Məhkəmə qərarları › İş №2(060)-4103/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4103/2024

22.07.2024 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4103/2024 22.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X16 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional Cavabdehndə Notariat Ofisinin notariusuna qarşı “notariat hərəkətinin aparılmasından imtinanın qanunsuz hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin həvalə edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Notariat hərəkətinin aparılmasından imtina edilməsi barədə 1 saylı Sumqayıt Regional Cavabdehndə Notariat Ofisinin notariusunun imtinasını qanunsuz hesab edilməsi və miras qoyan mərhum atası X13 məxsus Sumqayıt Şəhəri, X11, Azadlıq küçəsi ünvanında yerləşən 11 saylı ev üzrə açılmış mirası faktiki qəbul etmiş qanun üzrə birinci növbəli vərəsə kimi ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini cavabdeh Sumqayıt Regional Cavabdehndə Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qebul edilməsini xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X17 xx.xx.2007-ci il tarixində vəfat etmişdir. Atası vəfat eden gündən o onunla nirlikdə mülkiyyətində olan Sumqayıt Şəhəri, X11, Azadlıq küçəsi ünvanında yerləşən 11 saylı ev ünvanında yerləşən fərdi-yaşayış evində yaşamışdır. Qeyd etmək istərdi ki, hazırda öhdəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş bacısı xx.xx.1957-ci il təvəllüdlü X22 Qızı ilə birlikdə atalarından miras qalmış mənzildə yaşayırlar. Qeyd etmək istərdi ki, onlar 5 nəfərdən ibarət ailə olublar. X1 xx.xx.2006-cı ildə, qardaşı X19 isə xx.xx.2023-cu il tarixində dünyalarını dəyişmişlər. Qardaşı vəfat etdiyi tarixədək subay olmuşdur. Qeyd etdiyi kimi, xx.xx.1957-ci il təvəllüdlü bacısı X14 isə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən iddiaçı onun qəyyumu təyin edilib. Digər bacısı X9 isə mirasın qəbulu ilə bağlı bütün işləri aparması ilə bağlı ona etibarnamə vermişdir. O, atasından qalan miras əmlakı birinci mövbəli vərəsə kimi faktiki olaraq qəbul edib. Bununla bağlı o 1 saylı Sumqayıt Regional Cavabdehndə Notariat Ofisinə atasından miras qalmış əmlaka dair adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət edib. Cavabdeh müraciətinə verdiyi 21 aprel 2024-cü il tarixli, 968 nömrəli məktubunda bildirmişdir ki, mərhum X12 vəfat etdiyi tarixə qüvvədə olan 1246-cı maddəsinə əsasən mirasın açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi bildirilərək müraciətinə imtina verilmişdir. O cavabdehə mirası faktiki olaraq qəbul etdiyini və buna dair sübut kimi yaşayış yeri haqqında arayış təqdim etsə də, cavabdeh heç bir araşdırma aparmadan əsassız imtinasını ona təqdim etmişdir. Hesab edir ki, cavabdehin imtinası özlüyündə tam qanunsuz və əsassız olmuşdur. Belə ki, qanunvercilikdə nəzərdə tutulan miras əmlakın faktiki qəbulu hissəsində cavabdeh nəzər yetirmədən imtina vermişdir. Düşünür ki, mövcud məsələnin həlli yalnız məhkəmə qaydasında mümkündür. Natoriat kontorunun cavabından da göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan şəhadətnamənin verilməsi mümkünsüzdür. Sumqayıt Şəhəri, X11, Azadlıq küçəsi ünvanında yerləşən 11 saylı ev ünvanında yerləşən fərdi-yaşayış evi üzrə açılmış mirası faktiki olaraq qəbul etməyi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışla təsdiq edilərək, həmin arayışla göstərilmişdir: “verilir, Baki Şəhəri, Suraxanı rayonu,Y/Günəşli qəsəbəsi,” “AB,”Y/S, ev 80, mənzil 35 ümvanında qeydiyyatda olan xx.xx.1964-cü ildə anadan olmuş vətəndaş İddiaçı ondan ötrü ki, o, həqiqətən atası X17 vəfat etdikdən sonra Sumqayıt Şəhəri, X11, Azadlıq küçəsi ünvanında yerləşən, ev 11 ünvanında qeydiyyatsız yaşayır”. Beləliklə, qanunvericilik tələbləri pozularaq 1 saylı Sumqayıt Regional Cavabdehndə Notariat Ofisinin notariusu tərəfindən Sumqayıt Şəhəri, X11, Azadlıq küçəsi ünvanında yerləşən 11 saylı ev üzrə açılmış mirasla əlaqədar mirası faktiki qəbul etmiş qanun üzrə birinci növbəli vərəsə kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmasi ilə əlaqədar notariat hərəkətinin aparılmasından notariusunun imtinası qanunsuz hesab edilməlidir və mərhum atası X10 miras qalmış X11, Azadlıq küçəsi ünvanında yerləşən 11 saylı ev əmlakı faktiki qəbul etmiş qanun üzrə birinci növbəli vərəsə kimi ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi cavabdehə həvalə edilməlidir. İddiaçı məhkəmədə eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh 1 saylı Sumqayıt Regional Cavabdehndə Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və 1 saylı Sumqayıt Regional Cavabdehndə Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını hərtərəfli tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional Cavabdehndə Notariat Ofisinin Rİddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, ərizəyə əlavə olunan sənədlərə cavab olaraq bildirilir ki Azerbaycan Respublikasının Mülki Məcəlləsinin mərhum X12 vəfat etdiyi xx.xx.2007-ci il tarixə qüvvədə olan 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyi çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 (üç) ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ( altı) ay kecdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyu kimi, miras sözügedən qərarın qəbul edildiyi xx.xx.2023-cü ildən qabaq, yəni xx.xx.2007-ci il tarixində açıldığı üçün, həmin dövrün qanunvericiliyinə əsasən, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən hal-hazırda sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Odur ki, mirasın qəbulu faktının müəyyən olunmasına və ya mirasın qəbul edilməsi vaxtının uzadılmasına dair ərizə ilə müvafiq məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan A3 № ******* saylı, xx.xx.1964-cü il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı doğum haqqında şəhadətnaməsinin ata qrafasında-X4, ana qrafasında- X3 qeyd edilmişdir. İşə əlavə olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 311 nömrəli qəyyum təyin etmə barədə sərəncamından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı bacısı xx.xx.1957-ci il təvəllüdlü X7 üzərində qəyyum təyin edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X17 xx.xx.2007-ci il , X3 xx.xx.2006-cı il və X19 xx.xx.2023-cü il tarixdə ölmuşlər. İşdə olan 2 saylə Sumqayıt asan xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X19 öldüyü xx.xx.2023-cü il tarixədək subay olmuşdur. İş materiallarında olan xx.xx.1967-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri Z.A.Tağiyev Qəsəbəsində yerləşən 2 otaqlı yaşayış sahəsi X12 adına qeydə alınmışdır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının X5 nümayəndəsinin xx.xx.2023-cü il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, İddiaçı atası X17 vəfat etdikdən sonra Sumqayıt şəhəri X11, Azadlıq küçəsi ev 11 ünvanında qeydiyyatsız yaşayır. İnsan Hüquqlarının və X6 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X6 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-cü maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Mülki Məçəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə isə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən hesab edir ki, X12 20 iyul 2007-ci ildə vəfat etməsi ilə ondan qalmış miras əmlakına dair miras açılmışdır. Lakin İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mirası qəbul etməmiş, nəticədə bunun üçün müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikmə səbəbini üzrlü sayır və buna görə də hesab edir ki, bu müddət uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2007-ci ildə vəfat etmiş X10 qalmış miras əmlakın qəbul edilməsi üçün 1 saylı Sumqayıt Regional Cavabdehndə Notariat Ofisinin notariusunun imtinasını qanunsuz hesab edilməklə qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü hesab edilərək müddətin uzadılması bərpa edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver