Məhkəmə qərarları › İş №2(060)-7607/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7607/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzildən çıxarılma - Mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7607/2021 05.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi ilə, İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Haşımov Mənsur Abi oğlunun və Cavabdeh5 Abi qızının iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC -nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Haşımov Mənsur Abi oğluna və Cavabdeh5 Abi qızına qarşı kredit müqaviləsinin ləğvi, kreditin, kredit faizlərinin və dəbbə pullarının ipoteka predmetinin realizə edilməsi hesabına qaytarılması və məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Haşımov Mənsur Abi oğluna və Cavabdeh5 Abi qızına qarşı kredit müqaviləsinin ləğvi, kreditin, kredit faizlərinin və dəbbə pullarının ipoteka predmetinin realizə edilməsi hesabına qaytarılması və məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi iddia tələbi üzrə cavabdehlərlə aralarında razılığa gəldiklərini bildirdi və barışıq sazişini təqdim etdi. Mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh5 Abi qızı barışıq sazişinin şərtləri ilə razı olduqlarını bildirərək, həmin sazişi imzalayaraq icraata xitam verilməsini xahiş etdilər. Təqdim edilən saziş aşağıda qeyd edilən məzmundadər. 1.1 Tərəflər 22 noyabr 2013-cü il tarixli AZBA-008560 saylı kredit müqaviləsinə və onun tərkib hissəsi olan 22 noyabr 2013-cü il tarixli AZBA-008560-001/01 və 25 noyabr 2013-cü il tarixli AZBA-008560-001/02 saylı Razılaşmalara əsasən - cavabdehlərin İddiaçıya olan ümumi borc məbləğini 05 oktyabr 202 1 -ci il tarixinə 20 957.00 (iyirmi min doqquz yüz əlli yeddi) ABŞ dolları məbləğində müəyyən edirlər. 1.2 Razılaşdırılmış 20 957.00 (iyirmi min doqquz yüz əlli yeddi) ABŞ dolları 05 oktyabr 2021 - ci il tarixdən başlayaraq 30 sentyabr 2024-cü il tarixinədək 36 ay ərzində hər təqvim ayı ən azı 400.00 (dörd yüz) ABŞ dolları məbləğində olmaqla Cavabdehlər tərəfindən İddiaçının xeyrinə ödənməlidir. 1.3 Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. Bu müddətlərin hər hansı bir ay ərzində ötürülməsi öhdəliklərin lazımınca icra olunmaması hesab olunacaq. 1.4 Cavabdehlər Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060 )-7607/2021 saylı mülki işlə bağlı iddiaçının aşağıdakı xərclərini 30 sentyabr 2024-ci il tarixədək ödəməyi öz öhdəsinə götürürlər: İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş - 40 manat; İşin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu - 30 manat.

2. Öhdəliklərin tam icra olunma şərtləri. 2.1 20 957.00 (iyirmi min doqquz yüz əlli yeddi) ABŞ dolları borc tam qaytarıldıqdan sonra Cavabdehlərin 22 noyabr 2013-cü il tarixli AZBA-008560 saylı kredit müqaviləsinə və onun tərkib hissəsi olan 22 noyabr 2013-cü il tarixli AZBA-008560-001/01 və 25 noyabr 2013-cü il tarixli AZBA-008560-001/02 saylı Razılaşmalar üzrə İddiaçı qarşısında yaranmış kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (Cavabdeh3 məxsus olan, Sumqayıt şəhəri, 10-cıı mikrorayonda, ev 28A nömrəli 9 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 54.6 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsi olan 2 otaqlı 37 nömrəli mənzil) ipoteka ilə yüklülükdən azad ediləcək və zaminlik müqaviləsinə xitam veriləcəkdir.

3. Öhdəliklərin lazımınca icra edilməməsi 3.1 Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, o cümlədən 20 957.00 (iyirmi min doqquz yüz əlli yeddi) ABŞ dollarının 05 oktyabr 2021-ci il tarixdən başlayaraq 30 sentyabr 2024-cü il tarixinədək 36 ay ərzində hər təqvim ayı ən azı 400.00 (dörd yüz) ABŞ dolları şəklində qaytarılmaması öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq. 3.2 Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edir: 3.3 Cavabdehlərin etdiyi ödənişlər nəzərə alınmaqla 20 957.00 (iyirini min doqquz yüz əlli yeddi) ABŞ dolları borcun qaytarılmamış hissəsi iddiaçının xeyrinə onlardan birgə qaydada tutulur; 3.4 Tutma ipoteka predmeti olan Cavabdeh3 məxsus olan, Sumqayıt şəhəri, 10-cu mikrorayonda, ev 28A nömrəli 9 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 54.6 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsi olan 2 otaqlı 37 nömrəli mənzilə yönəldilir, mənzilin ilkin satış qiyməti tərəflərin razılığı ilə 40 000 (qırx min) manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılır və məcburi boşaldılır və həmin əmlaklarda qeydiyyatda olan şəxslər məcburi qaydada çıxarılırlar, satışdan əldə olunmuş pul vəsaiti Cavabdehlərin İddiaçıya olan borc qalığının ödənilməsinə yönəldilir.

4. Sazişin icraya yönəldilməsi 4.1 Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və va lazımınca yerinə yetirmədikdə, bu Saziş üzrə məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və İcra haqqında AR Qanununa əsasən icra edilir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim olunmuş barışıq sazişindən görünür ki, tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək Mülki Məcəllənin 881-ci maddəsinin tələbləri qaydasında müvafiq saziş bağlamışlar. Həmin sazişlə tərəflər mübahisənin həlli qaydasını müəyyənləşdirərək bununla bağlı üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin iddiaçı və cavabdehlər ayrı-ayrılıqda məhkəməyə müraciət edərək bağladıqları barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətlə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə isə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin təqdim etdiyi barışıq sazişi Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinin tələblərinə uyğun verilmişdir, qanuna zidd deyildir və hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

İddiaçı "xxxx" BOKT MMC -nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Haşımov Mənsur Abi oğluna və Cavabdeh5 Abi qızına qarşı kredit müqaviləsinin ləğvi, kreditin, kredit faizlərinin və dəbbə pullarının ipoteka predmetinin realizə edilməsi hesabına qaytarılması və məcburi qaydada çıxarılması tələbinə iddia ərizəsi üzrə barışıq sazişi təsdiq olunsun. Barışıq sazişinin şərtlərinə görə: 1.Tərəflər 22 noyabr 2013-cü il tarixli AZBA-008560 saylı kredit müqaviləsinə və onun tərkib hissəsi olan 22 noyabr 2013-cü il tarixli AZBA-008560-001/01 və 25 noyabr 2013-cü il tarixli AZBA-008560-001/02 saylı Razılaşmalara əsasən - cavabdehlərin İddiaçıya olan ümumi borc məbləğini 05 oktyabr 2021 -ci il tarixinə 20957 (iyirmi min doqquz yüz əlli yeddi) ABŞ dolları məbləğində müəyyən edirlər. Razılaşdırılmış 20957 (iyirmi min doqquz yüz əlli yeddi) ABŞ dolları 05 oktyabr 2021 - ci il tarixdən başlayaraq 30 sentyabr 2024-cü il tarixinədək 36 ay ərzində hər təqvim ayı ən azı 400 (dörd yüz) ABŞ dolları məbləğində olmaqla cavabdehlər tərəfindən iddiaçının xeyrinə ödənilməlidir. Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. Bu müddətlərin hər hansı bir ay ərzində ötürülməsi öhdəliklərin lazımınca icra olunmaması hesab olunacaq. Cavabdehlər Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060 )-7607/2021 saylı mülki işlə bağlı iddiaçının aşağıdakı xərclərini 30 sentyabr 2024-ci il tarixədək ödəməyi öz öhdəsinə götürürlər: İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş - 40 manat; İşin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu - 30 manat.

2. 20957 (iyirmi min doqquz yüz əlli yeddi) ABŞ dolları borc tam qaytarıldıqdan sonra cavabdehlərin 22 noyabr 2013-cü il tarixli AZBA-008560 saylı kredit müqaviləsinə və onun tərkib hissəsi olan 22 noyabr 2013-cü il tarixli AZBA-008560-001/01 və 25 noyabr 2013-cü il tarixli AZBA-008560-001/02 saylı Razılaşmalar üzrə İddiaçı qarşısında yaranmış kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti Cavabdeh3 məxsus olan, Sumqayıt şəhəri, 10-cıı mikrorayonda, ev 28A nömrəli 9 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 54.6 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsi olan 2 otaqlı 37 nömrəli mənzil ipoteka ilə yüklülükdən azad ediləcək və zaminlik müqaviləsinə xitam veriləcəkdir.

3. Müəyyən edilmiş şərtlərin icra edilməməsi, o cümlədən 20957 (iyirmi min doqquz yüz əlli yeddi) ABŞ dollarının 05 oktyabr 2021-ci il tarixdən başlayaraq 30 sentyabr 2024cü il tarixinədək 36 ay ərzində hər təqvim ayı ən azı 400 (dörd yüz) ABŞ dolları məbləğində qaytarılmaması öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq. Cavabdehlər müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edir: Cavabdehlərin etdiyi ödənişlər nəzərə alınmaqla 20 957 (iyirini min doqquz yüz əlli yeddi) ABŞ dolları borcun qaytarılmamış hissəsi iddiaçının xeyrinə onlardan birgə qaydada tutulur; Tutma ipoteka predmeti olan Cavabdeh3 məxsus olan, Sumqayıt şəhəri, 10-cu mikrorayonda, ev 28A nömrəli 9 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 54,6 kv.m ümumi, 31,35 kv.m yaşayış sahəsi olan 2 otaqlı 37 nömrəli mənzilə yönəldilir, mənzilin ilkin satış qiyməti tərəflərin razılığı ilə 40000 (qırx min) manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılır və məcburi boşaldılır və həmin əmlaklarda qeydiyyatda olan şəxslər məcburi qaydada çıxarılırlar, satışdan əldə olunmuş pul vəsaiti Cavabdehlərin İddiaçıya olan borc qalığının ödənilməsinə yönəldilir. 4.Cavabdehlər öhdəliklərini müəyyən edilən qaydada yerinə yetirmədikdə və va lazımınca yerinə yetirmədikdə, məhkəmə tərəfindən qəbul edilmiş hazırki qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və İcra haqqında Azərbaycan Respublikasının Qanununa əsasən icra edilir. Mülki iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilərlər.

Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver