Məhkəmə qərarları › İş №2(060)-4685/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4685/2020

23.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4685/2020 23.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa olunması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa olunması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, cavabdehlə aralarında olan mübahisəli məsələ ilə bağlı barışıq sazişi imzalandığından həmin barışıq sazişinin təsdiq olunmasını və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 göstərdi ki, tərəflər arasında olan mübahisəli məsələ ilə bağlı barışıq sazişi imzalandığından həmin barışıq sazişinin təsdiq olunmasını və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında olan mübahisəli məsələ ilə bağlı barışıq sazişi imzalandığından həmin barışıq sazişi təsdiq olunmalı və işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli barışıq sazişindən görünür ki, TƏRƏFLƏR AŞAĞİDAKİLAR BARƏDƏ RAZİLAŞİRLAR:

1. Cavabdeh MMC öz təşəbbüsü ilə işçi İddiaçı işdən çıxarılması ilə bağlı verilmiş xx.xx.2020-ci tarixli, 405 saylı əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsası dəyişdirilərək iddiaçının ərizəsi əsasında öz xahişi ilə işdən azad edilməsini və İddiaçı əmək kitabçasında müvafiq düzəlişlərin edilməsi öz öhdəsinə götürür.Eyni zamanda Cavabdeh MMC işçi İddiaçı məcburi iş buraxma dövrü üçün 3000 (üç min) manat məbləğində kompensasiya verməyi öz öhdəsinə götürür.

2. İddiaçı hazırki mübahisə ilə bağlı Cavabdeh MMC-yə qarşı öz iddiasından imtina edir, öz xahişi ilə işdən azad edilməsi barədə Cavabdehə ərizə yazmağı öhdəsinə götürür və Cavabdehə qarşı əmək mübahisələrin irəli gələn hər hansı tələb və etirazı yoxdur.

3. Tərəflər bununla da qarşılıqlı razılığa əsasən aralarındakı mübahisəni bu barışıq sazişi ilə həll edirlər.

4. Hər hansı bir tərəf öz öhdəliklərini yerinə yetirmədikdə qarşı tərəf bu sazişdə nəzərdə tutulan öhdəlikləri icra etməkdən azad edilir.

5. Bu razılaşma AR MPM-nin 191 və 261-ci maddələri ilə nəzərdə tutulmuş hüquqi nəticələr izah edildikdən və tam olaraq aydın olduqdan sonra könüllü olaraq şəxsən imzalandı. Bu nəticələrin yaranması ilə razıdırlar.

6. Bu barışıq sazişi məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunduqdan sonra qüvvəyə minir.

7. Bu saziş 3 (üç) nüsxədə tərtib edilir, müvafiq olaraq Sumqayıt Şəhər Məhkəməsində, İddiaçı və Cavabdehdə saxlanılır.

Məhkəmə, barışıq sazişini və mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, bu barışıq sazişi hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına və qanunamüvafiq olduğuna görə qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsindən görünür ki, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5. maddəsinin mənasına əsasən tərəflərin barışıq sazişi qanuna zidd olmamalı və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həmin Məcəllənin 261.0.5. maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.

1. Cavabdeh MMC öz təşəbbüsü ilə işçi İddiaçı işdən çıxarılması ilə bağlı verilmiş xx.xx.2020-ci tarixli, 405 saylı əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsası dəyişdirilərək iddiaçının ərizəsi əsasında öz xahişi ilə işdən azad edilməsini və İddiaçı əmək kitabçasında müvafiq düzəlişlərin edilməsi öz öhdəsinə götürür.Eyni zamanda Cavabdeh MMC işçi İddiaçı məcburi iş buraxma dövrü üçün 3000 (üç min) manat məbləğində kompensasiya verməyi öz öhdəsinə götürür.

2. İddiaçı hazırki mübahisə ilə bağlı Cavabdeh MMC-yə qarşı öz iddiasından imtina edir, öz xahişi ilə işdən azad edilməsi barədə Cavabdehə ərizə yazmağı öhdəsinə götürür və Cavabdehə qarşı əmək mübahisələrin irəli gələn hər hansı tələb və etirazı yoxdur.

3. Tərəflər bununla da qarşılıqlı razılığa əsasən aralarındakı mübahisəni bu barışıq sazişi ilə həll edirlər.

4. Hər hansı bir tərəf öz öhdəliklərini yerinə yetirmədikdə qarşı tərəf bu sazişdə nəzərdə tutulan öhdəlikləri icra etməkdən azad edilir.

5. Bu razılaşma AR MPM-nin 191 və 261-ci maddələri ilə nəzərdə tutulmuş hüquqi nəticələr izah edildikdən və tam olaraq aydın olduqdan sonra könüllü olaraq şəxsən imzalandı. Bu nəticələrin yaranması ilə razıdırlar.

6. Bu barışıq sazişi məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunduqdan sonra qüvvəyə minir.

7. Bu saziş 3 (üç) nüsxədə tərtib edilir, müvafiq olaraq Sumqayıt Şəhər Məhkəməsində, İddiaçı və Cavabdehdə saxlanılır.

İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa olunması tələbinə» dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver