Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-340/2021 01.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı QİZİNİN, Cavabdeh Cavabdeh2 QİZİNİN, Cavabdeh3 Vəkil MÜTƏLLİMOV ŞAHİN RASİM OĞLUNUN iştirakı ilə İddiaçı QİZİNİN cavabdeh ASLANLİ SALEH NADİR OĞLUNA, Cavabdeh2 QİZİNA, Cavabdeh3 qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QİZİ cavabdeh ASLANLİ SALEH NADİR OĞLUNA, Cavabdeh2 QİZİNA, Cavabdeh3 qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı QİZİ məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 QİZİ və Cavabdeh3 iddiaçının iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiklərini bildirmişlər və və işə mahiyyəti üzrə baxılmasına təkid etməmişlər. Cavabdeh ASLANLİ SALEH NADİR OĞLUNA məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh ədiklərini bildirmişlər və və işə mahiyyəti üzrə baxılmasına təkid etməmişlər. Cavabdeh ASLANLİ SALEH NADİR OĞLUNUN iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı QİZİNİN cavabdehlər ASLANLİ SALEH NADİR OĞLUNA, Cavabdeh2 QİZİNA, Cavabdeh3 qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlkin Xəlilov
Məhkəmə qərarları › İş №2(067)-340/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-340/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver