Məhkəmə qərarları › İş №2(067)-1475/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1475/2021

07.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1475/2021 07.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 26 oktyabr 1938-ci il tarixdə anadan olmuş X16 Əsədulla qızının 10 avqust 2019-cu ildə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X16 Əsədulla qızı 10 avqust 2019-cu ildə Xaçmaz rayonunda vəfat etmişdir. O, 13 sentyabr 2002-ci il tarixdən Ukrayna vətəndaşlığını qəbul etmişdir. Anası Bəkirova Mariya Əsədulla qızı vəfat edərkən o, Xarkov vilayətində olmuşdur. Bu səbəbdən də anasının ölümünü rəsmiləşdirməmişdir. O, Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin həkim arayışı alınmadığından və bu arayışın alınması üçün tərəfindən qanunla müəyyən vaxt ötürüldüyündən şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Göstərilənlərə əsasən X3nın 10 avqust 2019-cu ildə ölməsi faktını müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi X15 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxıb ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə şahidlərin ifadəsini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında göstərmişdir ki, ərizəçi ilə qohumdur. Ərizəçinin X3 10 avqust 2019-cu ildə qocalmağı səbəbindən vəfat etmişdir. X2 rayonunda qəbirstanlığında kənd camaatının iştirakı ilə dəfn olunmuşdur. Yas mərasimində o şəxsən iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Mİrzəyeva Sevda Qafar qızı ifadəsində göstərmişdir ki, ərizəçi onun ərinin qohumudur. Ərizəçinin X3 10 avqust 2019cu ildə qocalmağı səbəbindən vəfat etmişdir. X2 rayonunda qəbirstanlığında kənd camaatının iştirakı ilə dəfn olunmuşdur. Yas mərasimində o şəxsən iştirak etmişdir. İş materiallarında olan Maraqlı şəxs 15 aprel 2021-ci il tarixli arayışından görünür ki, 26.10.1938-ci il tarixdə anadan olmuş Bəkirova Mariya Əsədulla qızının ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 15.04.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X17 03 iyun 2021-ci il tarixli 913 nömrəli məktubundan müəyyən olunur ki, Birliyin Xaçmaz rayon şöbəsində mərhum Bəkirova Mariya Əsədulla qızı barəsində ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan Quba rayon qeydiyyat şöbəsinin 16.04.2021-ci il tarixli sənədindən görünür ki, X8 və X6 27.05.1957-ci ildə Quba rayon qeydiyyat şöbəsində nikah bağlamışlar. Nikahdan sonra ərə Bəkirov, arvada Bəkirova soyadları verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, Bəkirova Mariya Əsədulla qızının ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. 26.10.1938-ci ildə anadan olmuş Bəkirova Mariya Əsədulla qızının 10 avqust 2019-cu il tarixdə Xaçmaz rayonunda vəfat etməsi faktı müəyyən edilsin. X14 Əsədulla qızının ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar