Məhkəmə qərarları › İş №2(060)-6160/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6160/2024

03.09.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair mülki iş - Digər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6160/2024 03.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı cavabdeh “X1» Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, tikilinin əvvəlki vəziyyətdə bərpası və evə gediş gəliş yolunun açılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh “X1» Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, tikilinin əvvəlki vəziyyətdə bərpası və evə gediş gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1» Mənziİ Tikinti Kooperativi tərəfindən onun mülkiyyət hüquqlarına edilmiş qanunsuz müdaxilələrə son qoyulması, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 17/18-də yerləşən 8 saylı mənzilin əvvəlki vəziyyətə qaytarılması, aparılmış söküntü işlərinin bərpası və həmin binaya girişçıxışa yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən çəkilmiş hasarın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki,iddia ərizəsi imzalanmadığından geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi İddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-in149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,İddiaçı cavabdeh “X1» Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, tikilinin əvvəlki vəziyyətdə bərpası və evə gediş gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.2, 152.2, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh “X1» Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, tikilinin əvvəlki vəziyyətdə bərpası və evə gediş gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar