Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7743/2024 20.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı işdən azad etmə əmrinin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa etmə və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı işdən azad etmə əmrinin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa etmə və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt Dövlət Universitetinin 01 oktyabr 2020-ci il tarixli K-43/2 nömrəli əmrinin ləğv edilərək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun Sumqayıt Dövlət Universitetinə - işlədiyi Tarix və onun tədrisi metodikası kafedrasında attestatlı dosent vəzifəsinə bərpa edilməsi, 01 oktyabr 2020-ci il tarixdən işə bərpa olunacağı tarixə qədər məcburi iş buraxmağa görə əmək haqqının tam ödənilməsi və ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manat məbləğində kompensasiyanın cavabdeh Sumqayıt Dövlət Universitetindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2955/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad olunması barədə Sumqayıt Dövlət Universitetinin 01 oktyabr 2020-ci il tarixli K-43/2 nömrəli əmrin ləğv olunması, onun Sumqayıt Dövlət Universitetinin Tarix və onun tədrisi metodikası kafedrasında dosent vəzifəsinə bərpa olunması, 2020-ci ilin sentyabr ayından işə bərpa olunana kimi məcburi iş buraxmağa görə əmək haqqının tam ödənilməsi və ona vurulmuş mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6355/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-457/2021 saylı, 31.010.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının aplellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6355/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2955/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə isə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-457/2021 saylı, 31.010.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə eyni tərəflər arasında eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq İddiaçı iddia tələbinə cuzi dəyişiklik (mənəvi zərərin məbləğini artırmaqla) edərək, cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı işdən azad etmə əmrinin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa etmə və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina olunmalı və məhkəməyə təqdim olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 149, 150, 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı işdən azad etmə əmrinin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa etmə və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya təqdim olunsun. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №2(060)-7743/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7743/2024
20.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver