Məhkəmə qərarları › İş №2(060)-5259/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5259/2020

12.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5259/2020 12.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 Höccətulla qızının, Ərizəçi2 və Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 Höccətulla qızının, Ərizəçi2 və Ərizəçi3 “mirasın qəbulu üçün buraxılmış müddətin bərpa olunmasına” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 Höccətulla qızı, Ərizəçi2 və Ərizəçi3 “miras əmlakın qəbulu üçün buraxılmış müddətin bərpa olunmasına” dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1ndan miras qalmış Xızı rayonu, Altıağac qəsəbəsi, Qars kəndində yerləşən fərdi yaşayış evinin miras əmlakın onlar tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 Höccətulla qızı, Ərizəçi2 və Ərizəçi3 ərizəni müdafiə edərək onunla əsaslandırdılar ki, Xızı rayonu, Altıağac qəsəbəsi, Qars kəndində yerləşən fərdi yaşayış evi 1989-cu ilin oktyabr ayından mərhum X1nun adına dövlət qeydiyyatına alınmışdır. X2 xx xxxx 2015-ci il tarixdə “baş beyin ödəmi” xəstəliyindən vəfat etmişdir. X1 xx xxxxxx 2019-cu ildə tarixdə “essensial hipertenziya” xəstəliyindən vəfat etmişdir. Onlar ataları vəfat etdikdən sonra mirası faktiki olaraq qəbul etmişlər. Lakin bir tərəfdən atalarının dəfni, yas mərasimləri, digər tərəfdən də hüquqi savadları olmadığı üçün mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməmişlər. xx xxxxxx 2020-ci il tarixdə onlar qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsi üçün Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinə müraciət etsələr də, notariat ofisindən onlara müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Hesab edirlər ki, mirasın qəbulu müddətinin ötürülməsi üzrlü hesab edilməli və müddət bərpa olunmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. İş üzrə maraqlı şəxs, Sumqayıt Regional “ASAN XİDMƏT” X9 natariusu A.S.Hacıyev ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəçiləri dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Regional “ASAN XİDMƏT” X9 notarusu Əmirəliyev Ə.M tərəfindən ərizəçilər Ərizəçi1 Höccətulla qızına və Ərizəçi3 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 2763 nömrəli və xx.xx.2020-ci il tarixli, 3087 nömrəli məktublardan görünür ki, ərizəçilərin xx.xx.2019-cu il tarixdə vəfat etmiş atası X4 ünvan 1 ünvanında yerləşən miras əmlakının qəbulu ilə əlaqədar notariat ofisinə xx.xx.2020-ci il tarixdə yazdığı ərizəyə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir) əsasən, mirasın qəbul edildiyi müddəti buraxdığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət edə etmələri tövsiyyə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ərizəçilər Ərizəçi1 Höccətulla qızının, Ərizəçi2 və Ərizəçi3 X1dur. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ərizəçilərin anaları X8 xx.xx.2015-ci il tarixdə, X1 isə xx.xx.2019-cu ildə vəfat etmişlər. İş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evlərinin texniki pasportunun surətindən görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsi, Qars kəndində yerləşən fərdi yaşayış evi X4 adına qeydiyyatdan keçmişdir. İşin araşdırılan və iş materiallarına əlavə edilmiş digər sənədlərdən müəyyən edildi ki, ərizəçilər Ərizəçi1 Höccətulla qızı, Ərizəçi2 və Ərizəçi3 mirasın qəbul edilməsi üçün müddəti üzrlü səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Məhkəmə, iş materiallarını araşdıraraq və işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ərizəçilər Ərizəçi1 Höccətulla qızına, Ərizəçi2 və Ərizəçi3 X1ndan qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçilər Ərizəçi1 Höccətulla qızına, Ərizəçi2 və Ərizəçi3 X1ndan qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar