Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2489/2021 01.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı icra qeydinin ləğvi tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Quba rayon məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən və iş materiallarında olan sənədlərdən göründüyü kimi Cavabdeh ASC Bakı şəhəri Nərimanov rayonunda yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1ci maddəsinə əsasən məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə hesab edir ki, hazırki mülki işdə Cavabdeh ASC-nin ünvanı Bakı şəhəri Nərimanov rayonuna aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Nərimanov rayon məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı icra qeydinin ləğvi tələbinə dair 2(067)-2489 /2021 saylı mülki iş aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2489/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2489/2021
01.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver