Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7482/2023 20.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs ləğv edildiyi üçün X1 Xidmətinin maraqlı şəxs qismində cəlb edilməsi ilə xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi faktının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, işə daxil olmaq vətəndaşın əmək hüququnun əsas tərkib hissəsi olduğu kimi, işdən azad olmaq, yəni bağladığı əmək müqaviləsinə xitam verilməsini tələb etmək də şəxsin əmək hüququnun əsas komponentlərindən biridir. Lakin məhkəmə mülki prosessual və əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi barədə hazırki ərizəyə xüsusi icraat qaydasında baxıla bilməz. Bu səbəbdən Ərizəçi ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə ərizəçiyə izah edir ki, Ərizəçi cavabdeh "xxxx" MMC (hüquqi ünvanı: ünvan 1k və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair iddia ərizəsi ilə iddia icraatı qaydasında Sumqayıt şəhər məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. Ərizəçiyə, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-7482/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7482/2023
20.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver