Məhkəmə qərarları › İş №2(067)-1691/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1691/2021

07.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1691/2021 07.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı cavabdehlər “xxxx” ASC-yə və Cavabdeh2 ASC-yə qarşı qanunsuz rəsmiləşdirilmiş KOD **********0 nömrəsinin və saxta rəsmiləşdirilmiş sərfiyyat borcunun etibarsız sayılması tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı cavabdehlər “xxxx” ASC-yə və Cavabdeh2 ASC-yə qarşı qanunsuz rəsmiləşdirilmiş KOD **********0 nömrəsinin və saxta rəsmiləşdirilmiş sərfiyyat borcunun etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən etdim ki, iddiaya Xaçmaz Rayon Məhkəməsində baxılması mümkün olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehlər Bakı şəhərində qeydiyyatdadırlar, həmçinin iddia tələbi abonent kodunun və borcun etibarsız sayılması ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlarla əlaqədar iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya cavabdehlərdən birinin qeydiyyatda olduğu yer üzrə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsi geri qaytarıldığına görə iddiaçının 24.05.2021-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı cavabdehlər “xxxx” ASC-yə və Cavabdeh2 ASC-yə qarşı qanunsuz rəsmiləşdirilmiş KOD **********0 nömrəsinin və saxta rəsmiləşdirilmiş sərfiyyat borcunun etibarsız sayılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya cavabdehlərdən birinin qeydiyyatda olduğu yer üzrə aidiyyəti yerin məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İddia ərizəsi geri qaytarıldığına görə iddiaçının 24.05.2021-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar