Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-9875/2021 08.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu İddiaçı ASC-nin cavabdehlər Haсəlizadə Mehti Müslüm oğluna və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borсun ödənilməsi tələbinə» dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim : İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Haсəlizadə Mehti Müslüm oğlundan və Cavabdeh2 108.58 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətini bitdiyi 26.05.2016-cı il tarixinə 70.03 ABŞ dolları faiz borcun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 39,42 ABŞ dolları borcunun, müqavilə üzrə borсun geсikdirildiyinə görə hesablanmış 148.36 ABŞ dolları сərimə borсunun, сəmi isə 366.39 ABŞ dolları borсun və tərəflərindən ödənilmiş dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, ərizəyə əlavə edilmiş 15.05.2019-cu il tarixli ********* saylı qəbzdən görünür ki, İddiaçı ASC 30 AZN Sumqayıt Şəhər Məhkəməsinə yox, Qubadlı Rayon Məhkəməsinə ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə bu normaların tələbindən çıxış edərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verildiyi üçün ərizə və ona əlavə olunan sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə belə halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ iddiaçıya izah edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı ASC-nin cavabdehlər Haсəlizadə Mehti Müslüm oğluna və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borсun ödənilməsi tələbinə» dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-9875/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-9875/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver