Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2844/2021 05.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlu, İddiaçı Cavabdeh ASC-nə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdim İddiaçı Cavabdeh ASC-nə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə cavabdehin ünvanı araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ASC Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 42 ünvanında yerləşir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3.-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah olunur ki, iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım İddiaçı Cavabdeh ASC-nə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizə ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-2844/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2844/2021
05.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver