Məhkəmə qərarları › İş №2(060)-546/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-546/2021

18.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Mənzil mübahisələri - Vərəsəlik hüququ üzrə mübahisələr - Mənzilə köçürmə - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-546/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Qarşılıqlı iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Sumqayıt “ASAN” Xidmət mərkəzinə qarşı miras əmlakdan vərəsə paylarının müəyyən edilməsi və köçürülmə tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı ümumi paylı mülkiyyətdə olan payın cüzi hesab edilməsi, cüzi hesab edilən və real surətdə ayrıla bilməyən payın mülkiyyətçisinə paylı mülkiyyətin qalan iştirakçısının öhdəsinə kompensasiya ödənilməsi vəzifəsinin qoyulması, ümumi əmlakdakı paya dair hüququn və yaşayış sahəsindən istifadə hüququnun itirilməsi yaxud mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 miras qalan və ünvan 1 ünvanında yerləşən mənzilin üç nəfər vərəsələr arasında bölünməsi və hər birinin payının 1/3 hissədə müəyyən edilməsi və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, mərhum atası X1 miras qalan və ünvan 1 ünvanında yerləşən mənzilə dair 03.06.2016-cı il tarixdə Sumqayıt “ASAN” Xidmət Mərkəzində rəsmiləşdirilmiş, 7E\22788 reyestrlə qeydə alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi və həmin vəsiyyətnamə əsasında verilmiş 27.02.2020-ci il tarixli 2V-224 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin, 27.02.2020-ci il tarixli 2V-225 və 2V-223 reyestr nömrəli məcburi paya vərəsəlik hüququna dair şəhadətnamənin, bu şəhadətnamələr əsasında cavabdehin adına AR ƏMDK DƏDRX 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv olunması, onun iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı miras əmlakdan vərəsə paylarının müəyyən edilməsi və köçürülmə barədə iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsi, ümumi paylı mülkiyyətdə olan payın cüzi hesab edilməsi, cüzi hesab edilən və real surətdə ayrıla bilməyən payın mülkiyyətçisinə paylı mülkiyyətin qalan iştirakçısı Cavabdeh öhdəsinə İddiaçı müəyyən edilmiş kompensasiya ödənilməsi vəzifəsinin qoyulması, İddiaçı ümumi əmlakdakı paya dair hüququnun və yaşayış sahəsindən istifadə hüququnun itirilməsi, yaxud mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ilkin İddiaçı və üçüncü şəxs Sumqayıt “ASAN” Xidmət mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə ilkin İddiaçı və üçüncü şəxs Sumqayıt “ASAN” Xidmət mərkəzinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin İddiaçı notarial qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı qaldırdığı bütün iddia tələblərindən imtina etdiyini, ona qarşı heç bir tələb və şikayətinin olmamasını bildirərək, icraata xitam verilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh məhkəməyə ərizə təqdim edərək, ilkin İddiaçı qarşı qaldırdığı qarşılıqlı iddia tələbindən imtina etdiyini bildirmişdir. Аzərbaycan Рespublikası МPМ-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan normaların tələblərini nəzərə alaraq, həmçinin iddiadan imtina barədə ərizələri və işin digər materiallarını tədqiq edərək hesab edir ki, hazırki iş üzrə ilkin və qarşlıqlı iddiaçıların iddia tələblərindən imtina etməsi qanuna zidd olmamaqla yanaşı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, hazırki iş üzrə ilkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh iddialardan imtina barədə ərizələri qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Аzərbaycan Рespublikası МPМ-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 100 manat təşkil etmişdir. Аzərbaycan Рespublikası МPМ-in 122-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir (122.1). İddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır (122.2). Tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür (122.3). Məhkəmə hesab edir ki, hər iki tərəf öz iddia tələblərindən imtina etdiyindən iş üzrə keçirilmiş ekspertiza xərci onlar arasında bərabər bölünməlidir. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Respublikası МPМ-in 261.0.4; 262- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh və üçüncü şəxs Sumqayıt “ASAN” Xidmət mərkəzinə qarşı miras əmlakdan vərəsə paylarının müəyyən edilməsi və köçürülmə tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı ümumi paylı mülkiyyətdə olan payın cüzi hesab edilməsi, cüzi hesab edilən və real surətdə ayrıla bilməyən payın mülkiyyətçisinə paylı mülkiyyətin qalan iştirakçısının öhdəsinə kompensasiya ödənilməsi vəzifəsinin qoyulması, ümumi əmlakdakı paya dair hüququn və yaşayış sahəsindən istifadə hüququnun itirilməsi yaxud mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair qarşılıqlı iddiası üzrə icraata xitam verilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq ilkin İddiaçı 50 (əlli) manat və qarşılıqlı iddiaçı Cavabdeh 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülsün. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver