Məhkəmə qərarları › İş №2(066)-305/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-305/2025

21.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-305/2025 21.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsinə” dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs ilə aralarında alimentin ödənilməsinə dair bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə el adəti ilə evlənərək ailə həyatı qurmuşlar.Cavabdehlə birgə nikahlarından tel:04.09.2021xx.xx.2021ci il tarixdə Hüseyn adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşamışlar, lakin sonradan münasibətləri alınmayıb, birbirilərinə ailə kimi münasibət yarada bilməmişlər və faktiki olaraq ayrılmışlar. Hazırda da ayrı yaşayırlar. Azyaşlı uşaqları onun yanında yaşamasına baxmayaraq cavabdeh uşağın saxlanılması üçün köməklik etmədiyi üçün o, aliment ödəməsini təklif etmiş, lakin cavabdeh münasibət bildirmədiyi üçün mediasiya orqanına müraciət etmişdir. X5 vasitəçiliyi ilə tel:07.05.2024xx.xx.2024-cü il tarixdə aralarında alimentin ödənilməsinə dair barışıq sazişi imzalanıb. Barışıq sazişinə əsasən Maraqlı şəxsla birgə nikahlarından doğulmuş Hüseynovun saxlanılması üçün hər ay 250 manat ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan sazişin bağlanmasından 7 aya yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh heç bir ödəniş etməmiş və buna cəhd də etməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verib və əlavə olaraq bildirdi ki, Maraqlı şəxs sentyabr ayından aliment məbləğini ödəmir. Ona zəng edərək alimenti ödəməsini ondan tələb etsə də, heç bir nəticəsi olmamışdır. Barışıq sazişinin təsdiq edilməsinə görə məhkəməyə müraciət edəcəyinə dair cavabdehə xəbərdarlıq etmiş, lakin o, bildirmişdir ki, pulu yoxdur, ona görə ödəməyəcək. Cavabdeh uşağı ilə də maraqlanmır. Odur ki, aralarında olan barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Barışıq sazişinin təsdiq edilməsi üçün ödədiyi dövlət rüsumunu da tələb edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan AZ-İV №660206 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan AZ-İ №487495 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3359 saylı qətnaməsinə əsasən Maraqlı şəxs ilə Ərizəçi aralarında olan nikahı pozulmuş, xx.xx.2024-cü il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsində nikaha xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2024-cü ilin avqust ayının 21-ci günündə 497 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, mediasiya prosesinin nəticəsində mediator X1 iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli, MŞG/MT033/2024-00225 saylı barışıq sazişindən görünür ki, 1. Tərəflər, tel:01.04.2002xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi və tel:28.01.1998xx.xx.1998-ci il təvəllüdlü Maraqlı şəxs “Nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşaqla ünsiyyət və aliment tələbinə dair mübahisələrini mediasiyada aşağıdakı qaydada həll etməyə, 2. Tərəflər, tel:01.04.2002xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi və tel:28.01.1998xx.xx.1998-ci il təvəllüdlü Maraqlı şəxs mediator X1 (Mediasiya Reyestrində Qeydiyyat Nömrəsi M-00216) iştiraki ilə keçirilən X4 bağlanan barışıq sazişinə əsasən aralarındakı Göygöl rayonu, qeydiyyat şöbəsi tərəfindən tel:05.04.2019xx.xx.2019-cu il, AZ-İ№301015, 13 saylı qeydlə verilmiş nikahın pozulması tələbini, mediatorun səlahiyyətində olmadığı üçün məhkəməyə müraciət etməyə, 3. Tərəflər, tel:01.04.2002xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi və tel:28.01.1998xx.xx.1998-ci il təvəllüdlü Maraqlı şəxs mediator X1 (Mediasiya Reyestrində Qeydiyyat Nömrəsi M-00216) iştiraki ilə keçirilən X4 bağlanan barışıq sazişinə əsasən aralarındakı Göygöl rayonu, qeydiyyat şöbəsi tərəfindən tel:05.04.2019xx.xx.2019cu il, AZ- İ№301015, 13 saylı qeydlə verilmiş birgə nikahdan anadan olmuş tel:04.09.2021xx.xx.2021-ci il təvəllüdlü X2 ana Ərizəçi himayəsində saxlanılmasına qarşılıqlı razılıq verərək öhdəlik götürmələrinə, 4. (Ata) tel:28.01.1998xx.xx.1998-ci il təvəllüdlü Maraqlı şəxs mediator X1 (Mediasiya Reyestrində Qeydiyyat Nömrəsi M-00216) iştiraki ilə keçirilən X4 bağlanan barışıq sazişinə əsasən aralarındakı Göygöl rayonu, qeydiyyat şöbəsi tərəfindən tel:05.04.2019xx.xx.2019-cu il, AZ-İ№301015, 13 saylı qeydlə verilmiş birgə nikahdan anadan olmuş, tel:04.09.2021xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək baxılması üçün tel:15.05.2024xx.xx.2024-cü ildən etibarən hər ayın 15dən 20-ə kimi ümumilikdə cəmi 250 (iki yüz əlli) manat aliment məbləğinin ödənilməsini öz öhdəsinə götürməyə, 5. Tərəflər, tel:01.04.2002xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi və tel:28.01.1998xx.xx.1998-ci il təvəllüdlü Maraqlı şəxs mediator X1 (Mediasiya Reyestrində Qeydiyyat Nömrəsi M-00216) iştiraki ilə keçirilən X4 bağlanan barışıq sazişinə əsasən aralarındakı Göygöl rayonu, qeydiyyat şöbəsi tərəfindən tel:05.04.2019xx.xx.2019cu il, AZ- İ№301015, 13 saylı qeydlə verilmiş birgə nikahdan anadan olmuş, tel:04.09.2021xx.xx.2021-ci il təvəllüdlü X2 görüşü ilə bağlı tərəflər arasında əvvəlcədən razılaşdırmaqla müəyyən münasib vaxtlarda görüşə şərait yaradacaqlarına dair öhdəlik götürmələrinə və 6. Tərəflər, tel:01.04.2002xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi və tel:28.01.1998xx.xx.1998-ci il təvəllüdlü Maraqlı şəxs mediator X1 (Mediasiya Reyestrində Qeydiyyat Nömrəsi M-00216) iştiraki ilə keçirilən TMS-zamanı aralarında heç bir digər şərt və ya tələb irəli sürməmələrinə dair tərəflər arasında qarşılıqlı razılaşma əldə olunmuşdur. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2002-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Tərəflər arasında qanunvericiliyə uyğun olaraq könüllü şəkildə mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanılmış, barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi icra olunmamışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün müraciət edə bilər. Buna görə ərizəçinin barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi əsaslı hesab edildiyindən təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki barışıq sazişinin təsdiq olunması barədə qətnamə alimentin tutulması ilə bağlı olduğundan qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün 100 (bir yüz) manat dövlət rüsumu ödənildiyindən və iddiaçı cavabdehdən həmin məhkəmə xərclərini tələb etdiyindən, məhkəmə xərci olaraq 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış, “xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi və xx.xx.1998-ci il təvəllüdlü Maraqlı şəxs aralarındakı Göygöl rayonu, qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il, AZ- İ№301015, 13 saylı qeydlə verilmiş birgə nikahdan anadan olmuş, xx.xx.2021-ci il təvəllüdlü X2 ana Ərizəçi himayəsində saxlanılmasına qarşılıqlı razılıq verilməsi, ata xx.xx.1998-ci il təvəllüdlü Maraqlı şəxs aralarındakı Göygöl rayonu, qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il, AZ- İ№301015, 13 saylı qeydlə verilmiş birgə nikahdan anadan olmuş, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək baxılması üçün xx.xx.2024-cü ildən etibarən hər ayın 15-dən 20-ə kimi ümumilikdə cəmi 250 (iki yüz əlli) manat aliment məbləğinin ödənilməsi, xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi və xx.xx.1998-ci il təvəllüdlü Maraqlı şəxs aralarındakı Göygöl rayonu, qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il, AZ- İ№301015, 13 saylı qeydlə verilmiş birgə nikahdan anadan olmuş, xx.xx.2021-ci il təvəllüdlü X2 görüşü ilə bağlı tərəflər arasında əvvəlcədən razılaşdırmaqla müəyyən münasib vaxtlarda görüşə şərait yaradacaqlarına dair” xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Maraqlı şəxs məhkəmə xərci olaraq 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Ərizəçi ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar