Məhkəmə qərarları › İş №2(067)-3151/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3151/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3151/2021 14.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 08.09.2020-ci il tarixli ərizənin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 4351,44 manat əsas borc, 255.65 manat faiz borcu, 422.09 manat cərimə borcu olmaqla, cəmi 5029,18 manat məbləğində kredit borcunun 70,29 tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 08.09.2020-ci saylı ərizəyə əsasən cavabdehə 24 ay müddətinə aylıq 1.5833% olmaqla 6500 manat məbləğində kredit verilmişdir. Həmçinin Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən o, Cavabdeh1 bank qarşısındakı öhdəliklərinə görə müştərək qaydada məsuliyyət daşıyır. Cavabdeh1 kredit borcundan 2148.56 manat ödəniş etmiş, qalan borcunun ödənilməsini gecikdirmişdir və 13.10.2021-ci il tarixə onun 4351,44 manat əsas borcu, 255.65 manat faiz borcu, 422.09 manat cərimə borcu olmaqla, cəmi 5029,18 mana borcu qalmışdır. Bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına və rəsmi bildirişlərin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Qeyd olunanlala əlaqədar məhkəməyə müraciət olunmuşdur. Məhkəmə hazırlıq iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, MPM-nin 170.1-ci maddəsinə əsasən ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə hazırlıq iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1.-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8.ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi 14 dekabr 2021-ci il tarixli ərizədən müəyyən olunur ki, iddiaçının nümayəndəsi MPM-nin 170.1-ci maddəsinə əsasən ərizəsinin geri qaytarılmasını və iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 267 və 268-ci maddlərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar