Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3776/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı İsrat oğlunun Cavabdeh qarşı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsini, Sumqayıt şəhər İcra Hakimiyyətini və Sumqayıt Bələdiyyəsini üçüncü şəxs qismində işə cəlb etməklə «torpaq sahəsinə icarə hüququnun alqı-satqı əqdinin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar qaydada nəzərdən keçirib müəyyən etdi: İddiaçı İsrat oğlu Cavabdeh qarşı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsini, Sumqayıt şəhər İcra Hakimiyyətini və Sumqayıt Bələdiyyəsini üçüncü şəxs qismində işə cəlb etməklə «torpaq sahəsinə icarə hüququnun alqı-satqı əqdinin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.18 ha bağ torpaq sahəsinə dair İddiaçı İsrat oğlu və Cavabdeh arasında bağ torpaq sahəsinin icarə hüququnun alqı-satqı əqdinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsisinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.07.2016-cı il tarixli, 2(105)-69/2016 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı İsrat oğlu, X1 cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı çıxarışların ləğv edilərək torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə iddiaçılar tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 12.02.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçılar İddiaçı İsrat oğlunun və X1 cavabdehlər Cavabdeh, X2, üçüncü şəxslər Sumqayıt şəhər bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestyri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində olan 2338 saylı torpaq sahəsinə dair verilmiş çıxarışların ləğv edilərək həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin onun adma bağlanmış hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.5. maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göründüyü kimi əvvəllər eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə mübahisəsi olmuş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu isə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İsrat oğlunun Cavabdeh qarşı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsini, Sumqayıt şəhər İcra Hakimiyyətini və Sumqayıt Bələdiyyəsini üçüncü şəxs qismində işə cəlb etməklə «torpaq sahəsinə icarə hüququnun alqı-satqı əqdinin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada təqdim olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3776/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3776/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver