Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-490/2025 29.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı hüquqi varisi X1 və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, İddiaçı hüquqi varisi X1 Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı alqı-satqı və ipoteka müqaviləsinin ləğvi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X4, Cavabdeh1 və Əmanətlərin Sığortalanması Fonduna qarşı alqı-satqı və ipoteka müqaviləsinin ləğvi və mülkyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 3 saylı notariat ofisində11 iyul 2011-ci il, 4ə-11 reyestrdə rəsmiləşdirilmiş alqı-satqı və ipoteka müqaviləsinin ləğv edilməsi, mənzil üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını, cavabdeh tərəfindən göstərilən kredit məbləğinin Zaminbank ASCyə ödənilənə qədər əvvəllər onun mülkiyyətində olan, qanunsuz alqı-satqı müqaviləsinə əsasən onun mülkiyyətinə keçmiş ünvan 1 ünvanında yerləşən mənzilə heç bir ödəmənin tətbiq edilməməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci ildə vəfat etdiyindən X5 onun hüquqi varisi qismində işə cəlb edilmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli Vəkil iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondununun ləğv prosesində olan Cavabdeh2 ASC ilə əvəz edilməsini, X3 isə cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı hüquqi varisi X5 və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil bildirdi ki, tərəflər arasında barışıq sazişi imzalanıb. Bütün tərəflər sazişi imzalayıb. Sazişin şərtlərinə görə hər bir tərəf öz payına düşən məbləği ödəyəcəkdir. Sazişin təsdiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 bildirdi ki, tərəflər müəyyən razılığa gəliblər və nəticədə barışıq sazişi imzalanıb. Ödənişlər tam bitdiyi halda Bank evin girovdan çıxaracağı barədə üzərinə öhdəlik götürüb. Sazişin təsdiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı hüquqi varisi X5, Cavabdeh1 və cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi hər hansı şəxsin hüquqlarını pozmur. Bu səbəbdən həmin saziş təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. АR МPМ-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı hüquqi varisi X5, Cavabdeh1 və cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arasında arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin: Maddə 1. Sazişin mövzusu. Bu Sazişin mövzusunu İddiaçı cavabdehlər X4, Cavabdeh1 və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “alqı-satqı və ipoteka müqaviləsinin ləğvi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə” dair Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan mübahisənin barışıq yolu ilə həll edilməsi təşkil edir. Maddə 2. Sazişin şərtləri 2.1. xx.xx.2011-ci il tarixli 301/ZB saylı kredit müqaviləsi əsasında LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə borcalan Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixdə bağlanan MŞB/8/2024-00585 nömrəli barışıq sazişi üzrə LPO Cavabdeh2 ASC qarşısında 38.898,55 (otuz səkkiz min səkkiz yüz doxsan səkkiz manat 55 qəpik) AZN əsas borc, 28.289,77 (iyirmi səkkiz min iki yüz səksən doqquz manat 77 qəpik) AZN faiz borcu olmaqla, ümumilikdə 67.188,32 (altmış yeddi min bir yüz səksən səkkiz m anat 32 qəpik) manat icra edilməmiş borc öhdəliyinin olduğunu İddiaçı hüquqi varisi X5 və Cavabdeh1 təsdiq edirlər. 2.2. Bundan başqa bu barışıq sazişinin 2.1-ci bəndində qeyd edilən öhdəliklər aşağıdakı qaydada və m üddətdə icra edilm ədikdə ümumilikdə 67.188,32 (altmış yeddi min bir yüz səksən səkkiz m anat 32 qəpik) m anat məbləğində borcun qalığı İddiaçı hüquqi varisi X5 və Cavabdeh1 tutularaq LPO "xxxx" ASC-yə məcburi ödəniləcəyini tərəflər təsdiq edirlər. Maddə 3. Sazişin şərtləri 3.1. İddiaçı hüquqi varisi X5 xx.xx.2011- ci il tarixli 301/ZB saylı kredit müqaviləsi üzrə qalıq 67.188,32 (altmış yeddi min bir yüz səksən səkkiz manat 32 qəpik) manat məbləğində borcdan bu barışıq sazişinə əlavə edilmiş və barışıq sazişinin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı ödəniş cədvəlinə uyğun olaraq xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixə qədər hər ay 130 (bir yüz otuz) manat, qalan 11.878 (on bir min səkkiz yüz yetmiş səkkiz) manat borcu hər ay 96,57 (doxsan altı manat, 57 qəpik) manat olmaqla, ümumilikdə 13.438 (on üç min dörd yüz otuz səkkiz) manat borcu xx.xx.2036-cı il tarixinədək ödənilməsi öhdəliyini öz üzərinə götürür. 3.2. Cavabdeh1 xx.xx.2011-ci il tarixli 301/ZB saylı kredit müqaviləsi üzrə qalıq 67.188,32 (altmış yeddi min bir yüz səksən səkkiz manat, 32 qəpik) manat məbləğində borcdan bu barışıq sazişinə əlavə edilmiş və barışıq sazişinin ayrılmaz tərkib hissəsi sayılan 2 saylı ödəniş cədvəlinə uyğun olaraq xx.xx.2025-ci il tarixdən xx.xx.2026- cı il tarixə qədər hər ay 500 (beş yüz) manat, qalan 47.750 (qırx yeddi min yeddi yüz əlli) m anat borcu hər ay 391,39 (üç yüz doxsan bir manat, 39 qəpik) manat olmaqla, ümumilikdə 53.750 (əlli üç min yeddi yüz əlli) manat borcu xx.xx.2036-cı il tarixinədək ödənilməsi öhdəliyini öz üzərinə götürür. 3.3. LPO "xxxx" ASC bu Barışıq sazişinin 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilən öhdəliklər ödəniş cədvəllərinə əsasən tam və vaxtında icra edildikdən sonra, İddiaçı hüquqi varisi X1 və ya Cavabdeh1 müraciət ərizəsi əsasında LPO Cavabdeh2 ASC qarşısında ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, məhəllə 41A ünvanında yerləşən 5A saylı evin 23-cü mənzilin üzərində ipoteka yüklülüyünün ləğv edilməsi və borcun olmaması barədə arayışın verilməsi öhdəliyini öz üzərinə götürür. 3.4. Cavabdeh1 bu Barışıq sazişinin 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilən öhdəliklər tam icra edildikdən sonra, LPO "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş Sum qayıt şəhəri, məhəllə 41A ünvanında yerləşən 5A saylı evin 23-cü mənzilini İddiaçı hüquqi varisi X1 adına geri qaytarılmaqla mənzil üçün heç bir ödəniş və haqq almadan rəsmiləşdirilməsi öhdəliyini öz üzərinə götürür. Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədikdə İddiaçı hüquqi varisi X5 ona qarşı mənzilin alqı-satqısı ilə əlaqədar ödənilməmiş pul tələbinə dair iddia verilməsi hüququnu saxlayırlar. Maddə 4. Digər şərtlər 4.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 4.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilm ədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüilü icra edilməmə Sazişin 3.1 və 3.2ci bəndlərin ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 4.3. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 4.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yoi verməyəcəkdir. 4.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 4.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 4.7. Tərəflər aşağıdakı şəxslər və hailar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 4.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 4.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 4.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarım əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 4.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 4.7.5. yaxın qohumlara; 4.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün m əhkəm ələrə və notariuslara. 4.8. Bu Sazişin məzmununun Sazişin 4.7.1. və 4.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanm asına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.
5. Yekun müddəalar 5.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 5.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 5.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 5 (beş) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. Qərardaddan rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Günel Tanrıverdiyeva