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə Ərizəçi Maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə» dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 18.01.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 05.03.2021-ci il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin həmin tarixdə işdə iştirak edən şəxslər üzürsüz səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbini məhkəməyə bildirməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbayçan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə» dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun Ərizəçi qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-2139/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2139/2021
05.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver