Məhkəmə qərarları › İş №2(060)-458/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-458/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-458/2022 24.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn oğlu Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı bağışlanma müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı bağışlanma müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi qeydiyyat vəsiqəsi əsasında Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 4 (dörd) otaqlı, yaşayış sahəsi 84.04 kv.m, köməkçi sahəsi 63.68 kv.m olan 27B №-li yaşayış evinin (evin bir hissəsi) xüsusi mülkiyyət hüququ əsasında Sumqayıt şəhər XDSİK-nın 12 №-li 09.06.1989-cu il tarixli qərarı əsasında onun adına qeydə alınmışdır. O, həmin yaşayış evini dövlətdən ssuda götürərək öz pulu ilə tikmişdir. Cavabdeh həyat yoldaşı Afət Babayeva Sumqayıt şəhərində olan fabrikdə işlədiyinə görə ona 1988-ci il tarixində ünvan 1 ünvanlı ev verilmişdir. Cavabdeh ailəsi ilə birlikdə həmin evdə yaşayan zaman iş qurub təndirxana açmaq bəhanəsilə cavabdeh ünvan 2 ünvanlı öz şəxsi evini məcburiyyət qarşısında qalıb 2000-ci ilin yay ayında satmışdır. O, Cavabdeh evini satandan sonra evsiz qalmasını biləndən sonra öz şəxsi mülkiyyəti olan Sumqayıt şəhəri, 16-cı mkr, ev 27B ünvanında qardaşı Cavabdeh yaşamağa icazə vermişdir. Sonra Cavabdeh bankdan pul götürmək lazım olduğu üçün ondan özünü və ailəsini Sumqayıt şəhəri, 16-cı mkr, ev 27B ünvanlı evə qeydiyyata salmasını ondan xahiş etmişdir. Cavabdeh və ailəsi həmin evdə yaşayandan sonra anasının istəyinə görə öz şəxsi mülkiyyəti ünvan 3 ünvanlı evinin qeydiyyatından “çıxmamaq şərtilə” Cavabdeh 9 iyun 2011-ci il tarixində 3 saylı Notarius Kontorunda bağışlanma müqaviləsi əsasında bağışlamışdır. Qardaşı və ailəsi yaşayan zaman aralarında və ailələr daxilində çoxlu sayda söz-söhbətlə olduğundan, eyni zamanda da Cavabdeh öz oğlu Rəşidlə yola getmədiyidən, evlərində söz söhbətlərin olmasından sonra öz şəxsi mülkiyyətində yaşaya-yaşaya keçmiş illərdə 21-ci mikrorayonda olan ərazilərdən sənədsiz torpaq sahəsi alıb yenidən özünə ev tikməyə başlamışdır. Daha sonra qardaşı Cavabdeh onu öz şəxsi mülkiyyətli Sumqayıt şəhəri, 16-cı mkr, ev 27B ünvanlı evində qeydiyyatdan çıxarmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsilə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh iş qurub təndirxana açmaq bəhanəsilə ünvan 2 ünvanında yerləşən evini satdığına görə evsiz qaldığından Sumqayıt şəhəri, 16-cı mkr, ev 27B ünvanında yerləşən evini Cavabdeh bağışlamasından Cavabdeh istifadə edərək qardaşı iddaçı İddiaçı qeydiyyatdan çıxarması barədə Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi vasitəsi ilə müraciət etdiyinə görə Sumqayıt şəhəri 3-cü Dövlət Notariat Kontorunda bağlanan 9 iyun 2011-ci il tarixli bağışlanma müqaviləsinin ləğv olunması, bağışlanma müqaviləsi ləğv olunandan sonra Sumqayıt şəhəri, 16-cı mkr, ev 27B ünvanında yerləşən evin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, 3 otaqlı evi olan zaman qardaşı Asfalt zavodda yaşamış, qardaşı ilə razılaşaraq onun adına torpaq götürüb tikdirmişdir. Qardaşı isə köçərək ona məxsus evin 1 otağında yaşamış, bir müddət sonra həbs olunmuş, həbsdən çıxdıqdan sonra borcu olduğunu bildirərək evi satmış, maşın alveri etməyə başlamışdır. Özü 21-ci mikrorayonda torpaq götürüb tikdirmiş, Adil o evə köçmüşdür. Daha sonra qardaşına artıq evlərinin olduğunu bildirərək sənədləşdirilməsini istəmiş, bu barədə razılaşmışlar. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 4 (dörd) otaqlı, yaşayış sahəsi 84.04 kv.m, köməkçi sahəsi 63.68 kv.m olan 27B №-li yaşayış evinin (evin bir hissəsi) xüsusi mülkiyyət hüququ əsasında Sumqayıt şəhər XDSİK-nın 12 №-li 09.06.1989-cu il tarixli qərarı əsasında vətəndaş İddiaçı adına 12№li reyestr kitabında 316№-li inventar işi olaraq qeydə alınmışdır. İş materiallarında olan 09.06.2011-ci il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsindən görünür ki, İddiaçı AR Sumqayıt Şəhər Dövlət Texniki İnvertarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilən reyestr kitabı: 12, inventar iş nömrəsi: 316 olan Qeydiyyat Vərəqəsinə əsasən ona məxsus olan, Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən ümumi sahəsi 147.72 kv.m, yaşayış sahəsi 84.04 kv.m, yardımçı sahəsi 63.68 kv.m olan 4 (dörd) otaqdan ibarət 27B saylı fərdi yaşayış evini qardaşı Cavabdeh bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 16-cı mkr, 27B ünvanında yerləşən fərdi yaşayış evi 06.07.2011-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 04.10.2021-ci il tarixli 2086 №-li məktubdan görünür ki, İddiaçı 09.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, 16-cı mkr, ev 27B ünvanında yerləşən evin Cavabdeh bağışlanması barədə bağlanılan müqavilənin ləğv edilməsinə dair 03.10.2021-ci il tarixli ərizəyə baxılaraq müqavilənin birtərəfli qaydada ləğv olunmaması bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 08.10.2021-ci il tarixli 2122 №-li məktubdan görünür ki, İddiaçı 09.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, 16-cı mkr, ev 27B ünvanında yerləşən evin Cavabdeh bağışlanması barədə bağlanılan müqavilənin ləğv edilməsi üçün onun notariat ofisinə şifahi və yazılı dəvət edilməsi və gəlmədiyi təqdirdə müqavilənin birtətəfli qaydada ləğv edilməsi barədə 05.10.2021-ci il tarixli ərizəyə baxılaraq müqavilənin ləğvinin vətəndaşların təşəbbüsü ilə aparılması və müqavilənin ləğvi üçün vətəndaşın notariat ofisinə şifahi və yazılı dəvət etməyin notariusun səlahiyyətlərinə daxil olmaması bildirilmişdir. İş materiallarında olan AR Sumqayıt şəhər İcra Hakimiyyəti "xxxx" Kiçik Müəssisəsi tərəfindən verilmiş 6017 №-li, 07.11.2005-ci il tarixli forma-2 arayışdan görünür ki, İddiaçı və onun ailə üzvləri 29.10.2005-ci il tarixdən Sumqayıt şəhəri, 16-cı mkr, 276 saylı, 4 otaqdan ibarət yaşayış sahəsində yaşayır. İş materiallarında olan ASAN-Sumqayıt tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* və ******* saylı arayışlardan görünür ki, X3, Babayeva Afət İdris qızı, X7, X15 oğlu, X1, İddiaçı, X4, X5, X2 və Babayeva Şəfa Rəşid qızı ünvan 7 ünvanında qeydiyyatdadırlar. Məhkəmə araşdırması zamanı İddiaçı ünvan 7 ünvanında yerləşən evin ona məxsus olmasını iddia edib, bağışlama müqaviləsinin ləğv edlməsinin qanunvericilikdə nəzərədə tutlmuş əsaslarını sübut edə bilməmiş, bununla bağlı lazımi sübutlar məhkəmə təqdim olunmamış, tələbinin hüquqi baxımdan öz təsdiqini tapmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. Qərarlar). Həmin qərarlarda iddia müddətinin əhəmiyyətinin aşağıdakılardan ibarət olması göstərilmişdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gələrkən qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh qarşı bağışlanma müqaviləsinin ləğv edilməsinə dair tələb irəli sürərkən, əslində cavabdehlə aralarında razılıq olduğunu, lakin hazırda onu və ailə üzvlərinin qeydiyyatda olduqları ünvandan çıxarılması barədə bildirdiyi üçün, o, məcbur olub bağışlama müqaviləsinin ləğv edilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında tərəflərin bildirdikləri dəlillər, mübahisənin hüquqi cəhətdən qeyd olunan xüsusatlara əsaslanaraq təmin edilməməsi nəticəsinə gəlməsinə imkan verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər (Mülki Məcəllə 666.1-666.2). Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər (Mülki Məcəllənin 673.1- 673.3-cü maddəsi). Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı bağışlanma müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı bağışlanma müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver