Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-174/2023 16.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən istifadə hüququna xitam verilməklə evdən çıxarılma və pul tələbinə dair iddia ərizəsi və ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə kirayə müqaviləsinin ləğv edilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İlk iddia üzrə İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.1977-ci il tarixli 160 №-li orderə əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verməklə onların çıxarılması və 9 il həmin mənzildə yaşadıqları müddət üçün kirayə haqqı olaraq 32400 manat pulun onlardan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda cavabdehlərin yaşadıqları ünvan 2 ünvandakı mənzil xx.xx.1977-ci iln tarixli i 60 №-li orderlə ona verilmişdir. Cavabdehlərdən Cavabdeh2 anası Əliyeva (Ələkbərova) Şimzar Əhmədağa qızı ilə 1980-ci ildə rəsmi nikah əsasında evlənmişlər və həmin vaxt Şimzar qızı, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh2 da özü ilə birlikdə ona məxsus mənzilə gətirmişdir. Sonradan Şimzarla aralarında yaranmış münaqişələr nəticəsində həmin mənzildən müvəqqəti olaraq çıxmış, Xaçmaz rayon məhkəməsinin xx.xx.1996-cı il tarixli qətnaməsinə əsasən əsas kirayəçi olduğu üçün həmin mənzilə köçürülməklə mənzildən yaşayış hüququ bərpa edilmişdir. Şimzar Əhmədağa qızı ilə nikahları 1997-ci ildə pozulmuşdur və Şimzar Əhmədağa qızı 2013-cü ildə vəfat edənə qədər onun həmin mənzildə yaşamasına dözümlülük göstərmişdir. Hazırda cavabdehlər ana oğul olan Cavabdeh2 və onun oğlu Cavabdeh1 Məmmədhiiseyn oğlu yaşayırlar. Onlar onun ailə üzvü deyillər və adına verilmiş orderdə onların heç birinin adı yoxdur. Ona məxsus mənzildə onların yaşaması tamamilə qanunsuzdur və mənzilini tərk etməklə 2013-cü ildən mənzilində qanunsuz yaşadıqlarına görə kirayə haqqını ödəməlidirlər. Belə ki, İnam Qiymətləndirmə” MMC -nin xx.xx.2022-ci il tarixli 124№-li arayışından görünür ki, mənzilin kirayə dəyəri aylıq 300 manat təşkil edir. Bir il ərzində kirayə haqqı 3600 manat x 9 il - 32400 manatdır. Cavabdehlərdən qeyd olunan məbləği mənə ödəməklə mənzilini tərk etməlidirlər. Cavabdehlərdən Cavabdeh2 mənzili olan binanın qarşısında özü üçün xüsusi yaşayış evi tikməklə özünə hər bir şərait yaratmışdır. Hazırda evi sosial şəbəkələr vasitəsilə 400000 manata satışa çıxarmışdır. Onun və oğlunun onun adına olan mənzilə ehtiyacları da yoxdur. Mənzilini qəsdən boşaltmırlar ki, mənzilə hüququnu reyestr idarəsində rəsmişləşdirə bilməsin. Qeyd edir ki, həmin mənzildə əmlakı vardır. Məhkəmə iclasında iş üzrə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, qarşılıqlı iddiaya qarşı etirazını məhkəməyə təqdim etmişdir. O, cavabdehin anası ilə evlənəndə onun qızı Cavabdeh2 12 yaşı var idi. O, anası ilə birlikdə onun evinə köçüblər. Sonra onu Məmmədhüseyn adlı şəxsə ərə vermişlər. Onların iki uşaqları oldu. Sonra əri ilə münasibətləri alınmadı və Təranə boşandı. Arvadı qızının gedib onlarda yaşamasını təklif etdi və o, buna etiraz etmədi. Təranənin uşaqlarına o baxmışdır. Sonradan o, 3 dəfə evin açarını dəyişdi, onu evdən çıxarmaq istəyirdilər. Onlarla bir evdə yaşamaq mümkün olmadığına görə o, paltarlarını alıb çıxıb getmişdir, bütün əşyaları evdə qaldı. O, Təranən anası Şimzadla 1997-ci ildə rəsmi qaydada məhkəmə qətnaməsi ilə boşanmışdır. Ona görə də cavabdehlər onun ailə üzvləri ola bilməzlər. Cavabdehin özünün mübahisəli mənzil ilə üzbəüz böyük imarəti var, o, isə yataqxanada qızıyla qalır. Cavabdeh indi iddia edir ki, evə onun hüququ yoxdur. Apelyasiya Məhkəməsinin qətnaməsi var ki, evə onun hüququ var. Keçən ilin dekabr ayının 5-də Apelyasiya məhkəməsinin qərarı çıxıb. Qızı ona yataqxanada 1 otaq verib və o, orada yaşayır. Başqa evi yoxdur. 83 yaşı var. Xahiş edir ki, bunu nəzərə alaraq, ədalətli qərar qəbul edilsin. Mübahisəli mənzil 1977-ci ildə verilmiş orderlə ona məxsusdur. O, mənzili özəlləşdirmək istəyirdi və bu məqsədlə sənədləri DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə vermişdi. Lakin cavabdehlər həmin idarənin əməkdaşlarını ölçmə işləri aparmaq üçün mənzilə buraxmadılar, ona görə də onun sənədlərini geri qaytardılar. O, da məhkəməyə ərizə verdi ki, ölçmə işlərinin aparılmasına maneə aradan qaldırılsın. Xaçmaz rayon məhkəməsində iddiası təmin olunmasa da, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 05 dekabr 2022-ci il tarixdə apelyasiya şikayəti təmin edildi və Xaçmaz rayon məhkəməsinin qətnaməsi ləğv edildi. İlk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi, İddiaçı ilə bağlanmış kirayə müqaviləsinin ləğv edilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İlk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırılmışlar ki, İddiaçı 1980-ci ildə mərhum X2 ilə rəsmi nikaha daxil olmuş və Cavabdeh2 anası ilə birlikdə iddiaçının mübahisələndirildiyi mənzilə köçmüşlər. Sonradan anası X2 ilə İddiaçı arasında münasibətlər pozulduğundan, o evdən çıxıb getmiş və bir daha oraya qayıtmamışdır. Bu günədək başqa ünvanda yaşayır. İddiaçı mərhum X2 ilə aralarında bağlanmış nikah 1997-ci ildə pozulmuşdur. Xaçmaz rayon məhkəməsinin xx.xx.1996-cı il tarixli qətnaməsinə əsasən İddiaçı ilə onların aralarında mənzildən istifadə qaydaları müəyyən edilsə də, iddiaçı özünün orada yaşamaq və mənzildən istifadə etmək hüququndan istifadə etməmiş və başqa ünvanda yaşamağa davam etmişdir. Məhkəmə iclasında iş üzrə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qarşılıqlı iddiaya etiraz ərizəsini əsassız sayır. Hesab edir ki, qarşılıqlı iddia ərizəsi məhkəmə hazırlıq iclası zamanı verilib, mübahisə predmetinə aiddir. İddiaçıya mənzil o dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə verilib. Mənzil heç bir tərəfin mülkiyyəti deyil, dövlətindir. Hər iki tərəf evdən istifadə edirlər. Cavabdeh2 deyir ki, İddiaçı 30 ildir ki, mənzildə yaşamır. Belə olan halda yaşayış sahəsinə kirayə müqaviləsinə xitam verilməlidir. Bunu Dövlət etməlidir, etməyibsə, məhkəmə tərəfindən istifadə hüququ itirilmiş hesab edilməlidir. İddiaçı özü bildirdi ki, Cavabdeh2 anası ilə ailə qurub, 12 yaşında onu evinə köçürüb. Yəni həmin dövrdə qüvvədə olmuş və hazırda qüvvədə olan mənzil qanunvericiliyinə əsasən cavabdeh onun ailə üzvü sayılır. Sonradan Cavabdeh2 anası ölüb və İddiaçı evdən çıxıb gedib. Evin bütün kommunal xərclərini ötən müddət ərzində Cavabdeh2 ödəyib. 1996-cı ilin məhkəmə qətnaməsi var ki, tərəflərin mənzildən istifadə hüquqları var. Cavabdeh2 mənzildən qanuni əsasla istifadə edir. Bu barədə sənəd təqdim edir və iş materiallarına əlavə edilməsini xahiş edir. Ləğv edilmiş Xaçmaz rayon məhkəməsinin qətnaməsinin bu işlə yanakı əlaqəsi vardır. Onlar qarşılıqlı iddia ərizəsində iddiaçının istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmişdir. Bu iş üzrə qətnamədən asılı olaraq Xaçmaz rayon məhkəməsinin sözügedən qətnaməsinin icra olunub-olunmayacağı bilinəcək. Sübutlarını təqdim etmişlər. Cavabdehlər uzun illər mübahisəli mənzildə yaşayıblar, 1996-cı ildə istifadə hüquqları müəyyən olunub. İddiaçı isə həmin vaxt oradan çıxıb getmişdi. Cavabdehlər həmin mənzildə pasport qeydiyyatındadırlar. Sumqayıt Apelyasiya məhkəməsinin onlara qarşı çıxarılmış sözügedən qətnaməsindən şikayət verilməsinə ehtiyac görmürlər. Məhkəmə iclasında iş üzrə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qarşılıqlı iddiaya etiraz ərizəsini əsassız sayır. Düzdür uşaqlarını iddiaçı böyüdüb, onun zəhmətini danmır. O, 12 yaşı olanda mübahisəli mənzildə qeydiyyata alınmışdır. Ərə köçmüşdür, 3 ildən sonra geri qayıtmışdır. İddiaçı mənzili özəlləşdirmək istəyəndə anası razı olmadı, ona görə iddiaçı anasını boşadı. O, onları evdən çıxarmaq üçün məhkəməyə verdi, məhkəmə tərəfindən isə onlara mənzildə yaşayış hüququ verildi. İddiaçı mənzildən çıxıb getmişdir. O, 40 ildir mübahisəli mənzildə qeydiyyatdadır, orada yaşayır. Məhkəmə iclasında iş üzrə Cavabdeh1 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qarşılıqlı iddiaya etiraz ərizəsini əsassız sayır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədlərə hüquqi qiymət verərək onları təhlil edib hesab edir ki, ilk iddia tələbi və qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən və tərəflərin izahatlarından müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən mübahisəli mənzil nə ilk iddia üzrə İddiaçı, nə də ki, qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 xüsusi mülkiyyətindədir. Sözügedən mübahisəli mənzil surəti iş materiallarına əlavə olunmuş “Yerli zəhmətkeş deputatları Sovetinin icraiyyə komitəsinin 16 avqust 1977-ci il tarixli 160№li Orderi” ilə X4 istifadəsinə (kirayəyə) verilmişdir. Həmin Orderin 3-cü qrafasında ailə üzvləri qismində “Təranə”nin də adı qeyd edilmişdir. Mübahisəli mənzilə dair xüsusi mülkiyyət hüququnun olması ilə bağlı tərəflərin hər hansı bir hüquq müəyyənedici sənədi məhkəmə təqdim edilməmişdir. İş materiallarında olan Xaçmaz rayon xalq məhkəməsinin 1996-cı il tarixli qətnaməsinin surətindən görünür ki, X6 məhkəmədə iddia qaldıraraq əsas kirayəçisi olduğu Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 62 a saylı evin 42 saylı mənzilinə köçürülməsinə və həmin evdə cavabdeh X3 ilə bərabər yaşayış hüququnun bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin Qətnamə ilə X4 iddiası təmin olunmuş və X6 əsas kirayəçi olduğu Xaçmaz şəhəri N.Nərimanov küçəsi 62a saylı evin 42 saylı mənzilinə köçürülməklə, onun həmin mənzildə yaşayış hüququ tam bərpa edilmişdir. Göründüyü kimi, ilk iddia üzrə İddiaçı ünvan 3 ünvanında yerləşən mənzildə yalnız yaşayış hüququnu əldə etmişdir, onun həmin mənzilə dair mülkiyyət hüququ mövcud deyil. Bundan başqa, iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2173/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia tələbi təmin edilmiş, ünvan 3 ünvanında yerləşən xx.xx.1977-ci il tarixli 160 nömrəli orderlə İddiaçı verilmiş mənzilə dair müvafiq sənədlərin hazırlanması üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2173/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ünvan 3 ünvanında yerləşən xx.xx.1977-ci il tarixli 160 nömrəli orderlə İddiaçı verilmiş mənzilə dair müvafiq sənədlərin hazırlanması üçün Cavabdeh2 və Cavabdeh1 tərəfindən törədilən maneələrin aradan qaldırılması qət edildiyindən, İddiaçı ilk öncə ünvan 3 ünvanında yerləşən mənzilə dair müvafiq mülkiyyət sənədlərini əldə etdikdən sonra (bu daşınmaz əmlaka dair sərəncam vermək hüququnu əldə edərək), cavabdehlərin mənzildən istifadə hüquqlarını mübahisələndirməyə subyektiv hüququ yaranacaq. Hazırda isə ünvan 3 ünvanında yerləşən mənzil ilk iddia üzrə İddiaçı xüsusi mülkiyyətində olmadığından, o, həmin mənzildə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1 mənzildən istifadə hüquqlarını mübahisələndirə bilməz və cavabdehlərdən kirayə haqqını tələb edə bilməz. Bu səbəbdən də, ilk iddia tələbi rədd edilməlidir. Qarşılıqlı iddia tələbinə də gəldikdə, məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı ünvan 3 ünvanında yerləşən mənzilə dair bağlanmış kirayə müqaviləsinin ləğv edilmiş hesab olunmasına dair iddiaları subyektiv hüquq baxımından əsaslı deyil. Belə ki, yuxarıda İddiaçı münasibətdə şərh olunanları Cavabdeh2 və Cavabdeh1 aid etməklə məhkəmə hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 ünvan 3 ünvanında yerləşən mənzilə dair hər hansı bir subyektiv hüquqları yoxdur. Onların qarşılıqlı iddia tələblərində mübahisələndirdikləri kirayə müqaviləsi 1977-ci ildə keçmiş Azərbaycan SSRnin müvafiq dövlət qurumları tərəfindən bağlandığı üçün, hazırda da bu müqavilənin ləğv edilməsinə dair iddia qaldırmaq hüququ Azərbaycan SSR-nin hüquqi varisi olan Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarına aiddir. Belə olan halda, qarşlıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin MəCəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə mübahisələndirilən daşınmaz əmlakın birgə nikah dövründə əldə olunduğunu və hazırda Cavabdehlərin mülkiyyətində olduğunu sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d ı: İlk iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia ərizəsi rədd edilsin. İlk iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu ilk İddiaçı aid edilsin. Qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-174/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-174/2023
16.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Müqavilələrdən əmələ gələn
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver