Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-332/2023 16.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi Məhkəmə iclas katibi X1 , İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi və sair tələbə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsinə, torpaq sahəsinin boşaldılması, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və maneçiliklərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Torpağın onun mülkiyyətində olduğunu təsdiq edən sənədi yoxdur. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən zəbt etdiyi torpaq sahəsinin boşaldılması, cavabdeh tərəfindən onun evinin altına axıdılan suyun qarşısının alınması, evin arxa hissəsindən torpağın təmizlənməsi və hasarın tikilməsinə edilən maneələrə son qoyulması, cavabdeh tərəfindən törədilən maneçilik hərəkətlərinin aradan qaldırılmasını bir vəzifə kimi cavabdehin üzərinə qoyulması cavabdehdən suun axıdılması nəticəsində onun yaşayış evinə dəymiş 2000 manat ziyanın tutulması, habelə ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa məhkəmə iclasında iddiaçıya iddiaya dair sənədləri məhkəməyə təqdim etməsi təklif olunsa da, iddiaçı 4.2 sot torpaq sahəsinin İddiaçı məxsus olmasına dair heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi və sair tələbə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qasımova Vüsalə
Məhkəmə qərarları › İş №2(067)-332/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-332/2023
16.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Torpaq mübahisələri - Maneənin aradan qaldırılması - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver