Məhkəmə qərarları › İş №2(060)-452/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-452/2021

26.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Ailə münasibətləri üzrə mübahisələr - Digər - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-452/2021 26.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi və vəkili X2, Cavabdeh Qanuni nümayəndə qızının, Onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Qanuni nümayəndə, Hacıyev Vaqif Qasım oğluna və Cavabdeh2 qarşı «əqdlərin etibarsız hesab olunması, birgə nikah dövründə əldə olunmuş əmlakın və kredit borcunun bölünməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Qanuni nümayəndə, Hacıyev Vaqif Qasım oğluna və Cavabdeh2 qarşı «əqdlərin etibarsız hesab olunması, birgə nikah dövründə əldə olunmuş əmlakın və kredit borcunun bölünməsi tələbinə» dair iddia ərizəsi ilə ünvan 1qayıt şəhər Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə alınmış **-HP-*** dövlət nömrə nişanlı, “X16” markalı avtomobilin 07.03.2020-ci il tarixli alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin nəqliyyat vasitəsinə onun 1/2 hissədə payının müəyyən edilməsi, birgə nikah dövründə alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha **********842 reyestr nömrəli torpaq sahəsi üzərində onun 1/2 hissədə payının müəyyən edilməsi, ailə borcları kimi 30.09.2019-cu il tarixli “xxxx” ASC tərəfindən İddiaçı 50.000 manat dəyərində şirkət zaminliyi əsasında ayrılmış istehlak kredit müqaviləsi üzrə borcun 1/2 hissəsinin cavabdeh Qanuni nümayəndə aid edilməsi, ünvan 1qayıt şəhəri 3 saylı Notariat Kontorunda təsdiqlənmiş, mülkiyyətində olan ünvan 1qayıt şəhəri, 17-ci mikrorayon, ev 14, mənzil ünvanda yerləşən ümumi sahəsi 66.7 kv.m mənzilin tərəfindən verilmiş etibarnamə əsasında atası Hacıyev Vaqif Qasım oğlu tərəfindən oğlu Cavabdeh2 bağışlanmasına dair 23.02.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, cavabdeh Qanuni nümayəndə ilə 27 aprel 2005-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onlar arasında bağlanmış nikah 05 mart 2020-ci il tarixdə ünvan 1qayıt şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Birgə nikah dövründə 05 oktyabr 2015-ci il tarixdə Qanuni nümayəndə adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha **********842 reyestr nömrəli torpaq sahəsi alınmışdır. O, birgə nikah dövründə 05.03.2018-ci il tarixdə 10.000 manat, 16 07.2018-ci il tarixdə 13500 manat, 01.05.2.019-cu i! tarixdə 18000 manat, 01.09.2019-cu il tarixdə 505.01 manat, ümumilikdə 42005.01 manat olmaqla işlədiyi şirkətdən ancaq işçilərin özünə nəzərdə tutulan güzəştli kredit borclarına siyasəti proqramı vasitəsilə kredit götürmüşdür. Bundan başqa 16.05.2019-cu il tarixdə 4500 manat limiti olan kredit xətti kartı mövcud olmuşdur. 30.09.2019-cu il tarixdə “xxxx” ASC tərəfindən ona 50.000 manat dəyərində şirkət zaminliyi əsasında kredit ayrılmışdır. Həmin ayrılmış kredit əsasında onun işlədiyi şirkətin xəzinəsindən ayrı-ayrı vaxtlarda götürdüyü kreditlərin bağlanması məqsədilə 30.09.2019-cu il tarixdə, 42005.01 manat məbləğ işlədiyi şirkətin xəzinəsinə qaytarılmış, həmçinin 4675 manat məbləğ kredit kartının bağlanılmasına yönəldilmişdir. Yuxarıda sadalanan müxtəlif dövrlərdə götürülən kreditlər ailə ehtiyaclarına xərclənmiş, hər il yay aylarında ailəvi Türkiyənin Bodrum, İstanbul şəhərində, Azərbaycanın müxtəlif rayonlarında istirahət mərkəzlərində istirahət üçün xərclənmişdir. Həmçinin götürülmüş kreditlər keçmiş arvadı Qanuni nümayəndə Gürcüstanda poliklinikada keçirilmiş əməliyyat və müalicəsi, Bakı şəhəri Milli Təhlükəsizlik Nazirliyinin Qospitalında burunda olan polipin götürülməsi və Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən “X13” kistanın götürülməsi əməliyyatı və müalicələri üçün və s. kimi ailə ehtiyaclarına xərclənmişdir. Onun atası Vaqif Hacıyevə 14.08.1990-cı il tarixli order əsasında məxsus ünvan 1qayıt şəhəri, 17-ci mikrorayon, 14-cü ev, 18-ci mənzil bağışlama müqaviləsi əsasında 27 oktyabr 2019-cu il tarixdə Vaqif Hacıyev tərəfindən özünün ad günü münasibətilə ona bağışlanmışdır. Həmin mənzilin bağışlanması zamanı Qanuni nümayəndə könüllü razılıq ərizəsi alınmışdır. Onun atası Hacıyev Vaqif Qasım oğlu özlərinə məxsus mənzilin, habelə qızı X5 məxsus mənzillərin qaz və elektrik təchizatı, telefon xətti ilə bağlı müqavilələrin onun adına olduğu üçün onun işdən çıxa bilməməsi səbəbindən etibarnamə verməsini, həmin müqavilələrin müvafiq olaraq özünün və qızının adına rəsmiləşdirilməsini həyata keçirmək istədiyini bildirmişdir. O, da öz növbəsində atası Vaqif Hacıyevə 22.02.2020-ci il tarixdə etibarnamə vermişdir. Əvvəllər də işdən çıxa bilmədiyi üçün müxtəlif sənədləşmə işlərinin yerinə yetirilməsi ilə bağlı atasına etibarnamə verdiyindən atasının dediyinə inanmışdır. Lakin atası Vaqif Hacıyev boşanma ərəfəsində olan oğlunun ailəsinin dağılmasının qarşısını almaq üçün Qanuni nümayəndə yalvarışları ilə ondan xəbərsiz həmin etibarnamə əsasında yuxarıda göstərilən mənzili 23.02.2020-ci il tarixli bağışlama müqaviləsi əsasında nəvəsi Cavabdeh2 bağışlamışdır. Halbuki, həmin mənzili o, öz iradəsi ilə oğluna bağışlaya bilərdi ki, həmin dövrdə bunu istəməmişdir. O, bunlardan xəbərsiz olmuş, yalnız 10 mart 2020-ci il tarixdə anasının ad günündə baş verənlər barədə ona məlumat vermişlər. Bütün bunları baba və nənə onun xəbəri olmadan nəvələri ilə görüşməsi üçün, ailənin dağılmasının qarşısını almaq üçün etmişdir. Birgə nikah dövründə 2014-cü il noyabr ayında, onun adına **-HP-*** dövlət nömrə nişanlı, “X16” markalı avtomobil alınmışdır. Həmin avtomobil 07 mart 2020-ci il tarixdə atası Hacıyev Vaqif Qasım oğluna yuxarıda qeyd olunan məqsədlə vermiş olduğu 22 fevral 2020-ci il tarixli etibarnamə əsasında Qanuni nümayəndə adına heç bir məbləğ alınmadan formal olaraq alqı-satqı olunmuşdur. Onun həmin vaxt bundan məlumatı olmamışdır, çünki məlumatı olduğu təqdirdə artıq Qanuni nümayəndə ilə aralarında olan nikah pozulduğu üçün həmin avtomobilin Qanuni nümayəndə adına keçirilməsinə razılıq verməzdi. Həmçinin 2014-cü ilin noyabr ayından etibarən, o, həmin avtomobili idarə etmək üçün Qanuni nümayəndə etibarnamə vermişdir. Həmin vaxtdan indiyədək göstərilən avtomobil Qanuni nümayəndə istifadəsində olmuşdur, addan ada keçirilməsinə zərurət yox idi. Lakin onun atası və anası Cavabdeh3 keçmiş gəlini Qanuni nümayəndə yalvarışlarına dözmədiyi üçün, nəvələrinə görə, həmçinin ailənin yenidən bərpa edilməsi ümidi ilə onun razılığı olmadan etibarnamə əsasında həmin avtomobili keçmiş gəlini Qanuni nümayəndə adına rəsmiləşdirmişdir. Çünki, Qanuni nümayəndə onun anası və atası ilə dəfələrlə danışaraq uşaqları məktəbə aparıb gətirməsi üçün həmin avtomobilin onun adına keçirilməsinə onu razı salmaqlarını xahiş etmişdir. Onun həmin avtomobilin Qanuni nümayəndə adına rəsmiləşdirilməsinə razı olmayacağını bildiyindən atası Vaqif Hacıyev bu yola əl atmışdır. Onun 10 mart 2020-ci il tarixdə bu barədə məlumatı olmuşdur. Koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il tarixdən xüsusi karantin rejimi elan edildiyindən, həmin dövrdən etibarən məhkəmələr tam həcmdə fəaliyyət göstərmədiyindən həmin vaxt məhkəməyə müraciət olunmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia tələbini əsaslı hesab edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Qanuni nümayəndə iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, iddia tələbinin ancaq birgə nikah dövründə alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha **********842 reyestr nömrəli torpaq sahəsi üzərində onun 1/2 hissədə payının müəyyən edilməsini qəbul edir. İddia tələbinin digər hissələrinə gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissələrdə əsassızdır. Belə ki, **-HP-*** dövlət nömrə nişanlı, “X16” markalı avtomobil və ünvan 1qayıt şəhəri, 17-ci mikrorayon, 14 saylı evin, 18 saylı mənzili onun adına keçirilərkən, heç bir qanun pozuntusuna yol verilməmişdir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini qismən əsaslı hesab edərək göstərdi ki, Qanuni nümayəndə İddiaçı ilə 27.04.2005-ci ildə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan 31.01.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh2 adlı iki övladları olmuşdur. ünvan 1qayıt şəhər Məhkəməsinin 05.03.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Qanuni nümayəndə keçmiş həyat yoldaşı ilə birgə nikah dövrü ünvan 1qayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 90 A ünvanında yerləşən 17 saylı mənzili 08.02.2012-ci il tarixdə, ********** qeydiyyat nömrəli çıxarış ilə, ünvan 1qayıt şəhəri, 30-cu məhəllə, ev 3/4 ünvanında yerləşən 42 saylı mənzili 28.03.2012-ci il tarixdə, ********** qeydiyyat nömrəli çıxarış ilə, ünvan 1qayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 7 A ünvanında yerləşən 11 saylı mənzili 07.08.2012-ci il tarixdə, ********** qeydiyyat nömrəli çıxarış ilə, ünvan 1qayıt şəhəri, 3-cü mikrorayon, ev 21/31 ünvanında yerləşən 38 saylı mənzili 17.05.2013-cü il tarixdə, ********** qeydiyyat nömrəli çıxarış ilə, ünvan 1qayıt şəhəri, 2-ci mikrorayon, ev 27/69 B ünvanında yerləşən 26 saylı mənzili 12.03.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəli çıxarış ilə, ünvan 1qayıt şəhəri, 30-cu məhəllə, ev 9/13 ünvanında yerləşən 28 saylı mənzili 22.05.2015-ci il tarixdə, ********** qeydiyyat nömrəli çıxarış ilə və ünvan 1qayıt şəhəri, 1-ci mikrorayon, ev 5A /8 ünvanında yerləşən 23 saylı mənzili 21.11.2015-ci il tarixdə, ********** qeydiyyat nömrəli çıxarış ilə mənzilləri almışlar. Qanuni nümayəndə 16.09.2019-cu il tarixdə İddiaçı ilə aralarında mübahisə etmişlər və həmin gün də ayrılaraq bir daha birlikdə yaşamamışlar. 01.10.2019-cu il tarixdə isə məhkəməyə boşanma ərizəsi vermişdir. Boşanma ərizəsi verdikdən sonra Qanuni nümayəndə adına olan mənzillərlə bağlı araşdırma apardıqda məlum olmuşdur ki, Qanuni nümayəndə adına olan 5 ədəd mənzili yəni, ünvan 1qayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 90 A ünvanında yerləşən 17 saylı mənzili, ünvan 1qayıt şəhəri, 30-cu məhəllə, ev 3/4 ünvanında yerləşən 42 saylı mənzili, ünvan 1qayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 7 A ünvanında yerləşən 11 saylı mənzili, ünvan 1qayıt şəhəri, 3-cü mikrorayon, ev 21/31 ünvanında yerləşən 38 saylı mənzili, ünvan 1qayıt şəhəri, 2-ci mikrorayon, ev 27/69 B ünvanında yerləşən 26 saylı mənzili keçmiş həyat yoldaşı Qanuni nümayəndə adından saxta etibarnamə düzəldərək atasının adına özgəninkiləşdirmişdir. Boşandıqları ərəfədə isə Qanuni nümayəndə bu barədə öyrəndiyində qaynatası, qaynanası Qanuni nümayəndə yalvar-yaxar eləmişdirlər ki, bu məsələni açıb ağartmasın, əvəzində onun müqabilində ünvan 1qayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən yaşadıqları mənzili, idarə etdiyi avtomaşını və Saray qəsəbəsində yerləşən torpaq sahəsini Qanuni nümayəndə adına keçirtsinlər. Ümumi razılıqları olduğu üçün Qanuni nümayəndə heç bir yerə şikayət etməmişdir. Mənzil bağışlanarkən ümumi razılıqları belə olmuşdur ki, yaşadıqları ünvan 1qayıt şəhəri, 17-ci mikrorayon, ev 14, 18 saylı mənzili Qanuni nümayəndə adına yox, oğlu Muradın adına bağışlanılsın. Bağışlanma zamanı AR Mülki Məcəllədə nəzərdə tutulmuş heç bir qanunun müddəası pozulmamış, hər kəs öz iradə ifadəsini ifadə etmiş, iddiaçı isə bu barədə atasına etibarnamə vermiş, lakin bağışlanma ilə bağlı təqribən 2 ay davam edən müzakirələrdə şəxsən özü iştirak etmiş, hətta vəkili vasitəsi ilə Qanuni nümayəndə barışıq müqaviləsi göndərmiş, vəkili və özü tərəfindən tərtib edilmiş barışıq müqaviləsində də mənzili, avtomaşını və Saray qəsəbəsindəki torpaq sahəsini Qanuni nümayəndə verəcəyini vəd etmişdir. Lakin, Qanuni nümayəndə həmin barışıq müqaviləsini imzalamamışdır. Beləliklə hələ rəsmi şəkildə boşanmamışdan öncə yəni, 23.02.2020-ci il tarixdə hal-hazırki, mübahisə predmeti olan ünvan 1qayıt şəhəri, 17-ci mikrorayon, ev 14, 18 saylı mənzili notariat qaydada oğlu Cavabdeh2 bağışlanmışdır. 05.03.2020-ci il tarixdə rəsmi şəkildə boşanmışlar. Birgə nikah dövründə 2014-cü ilin noyabr ayında X15 oğlunun adına **-HP-*** dövlət nişanlı, "X16" markalı avtomobil alınmışdır. Avtomaşın Qanuni nümayəndə üçün alınmış, bu məqsəd ilə də alınan gündən etibarnamə ilə Qanuni nümayəndə verilmiş və Qanuni nümayəndə istifadəsindədir. İddiaçı avtomobili idarə edə bilmir və sürücülük vəsiqəsi də yoxdur. Nikahları pozulduqdan sonra isə 07.03.2020-ci il tarixdə həmin avtomaşın iddiaçı tərəfindən Qanuni nümayəndə adına alqı-satqı olmuşdur. Bir sözlə avtomaşın, nikah münasibətlərinə xitam verildikdən sonra Qanuni nümayəndə mülkiyyətinə keçmişdir. Avtomaşının alqı-satqısının ləğvi üçün qanunda nəzərdə tutulmuş hallardan heç biri mövcud deyil. Yuxarıda qeyd etdiyi kimi bu əmlaklarla bağlı aralarında aparılmış müzakirələr zamanı əldə olunmuş razılaşma əsasında avtomaşın Qanuni nümayəndə mülkiyyətinə keçmişdir. Saray qəsəbəsindəki torpaq sahəsi ilə bağlı onu deyə bilər ki, həmin torpaq sahəsinin də Qanuni nümayəndə veriləcəyi vəd olunmuşdur. Lakin, həmin torpaq sahəsi ilə bağlı rəsmi sənəd olmadığı üçün Qanuni nümayəndə, məcbur olub torpaq sahəsinə dair hissədə iddianı 1/2 hissədə bölünməsini qəbul edir. Cavabdeh "xxxx" ASC tərəfindən alınmış 50.000 manat dəyərində istehlak kreditinin bölünməsi hissəsini də qəbul etmir və hesab edir ki, bu, iddiaçının özünün mailiyyə oyunlarıdır. Bunun üçün həmin kreditin təyinatına və tarixinə baxmaq kifayyətdir. Belə ki, o, özü də məhkəmədə etiraf etmişdir ki, tərəflər 16.09.2019-cu il tarixdən ayrılmışlar və birgə təsərrüfat etmirlər. 30.09.2019-cu il tarixdə isə iddiaçı həmin krediti işlədiyi təşkilatın zaminliyi ilə götürmüş, guya köhnə borclarını ödəmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, həmin illərdə Qanuni nümayəndə adına olan 7 ədəd mənzildən 5-ni saxta yolla, 2-ni isə qanuni yolla satıb pulunu mənimsəmiş iddiaçının, krediti götürməyə heç bir ehtiyacı olmamışdır. Qanuni nümayəndə yaşadığı müddət ərzində iddiaçının evinə ailənin təsərrüfatına kredit pulu gətirməsinin şahidi olmamışdır. Görünür bu iddiçının işindəki maliyyə oyunlarından biridir. Hər dəfə də özünün dediyindən də məlum olmuşdur ki, kreditin zamini işlədiyi təşkilat olub. Əgər vaxtında iddiaçı Qanuni nümayəndə kredit götürməyi barədə məlumat versəydi, ən azından Qanuni nümayəndə həmin kreditin hara xərclənməsini soruşa və hesabat apara bilərdi. Az bir zaman içində hələ Qanuni nümayəndə bildiyi 7 ədəd mənzil, 1 avtomaşın almağa imkanı çatan iddiaçının kredit götürməyə nə ehtiyacı var idi? Sonuncu götürdüyü krediti isə onsuzda Qanuni nümayəndə heç bir aidiyyatı yoxdur. Bir sözlə iddiaçının ünvan 1qayıt şəhəri, 17-ci mikrorayon, ev 14 ünvanında yerləşən 18 saylı mənzillə bağlı, **-HP-*** dövlət nişanlı, "X16" markalı avtomobillə bağlı və "xxxx" ASC tərəfindən alınmış 50.000 manat dəyərində istehlak kreditinə dair iddiasını ümumiyyətlə qəbul etmir və birgə nikah dövründə alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi üzərində 1/2 hissədə payının müəyyən edilməsini qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, iddiaçı onun oğlu, cavabdeh isə onun keçmiş gəlinidir. Onun əri Vaqif Hacıyev oğlunun xəbəri olmadan **-HP-*** dövlət nişanlı, "X16" markalı avtomobili və ünvan 1qayıt şəhəri, 17-ci mikrorayon, 14 saylı evin, 18 saylı mənzilini cavabdeh Qanuni nümayəndə bağışlamışdır. Lakin həmin avtomobilin və mənzilin bağışlanmasından iddiaçının xəbəri olmamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ünvan 1qayıt şəhər Məhkəməsinin 2(060)-307/2020 saylı, 05.03.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Qanuni nümayəndə arasında ünvan 1qayıt şəhər Nikah evində 26.04.2005-ci il tarixdə bağlanmış, 408 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan 31.01.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh2 oğlunun yetkinlik yaşına çatana qədər anası Qanuni nümayəndə yanında qalmaları, 01 oktyabr 2019-cu il tarixdən etibarən 31.01.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay İddiaçı oğlunun qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında alimentin tutularaq Qanuni nümayəndə verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 4 saylı Abşeron ərazi İdarəsi tərəfindən verilmiş 12.08.2020-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Qanuni nümayəndə adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 05.10.2015-ci il tarixdə **********42 reyestr nömrəsi ilə qeydiyyata alınmış və hal-hazırda mülkiyyətindədir. İş materialları və işin araşdırılan hallarına əsasən müəyyən olunur ki, tərəflər 26.04.2005-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar və onlar Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsini birgə nikahda olduqları dövrdə əldə etmişlər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.2, 37.1 və 37.2-ci maddələrinə istinad etməklə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı ilə cavabdeh Qanuni nümayəndə birgə nikahda olduqları dövrdə əldə edildindən, həmin torpaq sahəsi üzərində paylar, ½ hissədə İddiaçı, ½ hissədə cavabdeh Qanuni nümayəndə olmaqla bərabər hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinin mahiyyətinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.1-ci maddəsinin tələbinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə iddia tələbinin birgə nikah dövründə alınmış **-HP-*** dövlət nömrə nişanlı, “X16” markalı avtomobilə dair 07.03.2020-ci il tarixli alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin nəqliyyat vasitəsinə İddiaçı 1/2 hissədə payının müəyyən edilməsi, 30.09.2019-cu il tarixli “xxxx” ASC tərəfindən İddiaçı 50.000 manat dəyərində şirkət zaminliyi əsasında ayrılmış istehlak kredit müqaviləsi üzrə borcun 1/2 hissəsinin cavabdeh Qanuni nümayəndə aid edilməsi və ünvan 1qayıt şəhəri 3 saylı Notariat Kontorunda təsdiqlənmiş, mülkiyyətində olan ünvan 1qayıt şəhəri, 17-ci mikrorayon, ev 14, mənzil ünvanda yerləşən ümumi sahəsi 66.7 kv.m mənzilin tərəfindən verilmiş etibarnamə əsasında atası Hacıyev Vaqif Qasım oğlu tərəfindən oğlu Cavabdeh2 bağışlanmasına dair 23.02.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissələrdə rədd edilməlidir. Belə ki, iş materiallarında olan AR-İİ 021751 nömrəli, 22.02.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı atası Hacıyev Vaqif Qasım oğluna harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq onun bütün əmlaklarını idarə etməyi, onun üzərində sərəncam verməyi və s. hüquqları 5 il müddətinə etibar etmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. İş materiallarında olan 23.02.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı əvəzinə Hacıyev Vaqif Qasım oğlu ünvan 1qayıt şəhəri, 17 mkr., 14 saylı evin, 18 saylı mənzilini Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan AC 320919 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-HP-*** dövlət nömrə nişanlı, “X16” markalı avtomobil 20.10.2014-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ünvan 1qayıt RQİ və TBŞ tərəfindən verilmiş 07.03.2020-ci il tarixli məktubdan görünür ki, Qanuni nümayəndə ərizə ilə müraciət edərək, **-HP-*** dövlət nömrə nişanlı, “X16” markalı avtomobili öz adına rəsmiləşdirmiş və həmin vaxt iddiaçının nümayəndəsi olan Hacıyev Vaqif Qasım oğlu həmin avtomobilin Qanuni nümayəndə adına rəsmiləşdirilməsinə razılıq vermiş və həmin razılığı öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş PB/BPŞ-355 nömrəli, 05.08.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı K3538 saylı, 30.09.2019-cu il tarixli krediti aktivdir və 05.08.2020-ci il tarixinə qalıq borcu 40847,13 manat təşkil edir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı atası Hacıyev Vaqif Qasım oğluna onun adından bütün səlahiyyətləri icra etməsi üçün notarial qaydada təsdiq edilmiş etibarnamə vermiş, iddiaçının atası olan Hacıyev Vaqif Qasım oğlu öz növbəsində ünvan 1qayıt şəhəri, 17 mkr., 14 saylı evin, 18 saylı mənzilini nəvəsi Cavabdeh2 bağışlamış və **-HP-*** dövlət nömrə nişanlı, “X16” markalı avtomobili cavabdeh Qanuni nümayəndə öz adına rəsmiləşdirən zaman iddiaçının nümayəndəsi qismində Hacıyev Vaqif Qasım oğlu həmin avtomobilin Qanuni nümayəndə adına rəsmiləşdirilməsinə razılıq vermiş və həmin razılığı öz imzası ilə təsdiq etmişdir. Həmçinin məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, bütün bu hərəkətlərin aparılması zamanı iddiaçının atasına verdiyi etibarnamə qüvvədə olmuş və hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa İddiaçı “xxxx” ASC-dən K3538 saylı, 30.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 50.000 manat dəyərində şirkət zaminliyi əsasında ayrılmış istehlak kredit müqaviləsi üzrə borcun 1/2 hissəsinin cavabdeh Qanuni nümayəndə aid edilməsini məhkəmədfən xahiş etsə də, həmin götürdüyü 50.000 manat məbləğində kreditin ailənin ümumi ehtiyaclarına və ya təlabatlarına sərf etməsi barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cu maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, birgə nikah dövründə əldə edilmiş, tam mülkiyyət hüququ üzrə Qanuni nümayəndə adına qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha **********842 reyestr nömrəli torpaq sahəsi üzərində paylar, ½ hissədə İddiaçı, ½ hissədə cavabdeh Qanuni nümayəndə olmaqla bərabər müəyyən edilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Birgə nikah dövründə əldə edilmiş, tam mülkiyyət hüququ üzrə Qanuni nümayəndə adına qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha, **********842 reyestr nömrəli torpaq sahəsi üzərində paylar, ½ hissədə İddiaçı, ½ hissədə cavabdeh Qanuni nümayəndə olmaqla bərabər müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ünvan 1qayıt Şəhər Məhkəməsi vasitəsi ilə ünvan 1qayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver