Məhkəmə qərarları › İş №2(067)-236/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-236/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-236/2021 07.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 iyun 2021-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "İddiaçı " Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 290 manat əsas, 83.12 manat faiz borcunun və 20 manat dövlət rüsumunun "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, eyni zamanda tutmanın Bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş qızıl zinət əşyaları - 750 əyarlı 19 qram çəkidə 1 ədəd boyunbağıya, 1 ədəd bilərziyə, 583 əyarlı 22.1 qram çəkidə 1 ədəd boyunbağıya, 1 ədəd boyunbağı+1 ədəd klon, 1 ədəd bilərziyə və 583 əyarlı 18 qram 1 ədəd qadın dəstinə, 1 ədəd sırğaya, 3 ədəd üzüyə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, borcalan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 14.09.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 30 faiz olmaqla 2160 manat məbləğində kredit verilmişdir. 14.09.2018-ci il tarixli girov müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı qismində borclunun mülkiyyətində olan 750 əyarlı 19 qram çəkidə 1 ədəd boyunbağı, 1 ədəd bilərzik, 583 əyarlı 22,1 qram çəkidə 1 ədəd boyunbağı, 1 ədəd boyunbağı klonla, 1 ədəd bilərzik, 583 əyarlı 18 qram çəkidə 1 ədəd qadın dəsti, 1 ədəd sırğa, 3 ədəd üzük Bankın pul anbarına saxlansa verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 14 sentyabr 2018-ci il tarixli 300805-577764/1 saylı kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı ilə borclu Cavabdeh 18 ay müddətinə illik 30 faiz olmaqla 2160 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 14 sentyabr 2018-ci il tarixli girov müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı qismində Cavabdeh məxsus 750 əyarlı 19 qram çəkidə 1 ədəd boyunbağı, 1 ədəd bilərzik, 583 əyarlı 22,1 qram çəkidə 1 ədəd boyunbağı, 1 ədəd boyunbağı klonla, 1 ədəd bilərzik, 583 əyarlı 18 qram çəkidə 1 ədəd qadın dəsti, 1 ədəd sırğa, 3 ədəd üzük Bankın pul anbarına saxlanca verilmişdir. İş materiallarında olan 14 sentyabr 2018-ci il tarixli qiymətləndirmə aktından müəyyən olunur ki, 750 əyarlı 19 qram çəkidə 1 ədəd boyunbağı, 1 ədəd bilərzik 1615,95 manat, 583 əyarlı 22,1 qram çəkidə 1 ədəd boyunbağı, 1 ədəd boyunbağı klonla, 1 ədəd bilərzik 1521,59 manat, 583 əyarlı 18 qram çəkidə 1 ədəd qadın dəsti, 1 ədəd sırğa, 3 ədəd üzük (qaşı çıxılıb 3,9 qram) 1239,3 manat qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 23 aprel 2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, iddia ərizəsində göstərilən qızıl zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4812,50 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 293.1-ci maddəsinə əsasən aşağıdakı hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər: 293.1.1. girov predmeti onu saxlayan girov qoyanın sahibliyindən girov müqaviləsinin şərtlərinə uyğun olmayaraq çıxdıqda; 293.1.2. girov qoyan girov predmetinin əvəz edilməsi qaydalarını pozduqda; 293.1.3. əgər girov qoyan bu Məcəllənin 287-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməyibsə, girov predmeti girov saxlayanın cavabdeh olmadığı səbəblərdən itirildikdə. 293.2. aşağıdakı hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələbi yerinə yetirilmədikdə isə tutmanı girov predmetinə yönəldə bilər: 293.2.1. girov qoyan sonrakı girov qaydasını pozduqda; 293.2.2. girov qoyan bu Məcəllənin 283.1 və 283.2-ci maddələrində nəzərdə tutulan vəzifələri yerinə yetirmədikdə; 293.2.3. girov qoyan girov qoyulmuş əşyadan istifadə və ona dair sərəncam verilməsi qaydalarını pozduqda. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 290 manat əsas, 83.12 manat faiz borcu və 20 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı-nin hesabına ödənilsin. Tutma Cavabdeh məxsus və girov qoyulmuş 750 əyarlı 19 qram çəkidə 1 ədəd boyunbağıya, 1 ədəd bilərziyə, 583 əyarlı 22.1 qram çəkidə 1 ədəd boyunbağıya, 1 ədəd boyunbağı+1 ədəd klon, 1 ədəd bilərziyə və 583 əyarlı 18 qram çəkidə 1 ədəd qadın dəstinə, 1 ədəd sırğaya, 3 ədəd üzüyə yönəldilsin. Həmin qızıl zinət əşyaları açıq hərraca çıxarılaraq satılsın və girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan müqavilə üzrə borcun ödənilməsinə yönəldilsin. Girov predmeti olan 750 əyarlı 19 qram çəkidə 1 ədəd boyunbağının, 1 ədəd bilərziyin ilkin satış qiyməti 1805 manat, 583 əyarlı 22,1 qram çəkidə 1 ədəd boyunbağının, 1 ədəd boyunbağının (klonla), 1 ədəd bilərziyin ilkin satış qiyməti 1657,50 manat, 583 əyarlı 18 qram çəkidə 1 ədəd qadın dəstinin, 1 ədəd sırğanın, 3 ədəd üzüyün ilkin satış qiyməti 1350 manat məbləğində müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar