Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4758/2024 20.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin əvvəlki səviyyəyə qaytarılması, mülkiyyətdə olan evə dəymiş zərəri aradan qaldırmaqla yaşayış üçün yararlı hala gətirilməsi və bərpa-təmir işlərinin aparılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsinin əvvəlki səviyyəyə qaytarılması və mülkiyyətdə olan evə dəymiş zərəri aradan qaldırmaqla yaşayış üçün yararlı hala gətirilməsi və bərpa-təmir işlərinin aparılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən və Cavabdeh1 məxsus olan evin həyətyanı torpaq sahəsində olan torpaq səviyyəsinin əvvəlki vəziyyətə gətirilməsi və yaşadıqları Sumqayıt şəhəri, 20-ci məhəllə, Kotec qəsəbəsi, ev 101-in cavabdehlərin vəsaiti hesabına təmir-bərpa işləri aparılmaqla yaşayış üçün yararlı vəziyyətə gətirilməsi, Sumqayıt şəhəri, 20-ci məhəllə, Kotec qəsəbəsi, ev 101-in pəncərələri qarşısında cavabdeh tərəfindən əkilmiş ağacların bu ərazidən çıxarılaraq başqa sahədə əkilməsi öhdəliyinin onların üzərinə qoyulması, ümumi sahəyə cavabdeh tərəfindən tökülmüş tikinti materiallarının qalıqlarının həmin ərazidən təmizlənməsi məqsədi ilə tərəflərindən çəkilmiş 1000 manat vəsaitin, bu illər ərzində müxtəlif orqanlara yazdıqları şikayət ərizələrinə görə ödədikləri 500 manat vəsaitin, hər birlərinə ayrı-ayrılıqda mənəvi ziyana görə 5000 manat məbləğində təzminatın cavabdehlərdən müştərək qaydada alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 cavabdehlər X1, X2, İddiaçı3, İddiaçı2 qarşı tikilinin sökülməsi, maddi ziyanın ödənilməsi tələbinə dair 2(060)-4056/2024 saylı iddia ərizəsi üzrə mülki iş Sumqayt Şəhər Məhkəməsinin digər hakiminin icraatında baxılmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin əvvəlki səviyyəyə qaytarılması, mülkiyyətdə olan evə dəymiş zərəri aradan qaldırmaqla yaşayış üçün yararlı hala gətirilməsi və bərpa-təmir işlərinin aparılması barədə iddia tələbi üzrə 2(060)- 4758/2024 saylı mülki iş məhkəmənin digər hakiminin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər X1, X2, İddiaçı3, İddiaçı2 qarşı tikilinin sökülməsi, maddi ziyanın ödənilməsi tələbinə dair 2(060)-4056/2024 saylı iddia ərizəsi üzrə mülki işə birləşdirilməli və 2(060)- 4758/2024 saylı mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin əvvəlki səviyyəyə qaytarılması, mülkiyyətdə olan evə dəymiş zərəri aradan qaldırmaqla yaşayış üçün yararlı hala gətirilməsi və bərpa-təmir işlərinin aparılması barədə iddia tələbi üzrə 2(060)-4758/2024 saylı mülki iş məhkəmənin digər hakiminin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər X1, X2, İddiaçı3, İddiaçı2 qarşı tikilinin sökülməsi, maddi ziyanın ödənilməsi tələbinə dair 2(060)-4056/2024 saylı iddia ərizəsi üzrə mülki işə birləşdirilsin və mülki işin “AZEMİS” elektron məhkəmə informasiya sistemində 2(060)-4758/2022 nömrə ilə icraatına xitam verilsin. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-4758/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4758/2024
20.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver