Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1276/2021 07.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi iştirakları ilə Ərizəçi «Sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon keçmiş X6 İcraiyyə Komitəsinin 19 iyul 1988-ci il tarixli, 7 saylı qərarının ona, yəni Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, onun adı Raidə, soyadı İsmayılova, atasının adı Qiyasəddindir. xx xxxxxxx 1967-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. Xaçmaz rayon keçmiş X6 İcraiyyə Komitəsinin 19 iyul 1988-ci il tarixli, 7 saylı qərarına əsasən ona Xaçmaz rayonunun Xudat şəhəri ərazisindən 400 kv.m həyətyanı torpaq sahəsi ayrılaraq təhkim edilmişdir. Ayrılmış torpaq sahəsinə dair ona Xudat şəhər keçmiş XDS-nin İcraiyyə Komitəsinin çıxarışı da verilmişdir. Həyətyanı torpaq sahəsini adına rəsmiləşdirmək qərarına gəlmiş və bu məqsədlə sənədlərini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsing təqdim etmişdir. Təqdim etdiyi sənədlər nəzərdən keçirilərkən Xaçmaz rayon keçmiş X6 İcraiyyə Komitəsinin 19 iyul 1988-ci il tarixli, 7 saylı qərarında adının «Raidə» olduğu halda texniki pozuntu səbəbindən adının baş hərfinin oxunmaması halı sənədlərdə uyğunsuzluğa səbəb olmuş, bu səbəbdən müraciətinin həlli mümkün olmamışdır. Ona sənədlərdə getmiş uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda sənədi ona verən Xaçmaz rayon X6 İcraiyyə Komitəsinin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluğu digər qaydada aradan qaldıra bilmir. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini, Xaçmaz rayon keçmiş X6 İcraiyyə Komitəsinin 19 iyul 1988-ci il tarixli, 7 saylı qərarının ona, yəni Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 göstərdi ki, Ərizəçi onun qohumudur. Xaçmaz rayon keçmiş X6 İcraiyyə Komitəsinin 19 iyul 1988-ci il tarixli, 7 saylı qərarına əsasən Ərizəçi Xaçmaz rayonunun Xudat şəhəri ərazisindən 400 kv.m həyətyanı torpaq sahəsi ayrılaraq təhkim edilmişdir. Ayrılmış torpaq sahəsinə dair Xudat şəhər XDS-nin İcraiyyə Komitəsinin çıxarışı da verilmişdir. Hazırda ərizəçi həyətyanı torpaq sahəsini adına rəsmiləşdirmək qərarına gəlmiş və bu məqsədlə sənədlərini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsing təqdim etmişdir. Təqdim etdiyi sənədlər nəzərdən keçirilərkən Xaçmaz rayon keçmiş X6 İcraiyyə Komitəsinin 19 iyul 1988-ci il tarixli, 7 saylı qərarında adının «Raidə» olduğu halda texniki səhv üzündən adının baş hərfinin oxunmaması halı sənədlərdə uyğunsuzluğa səbəb olmuş, bu səbəbdən müraciətinin həlli mümkün olmamışdır. Ərizəçiyə sənədlərdə getmiş uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.. Məhkəmə iclasında şahid qismində dindirilən X2 şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin şəxsiyyəti Ərizəçidır. Mülki işə əlavə olunmuş Xaçmaz rayon keçmiş X6 İcraiyyə Komitəsinin 19 iyul 1988-ci il tarixli, 7 saylı qərarından görünür ki, Xaçmaz rayon keçmiş X6 İcraiyyə Komitəsinin 19 iyul 1988-ci il tarixli, 7 saylı qərarına əsasən Ərizəçi yaşayış evinin tikintisi məqsədilə Xaçmaz rayonunun Xudat şəhəri ərazisindən 400 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. İstinad olunan qərardan müəyyən olunur ki, qeyd olunan sənəddə ərizəçinin adı «Raidə» olduğu halda qərar makinada tərtib edilərkən texniki pozuntu səbəbindən adının baş hərfi oxunmur. Mülki işə əlavə olunmuş Xaçmaz rayonunun Xudat bələdiyyəsinin Xudat şəhərinin baş planından çıxarışdan görünür ki, Xaçmaz rayon keçmiş X6 İcraiyyə Komitəsinin 19 iyul 1988-ci il tarixli, 7 saylı qərarına əsasən Ərizəçi ayrılmış 400 kvöm həyətyanı torpaq sahəsinin planı müəyyən edilmiş və Xaçmaz rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin müdiri və Xudat bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 29 sentyabr 2020-ci il tarixli, **********22 nömrəli məktubdan görünür ki, Ərizəçi Xaçmaz rayonunun Xudat şəhəri ərazisində ona ayrılmış 0,04 ha torpaq sahəsinə aid qərarda hüquq sahibinin adında düzəlişin olunması ilə bağlı müraciətinə baxılmış, Xaçmaz rayon keçmiş X6 İcraiyyə Komitəsinin 19 iyul 1988-ci il tarixli, 7 saylı protokolunda qeyd olunmuş hüquq sahibinin adında yaranmış uyğunsuzluğun aradan qaldılırılması və düzəlişin həyata keçirilməsinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilməklə bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə müəyyən edilmişdir ki, ərizəçinin şəxsiyyəti Ərizəçidur. Xaçmaz rayon keçmiş X6 İcraiyyə Komitəsinin 19 iyul 1988-ci il tarixli, 7 saylı qərarına əsasən Ərizəçi Xaçmaz rayonunun Xudat şəhəri ərazisindən 400 kv.m həyətyanı torpaq sahəsi ayrılaraq təhkim edilmişdir. Ayrılmış torpaq sahəsinə dair Xudat şəhər keçmiş XDS-nin İcraiyyə Komitəsinin çıxarışı da verilmişdir. Hazırda ərizəçi həyətyanı torpaq sahəsini adına rəsmiləşdirmək qərarına gəlmiş və bu məqsədlə sənədlərini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsing təqdim etmişdir. Təqdim etdiyi sənədlər nəzərdən keçirilərkən Xaçmaz rayon keçmiş X6 İcraiyyə Komitəsinin 19 iyul 1988-ci il tarixli, 7 saylı qərarında adının «Raidə» olduğu halda texniki səhv üzündən adının baş hərfinin oxunmaması halı sənədlərdə uyğunsuzluğa səbəb olmuş, bu səbəbdən müraciətinin həlli mümkün olmamışdır. Ərizəçiyə sənədlərdə getmiş uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda həmin sənədi verən Xaçmaz rayon X6 İcraiyyə Komitəsinin fəaliyyətinə xitam verildiyindən ərizəçi baş vermiş uyğunsuzluğu digər qaydada aradan qaldıra bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə tədqiqatı zamanı Xaçmaz rayon keçmiş X6 İcraiyyə Komitəsinin 19 iyul 1988-ci il tarixli, 7 saylı qərarının Ərizəçi məxsus olması faktı tamamilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquq müəyyənedici sənədin ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Xaçmaz rayon keçmiş X6 İcraiyyə Komitəsinin 19 iyul 1988-ci il tarixli, 7 saylı qərarının Ərizəçi məxsus olması faktı məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapdığından ərizə təmin edilməklə qeyd edilən hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Xaçmaz rayon keçmiş X6 İcraiyyə Komitəsinin 19 iyul 1988-ci il tarixli, 7 saylı qərarının Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev. XİDİR QULİYEV
Məhkəmə qərarları › İş №2(067)-1276/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1276/2021
07.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver