Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-441/2025 12.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı direktoru Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul və əmlak tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "pul və əmlak tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 (icarəyə verən) ilə “313 Cars MMC” icarədar arasında xx.xx.2023-ci il tarixli, 02 № li avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən icarəyə verən ona məxsus nəqliyyat vasitəsini icarəyə verir. İcarəçi isə həmin nəqliyyat vasitəsini öz istifadəsinə qəbul edir. Həmin müqavilənin 5.1-ci bəndində qeyd edilmiş nəqliyyat vasitəsini xx.xx.2025-ci ildə qəbul etmək və nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək icarəçinin (cavabdehin) öhdəliklərinə aid edilmişdir. X4 məxsus olan “Mercedes Benz minik” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı 2022-ci il buraxılışlı avtomobili xx.xx.2023-cü il tarixdən 23 ay müddətinə 400 manat olmaqla Cavabdeh avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı əsasında icarəyə verilmişdir. Lakin Cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirilməməsi ilə (ödənilməli olan icarə haqqı) müqavilədə nəzərdə tutulan normaları da pozmuş, müqavilənin mahiyyətinə zidd olaraq, avtomaşından istifadə edərək, 3780 manat ödəmişdir. Cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmişdir. Hal-hazırda avtomobil Cavabdehdır. Onun hərəkətlərindən belə məlum olur ki icarə haqqını vermək fikri yoxdur və avtomaşını qaytarmır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh 2024-cü il may ayından sentyabr ayına qədər olan müddətdə yaranmış 1600 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun, İddiaçı MMC-dən icarəyə götürdüyü X2 mülkiyyətində olan “Mercedes Benz” markalı minik avtomobili 2022-ci il buraxılışlı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Daha sonra İddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, cavabdeh X1 İddiaçı MMC-dən icarəyə götürdüyü “Mercedes Benz minik” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı 2022-ci il buraxılışlı avtomobilə görə icarə haqqından qalmış 4220 manat pulun, 100 manat dövlət rüsumunun və X2 mülkiyyətində olan “Mercedes Benz minik” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı 2022-ci il buraxılışlı avtomobilin alınaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı direktoru Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək iddia tələbini qəbul etdiyini və hazırda avtomobilin təmir olunmaq üçün ustada olduğunu bildirmişdir. Borcun ödənilməsindən yayınmadığını sadəcə borcun ödənilməsi üçün vaxta ehtiyacı olduğunu bildirmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları
9. Belə ki, iş materiallarında olan icarəyə verən X5 ilə icarəçi İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 2 nömrəli icarə müqaviləsindən görünür ki, X5 (icarəyə verən) “Mercedes Benz minik” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 23 ay müddətinə, aylıq 350 manat icarə haqqı ödənilməsi şərtilə İddiaçınə icarəyə vermişdir.
10. Həmin müqavilənin 3.4.9-cu bəndinə əsasən bu müqavilənin müddəti başa çatdıqda və ya hər hansl bir səbəbdən bu müqaviləyə xitam verildikdə təbii amortizasiya halları nəzərə alınmaqla icarəçi icarə avtomobilini icarəyə verənə geri təhvil verir.
11. İş materiallarında Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-TZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz minik” markalı avtonəqliyyat vasitəsi X4 məxsusdur.
12. İş materiallarında Nümayəndə tərəfindən ünvan ünvanlanan xx.xx.2023-cü il tarixli **********268 saylı ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində Cavabdeh reyestrdə 7E-2361 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir.
13. İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X5 özünə məxsus olan **-TZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz minik” markalı avtonəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixədək Cavabdeh istifadəsinə vermişdir.
14. İş materiallarında olan İddiaçı ilə X3 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamından görünür ki, X3 **-TZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E230” markalı avtomobili 23 ay müddətinə hər ay 400 manat olmaqla ayın 27-nə kimi ödəniş etməyi öhdəsinə götürmüşdür.
15. Həmin iltizamdan (razılaşmadan) görünür ki, X3 ödənişi 2 gün və daha çox gecikdirdiyi halda İddiaçı MMC-nin istənilən əməkdaşı tərəfindən və vəziyyətindən asılı olmayaraq onun iştirakı olub-olmaması fərqi olmadan avtomobilin götürülməsinə dair öhdəlik götürmüş, habelə ödənişi tam həyata keçirdikdən sonra idarəetmə etibarnaməsinin ləğv edilməsi və ona 5 günlük baş etibarnamə verilməsi və avtomobil öz adına sənədləşdirilməli, əks təqdirdə gələcəkdə yaranan problemlərə görə MMC-nin məsuliyyət daşımamağı bildirilir.
16. Həmçinin, X3 öhdəlik götürmüşdür ki, ödənişi 3 gün gecikdirdiyi halda ona verilmiş etibarnamə ləğv edilə və avtomobilin qaytarılması haqqında qərar qəbul edilə bilər. Bu halda ödədiyi pullar geri qaytarılmır. (İlkin və aylıq etdiyi ödənişlər)
17. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş arayışdan görünür ki, X3 tərəfindən MMC-yə xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 394 manat, xx.xx.2023-cü il tarixdə 406 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023cü il tarixdə 395 manat, xx.xx.2023-cü il tarixdə 395 manat, xx.xx.2023-cü il tarixdə 410 manat, xx.xx.2023-cü il tarixdə 390 manat, xx.xx.2024-cü il tarixdə 410 manat, xx.xx.2024cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 240 manat, xx.xx.2024-cü il tarixdə 340 manat olmaqla, cəmi 4580 manat ödəniş edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə tərəflər arasında “Mercedes Benz minik” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı icarə müqaviləsi bağlanmış, X3 **-TZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E230” markalı avtomobilə görə 23 ay müddətinə hər ay 400 manat olmaqla ayın 27-nə kimi ödəniş etməyi öhdəlik götürməsinə baxmayaraq, öhdəliyini tam yerinə yetirməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
20. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
21. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
22. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Qeyd olunan Məcəllənin 425.2-ci maddəsinin tələbinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
26. Göstərilən Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
27. Yuxarıda qeyd olunanlardan da görünür ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış və iddiaçı tərəfindən nəqliyyat vasitəsi cavabdehə icarəyə verilmiş, cavabdeh isə müqavilə üzrə onun üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, icarə haqqını iddiaçıya ödəməmişdir.
28. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 2024cü ilin may-2025-ci ilin yanvar aylarının icarə haqqı məbləği (4220 manat) iddiaçıya ödənilməmişdir.
29. Məhkəmə iddia tələbinin “X2 mülkiyyətində olan “Mercedes Benz minik” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı 2022-ci il buraxılışlı avtomobilin alınaraq İddiaçı MMC-yə təhvil verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.
30. Belə ki, İddiaçı ilə X3 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamından görünür ki, X3 öhdəlik götürmüşdür ki, ödənişi 3 gün gecikdirdiyi halda ona verilmiş etibarnamə ləğv edilə və avtomobilin qaytarılması haqqında qərar qəbul edilə bilər. Bu halda ödədiyi pullar geri qaytarılmır. (İlkin və aylıq etdiyi ödənişlər)
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.
32. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
34. Göründüyü kimi cavabdeh könüllü şəkildə bağladığı müqavilədə hər ay vaxtında ödəniş edəcəyini, habelə ödənişi 3 gün gecikdirdiyi halda ona verilmiş etibarnamənin ləğv edilə və avtomobilin qaytarılması haqqında qərar qəbul edilə biləcəyinə dair öhdəlik götürmüşdür.
35. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən icarə haqqı ödənilmədiyindən, qeyd olunan nəqliyyat vasitəsi iddiaçının sahibliyində olduğundan, cavabdehə verilən etibarnamə ləğv edildiyindən iddia təmin edilməli, Cavabdeh 4220 (dörd min iki yüz iyirmi) manat icarə haqqı alınaraq İddiaçınə ödənilməli, Cavabdeh “Mercedes Benz minik” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı, 2022-ci il buraxılışlı avtomobil alınaraq İddiaçı MMC-yə təhvil verilməlidir.
36. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4220 (dörd min iki yüz iyirmi) manat icarə haqqı və 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçınə ödənilsin. Cavabdeh 2022-ci il buraxılışlı, “Mercedes Benz minik” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı MMC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva