Məhkəmə qərarları › İş №2(063)-677/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-677/2024

16.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında - Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-677/2024 16.09.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X2 iştirakları ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək 25 avqust 1960-cı il tarixdə Ucar rayonunun Boyat kəndində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında göstərdi ki, bacısı X7 25 avqust 1960-cı il tarixdə Ucar rayonunun Boyat kəndində anadan olmuşdur və hal-hazırda onunla birlikdə yaşayır, anadangəlmə əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müayinə olunan şəxs üzrə elektron məlumat vərəqəsindən də göründüyü kimi X7 “oliqofreniya debillik dərəcəsi” diaqnozu ilə müddətsiz xəstəliklə əmək qabiliyyətsizdir və həmin xəstəliklə əlaqədar olaraq ona 2-ci qrup əlillik dərəcəsi də təyin edilmiş, buna görə hər ay 220 manat müavinət alır. Hal-hazırda bacısına baxır, xəstə olduğundan onu müxtəlif dövlət orqanlarında təmsil etmək məcburiyyətində qalır. Bunun üçün də ona etibarnamə verməlidir, lakin xəstəliyi ilə əlaqədar notariat orqanları onun verdiyi etibarnamələri təsdiq etmirlər. Bunun üçün də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə tanış olmuşdur və həmin rəylə razıdır. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi və izahatında göstərdi ki, iş materialları və ekspert rəyi ilə tanış olmuşdur. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, ekspert rəyini və işin faktiki hallarını araşdıraraq, işdə olan sübutları tədqiq etməklə, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 25 avqust 1960-cı il tarixdə Ucar rayonu, Boyat kəndində doğulmuşdur. İş materiallarında olan AZE seriyalı, 00122601 nömrəli şəxsiyyət vəsiqəsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 rayonu, Boyat kəndində qeydiyyatdadır. İş materiallarında ola doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1980-ci ildə Ucar rayonu, Boyat kəndində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, 25 avqust 1960-cı ildə doğulmuş X7 “oliqofreniya debillik dərəcəsi” diaqnozu ilə müddətsiz əmək qabiliyyətsizdir. Ucar Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(063)-677/2024 nömrəli qərardadı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizəsinə dair mülki iş üzrə 25 avqust 1960-cı ildə doğulmuş X4 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 ambulator məhkəmə psixiatrik ekspertizasının 26 iyul 2024-cü il tarixli, 2168 nömrəli rəyində göstərilmişdir ki, X5 “ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK DAVRANİŞ POZUNTULARİ İLƏ (F71.1)” aşkar olunur. Bunu anamnestik məlumatlar-erkən yaşlarından psixi inkişafda geri qalması, anamnestik məlumatlara görə əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, Ucar Rayon Mərkəzi Xəstəxanasında müalicədə olması, xəstəliyi ilə əlaqədar ll qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-zamana görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin zəifliyi, maraq dairəsinin məhdudluğu, davranışı üzərində nəzarətinin zəifləməsi, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlmişdir ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X4 hazırkı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olunur ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir və onun hazırkı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 25 avqust 1960-cı il tarixdə Ucar rayonu, Boyat kəndində doğulmuş və həmin kənddə qeydiyyatda olan və yaşayan X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək idarə etmək iqtidarına malik deyildir və onun hazırkı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır, ərizəçinin tələbi əsaslı və qanunauyğundur, buna görə də ərizə təmin edilməli və 25 avqust 1960-cı il tarixdə Ucar rayonu, Boyat kəndində doğulmuş və həmin kənddə qeydiyyatda olan və yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 25 avqust 1960-cı il tarixdə Ucar rayonu, Boyat kəndində doğulmuş və Ucar rayonu, Boyat kəndində qeydiyyatda olan və yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar