Məhkəmə qərarları › İş №2(060)-4527/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4527/2024

21.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4527/2024 21.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Sumqayıt regional Cavabdeh2 Notariat Ofisinə qarşı «vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakın faktiki qəbul edilməsi və alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbi»nə dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Sumqayıt regional Cavabdeh2 Notariat Ofisinə qarşı «vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakın faktiki qəbul edilməsi, alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı regional Sumqayıt Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, miras əmlakının faktiki qəbul edilməsi, vərəsəlik şəhadətnaməsi əsasında əldə olunmuş çıxarışdan sonra bağlanmış alqı-satqı müqaviləsinin və 22 fevral 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsi və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı iddia icraatı qaydasında məhkəməyə «vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi», «miras əmlakın faktiki qəbul edilməsi» və «alqı-satqı müqaviləsinin ləğv edilməsi» tələbi ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, irəli sürülən tələblərə bir icraatda baxıla bilməz. Belə ki, göstərilən məsələlərin həlli qaydası qanunvericiliyin göstərişlərinə əsasən ayrı icraat növlərinə- iddia və xüsusi icraata aid olmaqla baxılma qaydaları prosessual baxımdan fərqləndirilmişdir. MPM-nin 12-ci fəsli iddia icraatı qaydasında baxılması işlərlə bağlı prosessual qaydaları nəzərdə tutduğu halda, MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər xüsusi icraat qaydasında baxılmalı olan işlər siyahısına aid edilməklə, həmin Məcəllənin 31-ci fəslində bu işlərin baxılması qaydası təsbit olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Odur ki, mümkünlüyü yoxlanılan iddia üzrə tələblərə bir icraatda baxılması yol verilməz olduğundan iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, QƏRARA ALDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Sumqayıt regional Cavabdeh2 Notariat Ofisinə qarşı «vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakın faktiki qəbul edilməsi və alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver