Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3237/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Ərizəçi mərhum atası XX.XX.1958-ci il təvəllüdlü X2 ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 XX.XX.1958-ci ildə Sumqayıt şəhərində anadan olmuş, xx xxxxxx 2021-ci ildə Sumqayıt şəhərində ev şəraitində ölmüş və Sumqayıt şəhər Corat qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması ona bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ona görə də ərizəçi məhkəmədən mərhum atasının ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - Sumqayıt şəhər Corat Bələdiyyəsinin verdiyi arayışdan görünür ki, xx.xx.2021-ci ildə ölmüş X1 qəbirstanlığında dəfn edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli 05/Q-216/15 saylı məktubundan görünür ki, X2 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən Ərizəçi məhkəməyə müraciət olunması məsləhət bilinmişdir. -Sumqayıt şəhər Səhiyyə şöbəsi TTTYS-nin verdiyi xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, xx.xx.2021-ci il tarixdə 1958-ci il təvəllüdlü X2 meyiti yaşadığı mənzildə- ünvan 1 ünvanında aşkar edilmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zədə və zorakılıq əlamətləri aşkar edilməmişdir. -Sumqayıt şəhər Səhiyyə şöbəsi Sumqayıt şəhər 4 nömrəli poliklinikasının verdiyi xx xxxx 2021-ci il tarixli arayışından görünür ki, X2 ölümünün səbəbi qeyri-müəyyən olması, həmçinin mərhumun əvəllər poliklinikaya müraciət etməməsi və adına ambulatory kartanın olmadığından, ölüm səbəbimi təyin etmək mümkün olmamışdır. Bu səbəbdəndə ölüm haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası DİN-nin ******* saylı arayışından görünür ki, ərizəçi və mərhum atası Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ev 14-də qeydiyyatda olmuşlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin atası X3 xx.xx.2021-ci ildə yaşadığı mənzildə ölmüşdür. Mərhum ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun qızı olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1958-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-3237/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3237/2021
08.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver