Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8686/2021 07.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, Kreditor "xxxx" MMC-nin Borclu qarşı «borcun tutulması» barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor "xxxx" MMC Borclu qarşı «borcun tutulması» haqqında məhkəmə əmri verilməsinə dair ərizə ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, borcludan kreditorun xeyirinə 646 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun kreditorun xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyat qaydalarına əsasən verilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Borclu ünvan 1i ünvanında qeydiyyatdadır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 279.3. və 279.4. maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor "xxxx" MMC-nin Borclu qarşı «borcun tutulması» barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul olunmasından imtina edilsin, ərizə və ona əlavə olunmuş sənədlər qeri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-8686/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8686/2021
07.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver