Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4181/2021 10.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi, girov predmetinə tutmanın yönəldilməsi və girov predmeti olan əşyaların açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 21.02.2020-ci il tarixli, MK-00083-17/20A saylı kredit müqaviləsindən irəli gələn 07.04.2021-ci il tarixə ödənilməmiş 9644.38 manat əsas borc, 1081.4 manat faiz borcu, 169,25 manat dəbbə pulu, iddia qaldırılması üçün 30 manat dövlət rüsumu, ümumilikdə 10895.03 manat, 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iddiaçmm xeyrinə tutulması, Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 21.02.2020-ci il tarixli MKYG-00083-17/20A saylı girov müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 1 ədəd çəhrayı və ağ rəngli mətbəx mebelinə (200 AZN), 1 ədəd BEKO qara rəngli tozsorana (150 AZN) , 1 ədəd Samsung boz rəngli paltaryuyana (250 AZN), 1 ədəd İndesit ağ rəngli soyuducuya (250 AZN), 1 ədəd qəhvəyi rəngli stol və stula (150 AZN), 1 ədəd qara rəngli Samsung tozsorana (250 AZN), 1 ədəd qəhvəyi rəngli divan və kresloya (150 AZN) tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, girov ilə təmin edilmiş kredit borcunun həmin girov predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, girov predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 21.02.2020-ci il tarixli, MK-00083-17/20A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 24 ay müddətinə illik 25,61 faiz ödəmək şərti ilə 10.000 manat məbləğində, aylıq əsasla, qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh4 21.02.2020-ci il tarixdə iddiaçıyla MKZ-00083-17/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh2 21.02.2020-ci il tarixdə iddiaçıyla MKZ2-00083-17/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh3 21.02.2020-ci il tarixdə iddiaçıyla MKZ3-00083-17/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Kreditin təminatı qismində Cavabdeh1 21.02.2020-ci il tarixdə iddiaçıyla MKYG-00083-17/20A girov müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə ona məxsus olan 1 ədəd çəhrayı və ağ rəngli mətbəx mebeli (200 AZN), 1 ədəd BEKO qara rəngli tozsoran (150 AZN), 1 ədəd Samsung boz rəngli paltaryuyan (250 AZN), 1 ədəd İndesit ağ rəngli soyuducu (250 AZN), 1 ədəd qəhvəyi rəngli stol və stul (150 AZN), 1 ədəd qara rəngli Samsung tozsoran (250 AZN), 1 ədəd qəhvəyi rəngli divan və kreslo (150 AZN) girova qoymuşdur. Cavabdehin 21.02.2020-ci il tarixli MK-00083-17/20A saylı kredit müqaviləsi üzrə 07.04.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 9644 manat 38 qəpik, faiz borcu 1081 manat 40 qəpik, dəbbə pulu 169 manat 25 qəpik, cəmi 10895 manat 03 qəpik təşkil edir. Beləliklə, cavabdehin 07.04.2021-ci il tarixinə MK-00083-17/20A saylı kredit müqaviləsi üzrə ümumi borcu 10895 manat 03 qəpik təşkil edir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 21.02.2021-ci il tarixli MK-00083-17/20A saylı kredit müqaviləsindən irəli gələn 07.04.2021-ci il tarixə ödənilməmiş 9644,38 manat əsas borc, 1081,4 manat faiz borcu, 169,25 manat cərimə borcu və iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçının xeyrinə tutulmasə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə teleqramla müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4, 185.5-ci maddəsinə əsasən isə Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarına əlavə edilmiş: Bank ilə Cavabdeh1 arasında bağlanılmış 21.02.2021-ci il tarixli MK-00083-17/20A saylı Kredit müqaviləsindən görünür ki, Bank borcalana 24 ay müddətinə illik 25,61% ödəmək şərti ilə 10.000 manat məbləğində kredit verməyi, borclu isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, kredit və hesablanmış faizi razılaşdırılmış müddətdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Bank ilə Cavabdeh1 arasında bağlanılmış kredit müqaviləsinə 4 may 2020-ci il tarixli, 1 saylı Əlavə Sazişdən görünür ki, müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 21 fevral 2022-ci il tarixədək uzadılmış hesab edilir. Müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 24% olaraq müəyyən edilmişdir. Bank ilə Cavabdeh1 arasında bağlanılmış kredit müqaviləsinə 21 avqust 2020-ci il tarixli, 1 saylı Əlavə Sazişdən görünür ki, müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 21 avqust 2022-ci il tarixədək uzadılmış hesab edilir. Müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 24% olaraq müəyyən edilmişdir. Borc barədə maliyyə arayışından görünür ki, 07.04.2021-ci il tarixə borcalanın Banka 9644,38 manat əsas borc, 1081,4 manat faiz borcu, 169,25 manat cərimə borcu olmaqla, ümumilikdə 10.895,03 manat borcu mövcuddur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış fazilər hər ay ödənməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bank ilə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanılmış 21 fevral 2021-ci il tarixli, MKZ-00083-17/20A saylı, MKZ2-00083-17/20A saylı və MKZ3-00083- 17/20A saylı zaminlik müqavilələrinə və qeyd olunan zaminlik müqavilələrinə 04 may 2020-ci il tarixli 1 saylı Əlavə Sazişdən və 21 avqust 2020-ci il tarixli 2 saylı Əlavə Sazişlərdən görünür ki, zaminlər MK-00038-02/17A saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşlər. Mülki Məcəllənin 470, 472-ci maddələrinə istinadən hesab edir ki, iddiaçının zaminlərə qarşı iddia tələbi əsaslıdır, zaminlər borclu ilə birgə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 9644,38 manat əsas borc, 1081,4 manat faiz borcu, 169,25 manat cərimə borcu olmaqla, cəmi 10.895,03 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 9644,38 manat əsas borc, 1081,4 manat faiz borcu, 169,25 manat cərimə borcu olmaqla, cəmi 10.895,03 (on min səkkiz yüz doxsan beş manat üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4181/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4181/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - İpoteka borcunun ödənilməsinin
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver