Məhkəmə qərarları › İş №2(060)-970/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-970/2021

08.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-970/2021 08.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, oğlu 1982-ci il təvəllüdlü X4 xx.xx.2020-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, 1982-ci il təvəllüdlü X6 onun oğludur. xx.xx.2020-ci il tarixdə, təxminən 2050- də öğlu özünü pis hiss etmiş bununla əlaqədar tərəfindən Sumqayıt şəhəri Təcili və X3 Stansiyasına müraciət edilmişdir. Həmin vaxt SŞTTTYS-nın əməkdaşları gəlmiş onu xəstəxanaya götürmüşlər. Lakin, o, xəstəxanananın reanimasiya şöbəsinə çatdırılarkən vəfat etmişdir. Həmin vaxt X3 Stansiyasının əməkdaşlar tərəfindən aidiyyatı poliklinikaya məlumat verilmişdir. Məlum olmuşdur ki, oğlu narkotik alüdəçisi olmuşdur. Lakin, oğlu tibb müəssisəsindən kənarda vəfat etdiyi üçün hazırda xəstəxana oğluna ölüm haqqında şəhadətnaməsini verə bilmir. Bu səbəbdən o, oğlu üçün ölüm şəhadətnaməsi ala bimir. Bu faktı şahidlər də təsdiq edə bilərlər. Maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsi oğluna ölüm şəhadətnaəsini verməyərək bu faktın məhkəmədə təsdiqini tapmasını tövsiyyə etmişdir. Bu faktın təsdiqi ona ölüm şəhadətnaməsi almaq üçün vacibdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, X1 onun bacısının qaynıdır. Bacısının qaynı xx.xx.2020-ci tarixdə vəfat etmişdir. O, da həmin yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, o, ərizəçinin qonşusudur. X1 vəfat etmiş və o, yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidlərin ifadəsini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-2476/15 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhər Qeydiyyat şöbəsi ərizəçinin xx.xx.2020-ci il tarixli X4 ölümünün qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə Şöbəsi Təcili və X3 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 730 nömrəli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 20:50-də Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, həyət evi ünvanında 1982-ci il təvəllüdlü X6 adına 94 nömrəli çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda xəstə ağır vəziyyətdə olmuşdur. Xəstə hospitalizasiya edilən zaman keçinmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra hakimiyyəti MKTİB Vətəndaşlara Xidmət İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 23 nömrəli arayışdan görünür ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və Sumqayıt şəhər qənristanlığında dəfn olunmuşdur. Beləliklə, ərizəçinin izahatı, şahidlərin ifadəsi ilə, həmçinin iş materiallarında olan sənədlərlə xx.xx.1982-ci il təvəllüdlü X4 xx.xx.2020-ci ildə Sumqayıt şəhərində vəfat etməsi faktı öz təsdiqini tapmışdır. Eyni zamanda, müəyyən olunmuşdur ki, Ərizəçi oğlu xx.xx.1982-ci il təvəllüdlü X4 xx.xx.2020-ci ildə Suqmayıt şəhərində ölümünü təsdiq edən sənədi başqa qaydada ala bilməsi mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, xx.xx.1982-ci il təvəllüdlü X4 xx.xx.1992ci ildə Suqmayıt şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü X4 xx.xx.2020-ci ildə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar