Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5805/2024 19.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti X1rşı əmək müqaviləsinin etibarsız hesab olunması və bildirişin ləğv olunması tələbinə dair ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti X1rşı əmək müqaviləsinin etibarsız hesab olunması və bildirişin ləğv olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla işəgötürən Zahir Abbasov (SS896370076AZ) arasında bağlanılmış əmək müqaviləsi bildirişinin etibarsız hesab olunması və bu barədə əmək müqaviləsi bildirişinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, işə daxil olmaq vətəndaşın əmək hüququnun əsas tərkib hissəsi olduğu kimi, işdən azad olmaq, yəni bağladığı əmək müqaviləsinə xitam verilməsini tələb etmək də şəxsin əmək hüququnun əsas komponentlərindən biridir. Lakin məhkəmə mülki prosessual və əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı iddiası cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti X1rşı deyil, əmək müqaviləsi bağladığı Zahir Abasova qarşı yönəlməli, Şöbə üçüncü şəxs qismində ərizədə qeyd edilməlidir. Beləliklə məhkəmə ərizəçiyə izah edir ki, İddiaçı cavabdeh Zahir Abasova və üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti X1rşı əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair iddia ərizəsi ilə iddia icraatı qaydasında Sumqayıt şəhər məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti X1rşı əmək müqaviləsinin etibarsız hesab olunması və bildirişin ləğv olunması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5805/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5805/2024
19.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver