Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8266/2024 11.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı cavabdeh Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinə qarşı işdən çıxarma barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinə qarşı işdən çıxarma barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə *1.11.2*24-cü il tarixdən xitam verilməsinə dair cavabdeh Nəriman Nərimanov adına Sumqayıt Mədəniyyət Mərkəzinin 1 noyabr 2*24-cii il tarixli 12* saylı əmrinin ləğv edilməsi, onun cavabdehin tabeliyində olan 4 saylı Diyarşünaslıq klubuna müdir vəzifəsində işə bərpa edilməyi və məcburi işburaxmaya görə əmək haaqqınm hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərməlidir. Məhkəmə qeyd edir ki, elektron məhkəmə informasiya sistemində “Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzi” adlı hüquqi şəxs müəyyən edilməmişdir. (elektron məhkəmə informasiya sistemindən vergi ödəyiciləri barədə çıxarılmış məlumata əsasən) Eyni zamanda məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının mübahisələndirdiyi əmr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsinin möhürü ilə təsdiqlənmişdir. Bu səbəbdən məhkəmə iddiaçıya izah edir ki, “Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzi” adlı hüquqi şəxs olmadığı təqdirdə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsinə qarşı müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinə qarşı işdən çıxarma barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinə qarşı işdən çıxarma barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 1* gün müddətinə Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-8266/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8266/2024
11.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver