Məhkəmə qərarları › İş №2(060)-3609/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3609/2024

02.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlik
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3609/2024 02.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı cavabdeh “Azərkimya” X1 Polietilen zavoduna qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya göərə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh “Azərkimya” X1 Polietilen zavoduna qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya göərə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 19 mart 2024-cü il tarixli 14-2-3-1/3- 1/-198/2024 saylı əmrinin etibrsız hesab edilməsi, işə bərpa, xx.xx.2024-cü ildən işə bərpa olunan günə qədər hər ay üçün məcburi iş buraxmaya görə aylıq əmək haqqının, 5000 manat məbləğində maddi ziyanın və 5000 manat mənəvi ziyanın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı hazırkı iddia tələbini “Azərkimya” X1 Polietilen zavoduna qarşı irəli sürsə də, elektron məhkəmə informasiya sistemində Etilen Polietilen zavodu adlı hüquqi şəxs müəyyən edilməmişdir. Elektron məhkəmə informasiya sistemində “Azərkimya” sözü əsasında verilmiş sorğuya cavab olaraq isə “Azərkimya İstehsal və X2” ASC, Azərkimya Layihə İnstitutunun Həmkarlar İttifaqı Komitəsi və "xxxx" MMC adlı hüquqi şəxslər müəyyən edilmişdir. Beləliklə iddiaçının hansı hüquqi şəxsə qarşı iddia qaldırması iddia ərizəsinin məzmunundan aydın deyil. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini yönəltdiyi cavabdehi (hüquqi şəxsin VÖEN-i əlavə edilməklə) ərizəsində dəqiq müəyyən etməlidir. Belə ki, cavabdehin dəqiq müəyyən edilməsi iddia ərizəsinin ərazi aidiyyatı üzrə hansı məhkəməyə aid olması məsələsinin həlli üçün də zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Azərkimya” X1 Polietilen zavoduna qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya göərə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Azərkimya” X1 Polietilen zavoduna qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya göərə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver