Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1019/2021 08.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14, Ərizəçi iştirakları ilə, Ərizəçi «Şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi qardaşı X8 verdiyi notarial etibarnamə əsasında ərizə ilə məhkəməyə müraciət edərək, doğma qardaşı oğlu X9 xx xxxxxx 1997-ci il tarixdə Xaçmaz şəhərində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən tələbdə dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək doğma qardaşı X3 Nicat Tofiq oğlunun xx xxxxxx 1997-ci il tarixdə Xaçmaz şəhərində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs səlahiyyətli nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X15 onun doğma qardaşıdır. xx xxxxxx 1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş X16 onun qardaşı Tofik Yaraliyevin doğma oğlu olmuşdur. Nicat Qasımzadə xx xxxxxx 1997-ci ildə xəstəliyi ilə əlaqədar yaşadığı Xaçmaz şəhərində vəfat etmiş və onu qohumların və qonşuların iştirakı ilə Xaçmaz rayonunun Qobuqırağı kəndi yaxınlığında olan qəbirstanlıqda dəfn etmişlər. Hal-hazırda da Nicatın məzarı həmin qəbirstanlıqdadır. Qardaşı oğlu Nicat Qasımzadə xx xxxxxx 1997-ci il tarixdə vəfat etməsinə baxmayaraq sonuncunun ölümü barədə vaxtında həkim arayışı alınmamış və bu barədə Qeydiyyat orqanında müvafiq qeydiyyat aparılmamışdır. Vərəsəlik məsələlərinin həlli ilə bağlı aidiyyatı orqanlara müraciət edərkən ondan qardaşı oğlu Nicat Qasımzadənin ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Bu səbəbdən də ölüm şəhadətnaməsi verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında Nicat Qasımzadənin ölümü barədə həkim arayışı alınmadığından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ona şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də doğma qardaşı X8 verdiyi notarial etibarnamə əsasında hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizənin hazırki həcmdə təmin edilməsini, doğma qardaşı X3 Nicat Tofiq oğlunun xx xxxxxx 1997-ci il tarixdə Xaçmaz şəhərində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi qardaşı X11 da tanıyır. X2 Yaraliyevin doğma oğlu olmuşdur. Nicat Qasımzadə xx xxxxxx 1997-ci ildə xəstəliyi ilə əlaqədar yaşadığı Xaçmaz şəhərində vəfat etmiş və o, qohumların və qonşuların iştirakı ilə Xaçmaz rayonunun Qobuqırağı kəndi yaxınlığında olan qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin qohumu X20 şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə vermiş və Ərizəçi qardaşı oğlu X4 Nicat Tofiq oğlunun həqiqətən xx xxxxxx 1997-ci ildə xəstəliyi ilə əlaqədar yaşadığı Xaçmaz şəhərində vəfat etməsini və mərhumun qeyd edilən tarixdə qohumların və qonşuların iştirakı ilə Xaçmaz rayonunun Qobuqırağı kəndi yaxınlığında olan qəbirstanlıqda dəfn olunmasını bir daha təsdiq etmişdir. Mülki işə əlavə olunmuş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş V-JQ seriyalı, 340138 saylı, xx xxxxxxx 1977-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1977-ci ildə Xaçmaz şəhərində anadan olub. Onun valideynləri X17 və X5r. Mülki işə əlavə olunmuş XİV-JQ seriyalı, 361760 saylı, xx xxxx 1980-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxxxxx 1963-ci ildə Xaçmaz şəhərində anadan olub. Onun valideynləri X17 və X5r. Mülki işə əlavə olunmuş X18 tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli notarial etibarnamədən görünür ki, X18 məhkəmədə və digər orqanlarda onu təmsil etmək, onun adından ərizə vermək, onun adından iştirak etmək, sənədlərə imza etmək və bu kimi digər səlahiyyətləri doğma qardaşı X12 həvalə etmişdir. Mülki işə əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 2533 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, ərizəçinin qardaşı oğlu X16 xx xxxxxx 1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, onun valideynləri X15 və X7r. Mülki işə əlavə olunmuş şahidlərin iştirakı ilə tərtib olunmuş xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, xx xxxxxx 2021-ci il tarixli aktdan görünür ki, Ərizəçi qardaşı oğlu X16 xx xxxxxx 1997-ci ildə Xaçmaz şəhərində vəfat etmiş və aktda göstərilən şəxslərin, qohumların və digər şəxslərin iştirakı ilə Xaçmaz rayonunun Qobuqırağı kəndi yaxınlığındakı qəbirstanlıqda dəfn edilmişdir. Mülki işə əlavə edilmiş şahidlərin iştirakı ilə çəkilmiş fotoşəkillərdən görünür ki, ərizəçinin qardaşı oğlu X16 oğlunun qəbir abidəsinin fotoşəkili çəkilmiş, qəbir daşının üzərində mərhumun soyadı, adı və atasının adı, doğulduğu və vəfat etdiyi illər həkk olunmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X24 Ərazi Bölmələrini İdarəetmə Birliyi «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsinın baş həkimi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 822 saylı məktubdan görünür ki, 1993-cü il təvəllüdlü Xaçmaz şəhər sakini X9 adına xx xxxxxx 1997-ci il tarixdə ölümü barədə, ölüm haqqında şəhadətnamənin verilməsi barədə məlumat yoxdur. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi xx xxxx 2020-ci il tarixli, 250 saylı məktubdan görünür ki, Ərizəçi Qeydiyyat Şöbəsinə müraciəti ilə əlaqədar sonuncunun qardaşı oğlu, mərhum X9 xx.xx.1994-xx.xx.2020-ci illər üzrə Maraqlı şəxsndə ölümünün qeydə alınıb-alınmaması yoxlanılmışdır. Lakin mərhumun Qeydiyyat Şöbəsində göstərilən illər üzrə ölüm akt qeydi tapılmamışdır. Ərizəçiyə rəsmi qaydada izah edilmişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm şəhadətnaməsinin verilməsi mümkün deyildir və ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bununla əlaqədar məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, mülki iş üzrə toplanmış sənədləri hərtərəfli tədqiq edib belə bir nəticəyə gəlir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, xx xxxxxx 1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş X16 Ərizəçi qardaşı Rafik Yarəliyevin oğlu olmuşdur. Nicat Qasımzadə xx xxxxxx 1997-ci ildə xəstəliyi ilə əlaqədar yaşadığı Xaçmaz şəhərində vəfat etmiş, o, qohumların və qonşuların iştirakı ilə Xaçmaz rayonunun Qobuqırağı kəndi yaxınlığında olan qəbirstanlıqda dəfn edilmişdir. Nicat Qasımzadə xx xxxxxx 1997-ci il tarixdə vəfat etməsinə baxmayaraq sonuncunun ölümü barədə vaxtında həkim arayışı alınmamış və bu barədə Qeydiyyat orqanında müvafiq qeydiyyat aparılmamışdır. Vərəsəlik məsələlərinin həlli ilə bağlı Ərizəçi verilmiş notarial etibarnamə əsasında qardaşı X10 nümayəndəsi olaraq aidiyyatı orqanlara müraciət edərkən ondan qardaşı oğlu Nicat Qasımzadənin ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Bu səbəbdən də ölüm şəhadətnaməsi verilməsindən ötrü ərizəçi Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında Nicat Qasımzadənin ölümü barədə həkim arayışı alınmadığından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ona şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də doğma qardaşı X8 verdiyi notarial etibarnamə əsasında Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilən hüquqi faktın müəyyənləşdirilməsində Ərizəçi məqsədi yalnız gələcəkdə vərəsəlik məsələrini həll etməkdən ibarətdir. Hansı ki, həmin hüquqi faktın məhkəmədən kənar digər orqanlarda müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də şəxsin vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə hazırki həcmdə təmin edilməklə, Ərizəçi doğma qardaşı X3 Nicat Tofiq oğlunun xx xxxxxx 1997-ci il tarixdə Xaçmaz şəhərində vəfat etməsi hüquqi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Ərizəçi doğma qardaşı X3 Nicat Tofiq oğlunun xx xxxxxx 1997-ci il tarixdə Xaçmaz şəhərində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev. Düzdür: HAKİM XİDİR QULİYEV
Məhkəmə qərarları › İş №2(067)-1019/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1019/2021
08.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver