Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1101/2021 04.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi X6, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızına qarşı valideynin uşağa görə əlavə xərclərdə iştiraka cəlb olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 04 iyun 2021-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızından 23.08.2005-ci il təvəllüdlü övladı X4 müalicələrinə xərclənmiş 19600 manat pulun yarı hissəsi-9800 manat məbləğində pulun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 25.11.2013-cü il tarixli 2(067)-1629/2013 saylı qətnaməsi ilə onunla cavabdeh arasında nikah pozulmuş, birgə nikahlarından olan 15.10.2003-cü il təvəllüdlü Rəvan onun, 23.08.2005-ci il təvəllüdlü Azər isə cavabdehin himayəsində saxlanılmış, onun qazancının ¼ hissəsi miqdarında aliment alınaraq cavabdehə verilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin 24.06.2015-ci il tarixli, 2(067)-15/2015 saylı qətnaməsi ilə ondan 14.02.2014-cü il təvəllüdlü X1 üçün qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin 23.02.2013-cü il tarixli 2(067)-1629/2013 saylı qətnaməsi ilə 23 avqust 2005-ci il təvəllüdlü X4 yaşayış yeri onun yanında müəyyən edilmiş, Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızının himayəsində olan 14 fevral 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının (gəlirinin) ¼ hissəsi miqdarında aliment tutularaq cavabdehə verilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin 30.12.2019-cu il tarixli 2(067)-3744/2019 saylı qətnaməsi ilə 15.10.2003-cü il təvəllüdlü X3 və 23.08.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 05 dekabr 2019-cu ildən başlayaraq Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızından hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Uşaqlardan 23.08.2005-ci il təvəllüdlü X7 onkoloci xəstədir və ona «C83.7-Berkitt limfoması Atepik Berkitt limfoması «Berkittə oxşar» limfoma mərhələ İİ diaqnozu qoyulmuşdur. Səhiyyə Nazirliyinin 5 saylı xəstəxanasında, habelə Milli Uşaq Onkologiya Mərkəzində 2 dəfə əməliyyat olunmuş və hazırda kimya-terapiya müalicələri davam etdirilir. 5 saylı xəstəxanada olunan əməliyyata 2000 manat, əməliyyatdan sonrakı müalicələrə və dərmanların alınmasına 600 manat, ümumilikdə 2600 manat vəsaiti çıxmışdır. Onkologiya Mərkəzində olunan əməliyyata, əməliyyatdan sonrakı müalicələrə və dərmanların alınmasına 2000 manat vəsaiti çıxmışdır. 6 dəfə kimya-terapiya müalicələrinə və hər dəfə uşağın Bakı şəhərinə aparılmasına, orada qalmasına və qayıtmalarına ümumilikdə 15000 manat pul xərcləmişdir. Müalicələr davam etdirilir və bundan sonra da 5 il ərzində müalicələr olunmalıdır. Hazırda 10000 manat civarında digər şəxslərə borcu vardır. Uşağın valideyni olan cavabdeh bu vaxta qədər bu xərclərdə demək olar ki, iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarından müəyyən olunur ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişi iddiaçıya rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, lakin zərflər “qapısı bağlıdır” qeydi aparılmaqla geri qaytarılmışdir. İş materiallarına əlavə olunmuş Xudat şəhər İƏD-nin aparıcı mütəxəssisi X8 31 may 2021-ci il tarixli 80 nömrəli məlumatından müəyyən olunur ki, Xudat şəhəri Vaqif küçəsi ev 4 mənzil 6 ünvanında yaşayan Cavabdeh məhkəmə bildirişini təqdim etmək üçün qeyd olunan ünvanda olmuş və vətəndaş məhkəmə bildirişini almaqdan imtina edərək məhkəmədə iştirak etməyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 30 dekabr 2019-cu il tarixli 2(067)-3744 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, 15.10.2003-cü il təvəllüdlü X3 və 23.08.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 05 dekabr 2019-cu ildən başlayaraq Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızından hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan xəstəlik tarixindən çıxarışlardan müəyyən olunur ki, X5 «C83.7-Berkitt limfoması Atepik Berkitt limfoması «Berkittə oxşar» limfoma mərhələ İİ diaqnozu qoyulmuşdur. Həmçinin o, bir neçə dəfə kimya terapiya qəbul etmiş və həmin diaqnoz üzrə əməliyyat olunmuşdur. Bundan əlavə iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən də müəyyən olunur ki, dərman vasitələrinin alınmasına ümumilikdə (30+35+301+29,6+23,33+55+39,35+54+24,06+13,50+58,8+43,5+196,7+35+37,9+700+20 +56,2+39,6+63+14,5+45,79+26,9+29+399,5+189,7+29,6+100=2700,53 manat) 2700,53 manat pul xərclənmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin tələblərinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarda (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətinin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlər hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinin tələblərinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcədə gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etğdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia tələbi qismən təmin edilsin. Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızından 1350,27 manat məbləğində pul (X4 müalicəsinə xərclənmiş) alınaraq İddiaçı verilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı cavabdehdən alınaraq iddiaçıya verilsin, 20 manat isə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1101/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1101/2021
04.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver