Məhkəmə qərarları › İş №2(060)-6949/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6949/2020

26.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə istifadə hüququnun tanınması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6949/2020 26.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi İsmayılov Azər İbrahim oğlu İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “evə köçürülmə, yaşayış sahəsində istifadə hüququnun tanınması və qızıl-zinət əşyalarının özləri, özləri olmadıqda dəyərinin pul ilə verilməsi tələbinə” dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “evə köçürülmə, yaşayış sahəsində istifadə hüququnun tanınması və qızıl-zinət əşyalarının özləri, özləri olmadıqda dəyərinin pul ilə verilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onun və iki azyaşlı xx.xx.2018-ci ildə doğulmuş Cahid və xx.xx.2020-ci ildə doğulmuş Elcan adlı uşaqları ilə birgə gəlin olaraq köçüb əmlakı olan Sumqayıt şəhəri, “Nasosnu” yoxsa “Hacı Zeynalabdin” qəsəbəsi (Arzu marketin yanı) bu evdə və ya Sumqyaıt şəhəri, 11 mkr., ev 8, mənzil 19-da olan mənzildə evə köçürülmələri, yaşayış sahəsində istifadə hüquqlarının tanınması, ona məxsus 1 dəst sırğa-üzük, 1 ədəd tros sep, qardaşının hədiyyəsi olan bilərzik və 1 ədəd sadə üzük dəyəri rəydə və əlavə olaraq toy fotoşəkillərinə əsasən olan qızılzinət əşyalarının özləri, özləri olmadıqda dəyərinin pul ilə verilməsi cavabdehlərdən alınıb ona verilməsi varədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin iddia ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Lakin İddiaçı onun və iki azyaşlı xx.xx.2018-ci ildə doğulmuş Cahid və xx.xx.2020-ci ildə doğulmuş Elcan adlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, “Nasosnu” yoxsa “Hacı Zeynalabdin” qəsəbəsindəki (Arzu marketin yanı) və ya Sumqyaıt şəhəri, 11 mkr., ev 8, mənzil 19-da olan mənzildə evə köçürülmələrini və yaşayış sahəsində istifadə hüquqlarının tanınmasını xahiş etsə də, tələbində dəqiq olaraq hansı mənzilə köçürülməsini qeyd etməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “evə köçürülmə, yaşayış sahəsində istifadə hüququnun tanınması və qızıl-zinət əşyalarının özləri, özləri olmadıqda dəyərinin pul ilə verilməsi tələbinə” dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver